Taxta ev
qapısının həyatı
və mülahizələri
Monoşeir
ailə münaqişələri
zəminində həmişə
ev əşyaları zərər çəkir
xüsusən də qapılar
başıma çox
gəlib
dava ediblər qışqırıblar qab-qacaq
sındırıblar
axırda da məni çırpıb
gediblər
bunu fikirləşirəm
göyüzünə baxa-baxa
həyətin bir küncünə qalaqlanmışıq
köhnə qapılar
pəncərələr bir
də lazımsız ev əşyaları
ən üstə məni atıblar
hamımız xəyala
getmişik
danışmaq həvəsi
yoxdu heç birimizdə
sahil qəsəbəsinindədi
həyətimiz
ev yiyəsi kirayə vermək üçün üç
otaq tikdirmişdi həyətdə
mən ikinci otağın qapısı
idim
məni qəsəbənin
dülgəri düzəltmişdi
həmçinin bu üç otağın bütün qapı-pəncərələrini
mənim üzümü
içəri qoymuşdu
düzəldəndə
bütün günü
otağa baxırdım
ancaq kirənişinlər
açandan-açana görə
bilirdim bayır-bacağın
qismətimə düşən
qədərini
gördüyüm mənzərə
- evin içi isə dəyişmirdi heç vaxt
girdə qabaq stolu
üç dənə
stul (ikisinin ayağı laxlayırdı)
bir tərəfi çökmüş divan (o həm
də açılıb
çarpayı olurdu)
bir dənə də şkaf-şifoner
(dediklərinə görə hamısı köhnə əşyalar
bazarından alınmışdı
çox ucuz qiymətə)
çilçıraq yerinə
bircə dənə lampa sallanırdı tavanın ortasından
o qədər kirənişin
gəlib-getmişdi ki
bura
amma heç biri də otaqda
heç nəyin yerini dəyişdirməmişdi
birüzlü divarlar necə gəldi malalanıb ağardılmışdı
payızdan yazacan nəm çəkirdi ev
çox nəmişlikdir
buralar
rəngsiz döşəmə
taxtaları da çürümüşdü nəmişlikdən
adam gəzəndə
cırıldayırdı
neçə kirənişin
gəlib gedib mən olan otağa
yadımda deyil
yəni hamısı yadımda deyil
üçü qalıb
ancaq yadımda
əllərinin təmasına
görə
birincisi kor arvad idi əriylə
yaşayırdı
yazığım gəlirdi
onlara
atılmış təəssüratı
yaradırdılar məndə
kor arvad hər dəfə bayıra çıxanda ya da evə
girəndə
sığallayırdı məni
qırışlı toppuş
əlləriylə
sonra ehtiyatla cəftəmi tutub bururdu
çox e çox
ehtiyatla
elə bil incitməkdən qorxurdu məni
iki ay yaşadı
o qocalar burda
sonrakı balaca qız uşağıydı
fağır ailəydi
ailəsi atası fəhlə baba anası dilsiz-ağızsız
gəlin
özü də gülüşünə günəşi
sığışdıran uşaq
gündə neçə
dəfə açıb-bağlayırdı
məni
dəcəl şeytan
balaca əlləri incə barmaqları yadımdadı hələ
də
üçüncüsü çoxiçən
kişiydi
kobud idi o özü də necə
hər gün içirdi
hər gün döyürdü arvadını
arada uşaqlara da pay düşürdü
yumruğundan
bir dəfə arvadıyla dava elədi sonra da döydü onu
çıxanda elə zərblə çırpdı
ki məni
cəftəm yerindən
oynadı
o ailədən mənə sınıq cəftə yadigar qaldı
neçə ay gizildədi
cəftəm çürük
diş kimi
nə çıxartıb
ata bilirdim
nə də giziltisini kəsə bilirdim
nə ev yiyəsi düzəltdi cəftəmi
nə də sonrakı iki kirənişin
miskin kirənişinlərin
yaşadığı
miskin otaqlar idi bunlar
indi üçü
də sökülüb
ev yiyəsinin evi də
yazda bayramqabağı
öldü yazıq
hardasa uzaqlarda yaşayan uşaqları gəlib basdırdı kişini
sonra da həyəti satlığa
qoydular
neçə ay gözlədik
təzə sahibimizi
neçə ay üzü
içəri qaldım
elə
neçə ay bayır-bacaq
üzü görmədim
neçə ay susdu bütün əşyalar
neçə ay toz basdı stol-stulun üstünü
divanın örtüyünü
sınıq cəftəmin
tutacağını
nə yaxşı pəncərə vardı
arada soruşurdum bayırda nə var nə yox
sağ olsun danışırdı
yayda bir neçə nəfər gəlib baxdı
amma qiymətdə razılaşmadılar
axır gəldi biri
bütün həyəti
gəzdi
əsas evə də baxdı bizim otaqlara da
çox kobud adam idi
cəftəmi necə
burdusa sınıb əlində qaldı cəftə
giziltim kəsildi o saat rahatlandım
amma adamı bəyənmədim
bildim başımıza
nəsə gətirəcək
qiyməti danışıb
getdi
bir həftəyə
başqa bir adamla gəldi
iş icraçısı
imiş o adam
sonra öyrəndik
həyətə nə var nə yox
hamısını sökdürüb
təzə bağ evi tikdirəcəkmiş
dedim həə onsuz da əvvəldən
gözüm su içməmişdi bundan
üç gün qabaq fəhlələr gəlib işə başladı
birinci bizi sökdülər
və budur
üç gündür
qalaqlanıb qalmışıq
həyətin bir küncündə
bayaq qonşu gəlmişdi iş icraçısının yanına
bizi göstərib bunları neyləyəcəksiniz
soruşdu
tullayacağıq iş icraçısı dedi
olar mən aparım bunları qonşu soruşdu
qış gəlir
yandıraram evdə
bütün qışı
bəs edər bunlar
yığ apar dedi iş icraçısı
qonşu araba dalıyca getdi sevinə-sevinə
harda olsa gələr indilərdə
göyüzü tərtəmizdi
bu gün
lap Sibirdəki göyüzünə
oxşayır
sizə deməmişəm
hələ mən Sibir ağacıyam axı
tayqada bitib böyümüşəm
orda hava burdan soyuq olurdu
amma təmiz idi hava tərtəmiz
nəmişlik də burdakından az idi
sonra kəsdilər məni
yan-yörəmdəki başqa
ağaclarla bir yerdə
əvvəlcə qabığımı
yondular
sonra qıraqlarımı
sonra da ölçüylə mişarlayıb
istifadəyə yararlı
vəziyyətə gətirdilər
yüklədilər bizi üstüaçıq vaqonlara
neçə gün yol gəldik
axırda da bu qəsəbənin dülgəri alıb
qapı düzəltdi məndən
nə qədər yaşamışam
bilmirəm
hələ nə qədər yaşaya biləcəyəm
bilmirəm
qonşu gəlir
arabaya yükləyib aparır bizi bir-bir
həyətə tullayır
necə gəldi
sonra baltanı götürüb doğramağa
başlayır bizi
əvvəlcə pəncərələri
sındırır
sonra stulları
arada dincəlir bir az
nəfəsini dərib
yenə başlayır
doğramağa
deyəsən hava qaralmamış hamımızı
doğramaq istəyir
mənim də növbəm çatır
axır ki
yerdə uzadıb
rahlayır məni
baltanı çırpır
sinəmə
aralanır sinəm
sınır döş
qəfəsim
balta altında neçə xırçıldadığımı
eşidirəm
ölürəm
dekabr 2020-yanvar 2021
Həmid PİRİYEV
Ədəbiyyat qəzeti.- 2021.- 13
fevral.- S.12.