Zəfər nəğməsi
Poema
Əziz Vəziri-Əzəm!
III bölüm
Cəmisi
qırx dördcə gün ərzində şanlı Ordumuzun
misilsiz qəhrəmanlığı sayəsində
xalqımıza zəfər sevinci bəxş edən Vətən müharibəsi təkcə
millətimizin-dövlətimizin, iqtidarımızın-müxalifətimizin ən sağlam, ən gərəkli məziyyətlərini aşkar
etməklə əlamətdar
olmadı, həm də dünya xalqları, dünya dövlətləri arasından
bizə səmimi qəlbdən arxa duran həqiqi dostlarımızı, xalaxətrin
qalmasın naminə ağız açıb nəsə mızıldanan
tərəfdaşlarımızı, dəmir yeyib od püskürən qatı bədxahlarımızı
üzə çıxartmaqda
məhək daşı
rolunu oynadı. Doğma Türkiyəmizlə doğma
Azərbaycanımızın əsl doğmalığını,
bir canda iki ürək timsalında olduğumuzu, qardaş Pakistanla sağlam təməllər
üzərində qurulmuş
sarsılmaz dostluq bağlarımızın əbədi
varlığını bir
daha bütün çalarları ilə ortaya qoydu. Qürurla, fəxrlə, şəstlə
söyləyə bilərik
ki, bu qələbə
sivil dünya xalqları qarşısında
sözün geniş mənasında bütün
Turan məkanında yaşayan türk toplumunun başını uca elədi. Bu ölüm-dirim savaşında
biri digərini tamamlayan iki müqəddəs üçlük
zühur etdi: 1) dövlətlərin üçlüyü
- Azərbaycan-Türkiyə-Pakistan;
2) sərkərdələrin üçlüyü - İlham
Heydər oğlu Əliyev-Rəcəb Tayyib
Ərdoğan-İmran Xan
Əhməd Niyazi!
"Zəfər
nəğmə"mizin III bölümü "Əziz
Vəziri-Əzəm!" adıyla
qətiyyətli, dəyanətli,
yüksək intellektli,
geniş erudisiyalı
siyasətçi, xalqını
sevən səriştəli
dövlət başçısı,
dostluğu, qardaşlığı,
yaxşılığı dəyərləndirən qiymətli
insan, cəsur sərkərdə, Pakistanın
Baş Naziri İmran Xan Əhməd Niyazi İkramulla oğlunun
(05.10.1952) şəninə düzülüb-qoşuldu. Sözümün bu hanında yadıma ibrətamiz bir olay düşdü.
Var-dövləti başından aşan
milyoner, qazandığının
çox önəmli
bir payını millətinin inkişafı
naminə xərcləyən,
müsəlman qardaşlarının,
habelə ümumən
bəşər övladının
dərdi-sərinə, gün-güzəranına,
gündəlik qayğısına
da biganə qalmayan xeyriyyəçi, maarifpərvər, comərd
insan, millət atası Hacı Zeynalabdin Tağıyev
(1823-1924) XX əsrin əvvəllərində
Pakistan xalqını məhvə
aparan qorxunc taun pandemiyasına qarşı Avropadan öz halal pulu
ilə 300 min ampula peyvənd alıb göndərməklə qardaş
xalqı kütləvi
qırğından xilas
etmişdir. Pakistan xalqı
bu yaxşılığı
yaddaşında saxlamış,
1947-ci ildə Böyük
Britaniyanın əsarətindən
qurtarıb, müstəqillik
əldə edən kimi dövlət unudulmaz Hacının bu əməlini təfərrüatıyla dərslik
kitablarına daxil etmiş və gənc nəslin belə incə məqamı heç bir zaman unutmaması
üçün əsaslı
təminat yaratmışdır.
Bu səbəbdən dolayı
Pakistan xalqı və
dövləti həmişə
Azərbaycanı özünə
dost və qardaş bilir. Burda deyiblər:
Allah sizə qəni-qəni
rəhmət eləsin,
məkanınız cənnət
olsun, ey yaxşı adamlar, Hatəm əlli, tükənməz səxavətli,
Süleyman dərrakəli
aqil kişilər, ərən kişilər,
dünyanın əzəl-axırını
görən kişilər!
Zəfər nəğməsi
Xeyirxah,
comərd insan,
Qazanar eldə ad-san,
Yaxşılıq çıxmaz yaddan,
Xatırlanar hər zaman,
Əziz
Vəziri-Əzəm!
Keçən əsrin başında,
Pakistan göz yaşında,
Həyat
yarğan qaşında,
İnsan
can savaşında,
Əziz
Vəziri-Əzəm!
Taun adlı bir azar,
Xalqa olmuşdu düçar,
Biçirdi bu zəhrimar,
Qalmışdı millət naçar,
Əziz
Vəziri-Əzəm!
"Millət atası" Hacı,
Tapdı
dərdə əlacı,
Çəkdi bütün xəracı,
Aldı
peyvənd illacı,
Əziz
Vəziri-Əzəm!
Zeynalabdın Tağıyev,
Əbədi qurdu bir ev,
Üstündə də barelyef:
"Müslümsən, qövmünü sev!"
Əziz
Vəziri-Əzəm!
İşğalçıya hər şey yad,
Ölkə qalmışdı bərbad,
Qəfil
gurladı gurşad,
Vətənin oldu azad,
Əziz
Vəziri-Əzəm!
Mərdlik sığmaz hesaba,
Hacı
düşdü kitaba,
Səd afərin cavaba,
Siz batdınız savaba,
Əziz
Vəziri-Əzəm!
Unudulmaz
xoş əməl,
Dostluqda
sağlam təməl,
Qardaşıq axır-əzəl,
Sizli, bizli çox gözəl,
Əziz
Vəziri-Əzəm!
Qarışıb dərd-sərimiz,
Birgədi işlərimiz,
Hərbdə əsgərlərimiz
Savaşda ərlərimiz,
Əziz
Vəziri-Əzəm!
Oldunuz darda hayan,
Dost bilib, bizi sayan,
Kişi
kimi bərk dayan,
Halımıza çox yanan,
Əziz
Vəziri-Əzəm!
Sən möcüzə yaratdın,
Dünyaya mesaj atdın,
Yağıya dil uzatdın,
Aşına zəhər qatdın,
Əziz
Vəziri-Əzəm!
Açıq dedin sözünü,
Tutdun işin düzünü,
Göstərdin sərt üzünü,
Tökdün düşmən gözünü,
Əziz
Vəziri-Əzəm!
Gördük, var köməyimiz,
Arxamız, dirəyimiz,
Toxtadı ürəyimiz,
İsindi
kürəyimiz,
Əziz
Vəziri-Əzəm!
"Bir millətik,
üç dövlət!"
Tanrım, bu nə həqiqət?!
Ya Rəbbim, səndən mədət!
Atana
min-min rəhmət,
Əziz
Vəziri-Əzəm!
İşdə ədalətlisən,
Dosta sədaqətlisən,
Hər vaxt kəramətlisən,
Daim cəsarətlisən,
Əziz
Vəziri-Əzəm!
Eşq olsun Pakistana,
Dağ çəkib Hayastana,
Rəsmən heç bir zamana,
Dövlət deməyib ona,
Əziz
Vəziri-Əzəm!
Alqışlar ad-sanına,
Ərdoğanla yan-yana,
Güc verdin kişiyana
Qardaş
Azərbaycana,
Əziz
Vəziri-Əzəm!
Qurumsaq,
murdar yağı,
Bir sürü it yığnağı,
Torpağa çəkib dağı,
Dağıdıb Qarabağı,
Əziz
Vəziri-Əzəm!
Haqq yolunu azırlar,
Dağı-düzü qazırlar,
Qədim
şəhər gəzirlər,
Yalan-palan
yazırlar,
Əziz
Vəziri-Əzəm!
Haylar dönüb sarsağa,
Lağım atıb sol-sağa,
Daş basdırıb torpağa,
Tarix çəkir uzağa,
Əziz
Vəziri-Əzəm!
Yağı daban yalayır,
Çaqqal kimi ulayır,
Qərbə quyruq bulayır,
Bizə
meydan sulayır,
Əziz
Vəziri-Əzəm!
Sağ olsun Putin kişi,
Ağılla tutdu işi,
Nikolun sındı dişi,
Boş çıxdı zəng edişi,
Əziz
Vəziri-Əzəm!
Keçmədi təl-fəlləri,
Hiylə,
bəd əməlləri,
Qırda
qaldı əlləri,
Xırp
kəsildi dilləri,
Əziz
Vəziri-Əzəm!
Vuruşduq qırx dördcə
gün,
Hayları etdik sürgün,
Qovduq it
tək tünbətün,
Qarabağdan büsbütün,
Əziz
Vəziri-Əzəm!
Ordumuz zəfər çaldı,
Torpağı geri aldı,
Düşməni dərdə saldı,
Dünya
lap heyran qaldı,
Əziz
Vəziri-Əzəm!
Yağıya qan qusdurduq,
Şuşanı alıb durduq,
Ölümcül zərbə vurduq,
Gözəl toy-büsat qurduq,
Əziz
Vəziri-Əzəm!
Tuş oldu nakəs bəndə,
Əcəb düşdük kəməndə,
Saldılar bizi fəndə,
Girəmmədik Xankəndə,
Əziz
Vəziri-Əzəm!
Gəldi
"sülhməramlılar",
Haya layla çalanlar,
Könlün ələ alanlar,
Qayğısına qalanlar,
Əziz
Vəziri-Əzəm!
"Molodes" hər əsgərə,
Vaxt ötürmür hədərə,
Mismar vurur çəpərə,
Qoyur qapı, pəncərə,
Əziz
Vəziri-Əzəm!
Ermənilər boş-bekar,
Zabitlər olub nökər,
Biş-düş edər, pay çəkər,
Dəyirmana dən tökər,
Əziz
Vəziri-Əzəm!
Yeyib balı, qaymağı,
Tapıb
isti bucağı,
Görüb yumşaq qucağı
Dolduracaq
qundağı,
Əziz
Vəziri-Əzəm!
Qol-boyun
sarışırlar,
Qaynayıb qarışırlar,
Həsrətlə tapışırlar,
Gənətək yapışırlar,
Əziz
Vəziri-Əzəm!
Üçlük bir əncam tapar,
Qalmarıq heç vaxt naçar,
Xoşluqla verin qərar,
Yola salın tezbazar,
Əziz
Vəziri-Əzəm!
Rus gedəndə ağlasın,
Erməni
dərdə qalsın,
Boxçasını bağlasın,
Dabanını yağlasın,
Əziz
Vəziri-Əzəm!
"Qisas",
"status" güdəni,
Deyir:
"vur öldür məni,"
Ölən hər bir erməni
Murdarlayır vətəni,
Əziz
Vəziri-Əzəm!
Gec-tez dava olacaq,
Bircə
əlac qalacaq,
Dəmir
yumruq qalxacaq,
Düşmən payın alacaq,
Əziz
Vəziri-Əzəm!
Haylar tamam gedəcək,
Torpağı tərk edəcək,
Muğam
təzdən dinəcək,
Göydən mələk enəcək,
Əziz
Vəziri-Əzəm!
Amandır, möhkəm duraq!
Yumruğu zərblə vuraq!
Düşmənləri susduraq!
Yeni bir dövran quraq,
Əziz
Vəziri-Əzəm!
Üçlükdə səfər edin,
Şuşadan əhval bilin,
Kədəri üzdən silin,
Xankəndində dincəlin,
Əziz
Vəziri-Əzəm!
Qarabağda at minin,
Xoş danışın, xoş dinin,
Qailisiz yek dinin,
Dua desin müəzzin,
Əziz
Vəziri-Əzəm!
Qalxın
Cıdır düzünə,
Düşün maral izinə,
Enin bulaq gözünə,
Düz Turşsuyun özünə,
Əziz
Vəziri-Əzəm!
Xocalıya baş çəkin,
Sacayaq çinar əkin,
Baş əyib, durun mətin,
Düşünün dərin-dərin...
Əziz
Vəziri-Əzəm!
Üç ölkənin bayrağı,
Bəzəyib hər oymağı,
Şənlikdi, toy sayağı,
Çatlasın alçaq yağı,
Əziz
Vəziri-Əzəm!
Erməniyə dağ basan,
Üç Kişiyə can
qurban,
Abuzər
sizə heyran:
İlham,
Tayyib, İmran Xan!
Əziz
Vəziri-Əzəm!Əziz
Vəziri-Əzəm!
Abuzər TURAN
Ədəbiyyat qəzeti.- 2021.- 13
fevral.- S.23.