Şəhid
Rəşidzadə Səidə
Səni
salamlayıram,
Əbədi ruh, can oğul.
Sən müqəddəs bayrağı,
Hadruta sancan oğul.
Səni
salamlayıram -
Vətənin əli ilə,
Ananın
baxışları,
Atanın dili ilə.
Atan da salamlayır,
Deyir, Səid, necəsən?
Vətən də salamlayır,
Deyir, şəhid,
necəsən?
Səni
salamlayıram,
Pir şəhid,
ocaq şəhid.
Yastığı vətən daşı,
Yorğanı bayraq şəhid.
Səni
salamlayıram -
Qanı
zəfər boyası,
Tabutunu beşik
bil.
Himni ana laylası.
Bağışla ki, halını
Soruşa bilməyirəm.
Bağışla ki, şəkillə
Danışa bilməyirəm.
Susuram sənin kimi
Taleyin illərinə.
Dağılıb təbəssümün
Bütün şəkillərinə,
Səni
salamlayıram,
Cənnətdən əsən külək...
İlk dəfə şəhid kimi
Doğum
günün mübarək!
Şəhid
Hüseynli Əkbərə
Mən səni tanıyıram,
Zəfər, qələbə şəhid.
Mən səni tanıyıram,
Salam, tələbə şəhid.
Soy adın Hüseynli,
Adın
da Əkbər sənin,
Vətən məhəbbətindən
Qiymətin zəfər sənin.
Kağız diplomu alan
Çoxdu, neçə nəfərdi.
Amma sənin diplomun,
Şuşadı, Kəlbəcərdi.
Tanrı
bütün dağların
Taleyini tən yazıb.
Ayaq izin Murovda,
Qar üstə
"vətən" yazıb.
Yazıb
itgin dedilər,
Gizlədi zaman səni.
Bircə
günə bir ömür,
Gözlədi anan səni.
Mən səni tanıyıram,
Cənnətin güllərindən.
Mən səni tanıyıram
Kərbəla çöllərindən,
Tanıyıram, əbədi
Yadda qalan birisən.
Birdən-birə böyüyüb
Vətən olan birisən.
Mən səni tanıyıram,
Torpağın canındasan,
Atanın
yuxusunda,
Tanrının yanındasan.
Şəhid
Quliyev Vüqara
Şuşanın gedən günü
Xidmətə gedən igid.
Şuşanın dönən günü
Rəhmətə gedən igid.
Necəsən, Qaraqaşlı
Kəndinin fəxri şəhid?
Tarixin möcüzəsi,
Cənnətin sehri şəhid.
Elə indi oxudum,
Səfərin uzun olub.
Şəhidliyə ucalmaq
Ən böyük
arzun olub.
Arzun olub Şuşada,
Xocavənddə yaşamaq.
Birləşən, bütövləşən
Məmləkətdə yaşamaq.
Yaşamaq alın yazın,
Kim unudar şəhidi?
Hamının ürəyində
Yaşayırsan əbədi.
Qələmlər səndən deyir,
Qorqudun sazı
kimi.
Tarixin yaddaşında
Daş üstə
yazı kimi.
Əriyər doğmaların,
Bitər, ürəyi bitər.
Qanın
daman torpaqda
Zəfər çiçəyi bitər.
Sən hamının doğması,
Çiçəklər arasında...
Rahat uyu, rahat yat,
Mələklər arasında.
Şəhid
Eldarzadə Azərə
Salam sənə, vətənə,
Arxa duran qəhrəman.
Camışdağda düşmənə
Qan udduran qəhrəman.
Sən bu xalqın əbədi,
Xatirində qalmısan.
Göygölün göylərindən
Cənnətə yol salmısan.
Salmısan ürəklərə,
Sonsuz məhəbbət,
şəhid.
Bu yalançı dünyada
Mütləq həqiqət şəhid.
Canla zarafat olmur,
Cəsarətin bəllidir.
İndi
sənin bir balan
Anana təsəllidir.
Təsəllidir atana
Təbəssümlü şəkillər.
Sənin
igidliyindən
Danışacaq nəsillər.
Elə bil ki, Qazansan.
Oğuz döyüşlərində.
"Aprel" döyüşlərində,
"Tovuz" döyüşlərində.
Bu vətənin adının
Hamısı sənin adın.
Bu ölkənin adının
Yarısı sənin adın.
Sən şəhidsən, şəhidlik
Müqəddəslik deməkdir.
Vətənə sarılmaqda
Birnəfəslik deməkdir.
Mən də vətən olardım,
O, məndən başlasaydı.
Sənə tanrı deyərdim,
Tanrı bağışlasaydı.
Şəhid
Qənimətov Ətrafa
Hanı,
cənab leytenant,
Hanı
nişan üzüyün?
Barmağında od tutub,
O alışan üzüyün?
Dedilər ki, vətəndi,
Və yardı,
birini seç.
Seçim etmək səninçün.
Çətin olmadımı heç?
Hamımız var olarıq,
Nə qədər
ki, vətən var.
Bilirəm ki, bilirsən,
Yar vətəndi,
vətən yar.
Bu sevginin sirri nə,
Ey kəşfiyyat
müəllimi?
Nə topladın, nə çıxdın,
Riyaziyyat müəllimi?
17 gün başqadır,
Darıxmaq sırasında.
Şəhid olmağın ilə
Məzarın arasında.
Məzarında həsrətdən,
Gül də solmaq istəyir,
Sən nə gözəl şəhidsən,
Adam sənə baxanda,
Şəhid olmaq istəyir.
Yenə
hava soyuqdu,
Üzü dönüb bu qışın.
Qoy, öpüb qucaqlayım,
Üşüməsin başdaşın.
Birdə
ki, sinəndəki
Mərmi
gözlüyü boyda...
Sənə medal veriblər,
Nişan üzüyü boyda.
Elşad BARAT
Ədəbiyyat qəzeti.- 2021.- 13
fevral.- S.26.