Barıt
qoxulu çiçək
(Lirik-fəlsəfi
poema)
Proloq
...27 sentyabr 2020-ci il...
Qarabağın azadlığı uğrunda Vətən
müharibəsi başladı...
O dəmlərdə
yenicə çapdan çıxmış "Duman
şehi" adlı şeirlər kitabımın sevinciylə
müharibə nisgilinin bir-birilə qarışıq ahəngindən
qulaqlarım uğuldayırdı...
Ahını
bəri tut, bu şamı yandır,
Şehinə
batdığım hər çiçək qandır.
Belini
dikəldən Xudafərindən, -
Hayana
baxasan, Azərbaycandır.
Dibində
bənövşə görüb bu kolun,
Qoynuna
nə gözəl qısılıb qolun.
Belə
harasında durub gözləyim, -
Ağdamdan
Şuşaya uzanan yolun?!
Bağbanı
olmağa gəl bu bağa, gəl,
Təbəssüm
qonub hər gül dodağa, gəl.
Qoşulub
"Qarabağ şikəstəsi"nə, -
Gəl,
cənnət görməyə, Qarabağa, gəl!
Dumanlı
zirvələr dayanıbdır şax,
Hər
dağın döşünə bir bayraq da tax.
Nəqərat
yerində güllə səsləri,
Şəhid
Xudayarın təsnifinə bax.
Əcəb
ayna tutub Araz, Həkəri,
Tərsinə
fırlanır əsrin təkəri.
Bəzənib-düzənib
yenə yol üstə, -
Nazlanır
Vaqifin şux gözəlləri.
Qarabağ
ruhuna qovuşan bədən,
Sünbül
sevdasıdır bu şumda hər dən.
Füzuli
gözünün yaşını silib,
Nizami
səsləyir bizi Gəncədən.
Üzü
aydınlığa yol gedən qatar,
Arzuya,
ünvana vaxtında çatar.
Qarabağ
bizimdir, Azərbaycandır!
Bu qədim
torpağın qan yaddaşı var.
***
"Qarabağ
şikəstəsi"nin nəqərat yeridir
Tovuz
döyüşləri... Barıt ətri gələn
azadlıq
çiçəyidir
hər şəhid qanı...
Hüzuruna
gəldiyim sünbül dən heykəlidir,
Bəlkə
dağlar da elə duman-çən heykəlidir?!
Hər
şəhidin silahı bir Vətən heykəlidir,
Bir
zirvəyə sığınıb neçə dağın
Günəşi.
Qanadıyla
Günəşi yelpikləyən o quşun, -
Ahından
köz götürüb addımlayırdı qoşun.
Hər
şəhidin köksündə çiçəkləyəndə
qurşun,
Yaxanıza
medaltək siz də taxın Günəşi.
Cənnət
də məmnun idi şəhidlərin halına,
Coşub
zəfər nəğməsi bir də elə çalına!
Torpaq
qucaq açanda igid generalına, -
Qəlpələnib
töküldü yerə, yığın Günəşi.
Gör
nə qədər qara əl uzanmışdı uzaqdan,
Ana Vətən
üzü ağ qurtardı bu tuzaqdan.
Dan
üzü işığını götürəndə
Qazaxdan,
Tovuzdan
doğmalıydı Qarabağın Günəşi...
***
Kür-Araz
türkün bizə körpü olan qolları,
Keçib
neçə sərhədin bağladığı yolları.
Köçkünlərin
ahından köz götürüb dağ qarı,
Qarabağın
köksündə puçurlayıb yara, bax.
Xətainin
qılıncı görən düşüb hara, bax?!
Tarixdə
dastan olub iki dahi, iki ər,
Biri
öndər Atatürk, biri də dahi Heydər.
Bizimlədir
ədalət, bizimlədir bu hünər,
Deməsinlər
o torpaq qarı düşmən taxtıdır.
Qarabağın
işğaldan azad olmaq vaxtıdır.
Türkiyə
bir mələkdir, Azərbaycan bir pəri,
Söküb
atmaq gərəkdir aradan bu çəpəri.
Gümanımız
sənədir, yurdumun mərd əsgəri,
Sarıl,
silaha sarıl, düşmənin bağrı yansın.
Müqəddəs
bayrağımız Şuşada dalğalansın!
Atatürkün,
Heydərin açdığı işıqlı yol,
İki
dövlət, bir xalqın boynuna dolanan qol.
Bu zəfərdən
yazmağa şair, sən də hazır ol!
Düşməni
məhv edəcək bizə qurduğu kələk.
Sevinəcək
Qarabağ, Azərbaycan güləcək!
***
Duman
yaşmağını endirib dağ da,
Saçır
şöləsini Gün Qarabağda.
Bir əlin
silahda, biri bayraqda,
Sənindir
qələbə, zəfər, əsgərim.
Sən
məğrur zəvvarsan, Şuşa pir elə,
Birləşib
hamımız olduq bir elə.
Sinəmdə
çırpınan ürəkdir elə, -
Sənin
sığındığın səngər, əsgərim.
Eşqini
eləyib Vətənə sipər,
Tarix
yaradırsan, sən ey bəxtəvər!
Bir
barıt qoxulu çiçək bitirər,
Torpağa
tökdüyün qan-tər, əsgərim.
***
...Müqavimətini
itirən düşmənin Bakıya tuşladığı
qadağan olunmuş raketlər Gəncəyə, Bərdəyə,
Mingəçevirə, Beyləqana düşür...
Bu
hiyləylə də cəsur xalqımızı sarsıtmaq
mümkün olmur. Döyüşlərdə xüsusi rəşadət
göstərən igid topçu Vüsal Şahkərimovun
şahanə duruşu hamını heyrətləndirirdi...
Üstümüzə
qoşun çəkən yağıdır,
Top-tüfəngin
düşmənləri dağıdır.
İndi
hünər, qəhrəmanlıq çağıdır,
Vur,
komandir, vur, gözünə döndüyüm!
Əhsən!
- Ali Baş Komandan İlhama!
Mələklər
də ayna tutub bu şama.
Qarabağı
alıb yetərik kama,
Vur,
komandir, vur, gözünə döndüyüm!
Cuşa
gəlib ulayır Boz qurdumuz,
Üzə
gülür yenə Odlar Yurdumuz.
Bayraq
tutub, hücum çəkir Ordumuz,
Vur,
komandir, vur, gözünə döndüyüm!
***
...Qəhərlənmiş
ana əsgər gedən oğlunun
tərini
silirdi, mən gözlərimi...
Aman,
ayrılıq!
Vətəni
darda görüb,
Silahlandın
can, igid.
Azğınlaşmış
düşmənə,
Toy
tutdun yaman, igid.
Saldın
düşməni dərdə,
Bizimlədir
zəfər də.
Dastan
oldun dillərdə,
Qoçaq,
qəhrəman igid.
Çəkildi
göz dağımız,
Güldü
Qarabağımız.
Ucaldı
bayrağımız,
Daha
Şuşadan, igid.
Kamanın
da, tarın da, -
Sevgisi
ilqarında.
Şuşanın
dağlarında,
Vətəndir
duman, igid.
***
Bağrına
basıb bizi,
Yerdən
götürən torpaq.
O
yandan qarşılayıb,
Burdan
ötürən torpaq.
Xudafərindən
keçib,
Yurd
seçib,Vətən seçib.
Alın
tərindən içib, -
Ruzu
yetirən torpaq.
Xoruzlar
verəndə ban,
Yaxasını
açır dan.
Hər
şəhidin qanından, -
Çiçək
bitirən torpaq.
***
Sən
qılıncsan,Ordum tiyən,
Gözün
aydın, gəldi yiyən.
Düşməni
məğlub eləyən, -
Aslana
bax, şirə bax-bax.
Qəfəs
hanı, o quş hanı?
Sığındığın
koğuş hanı?
Bağrıma
basdım Şuşanı,
Bircəciyə,
birə bax-bax.
Şəhid
qanı çiçək-çiçək,
Bu
gülün şehindən içək.
Zəvvar
desəm, inciyəcək,
Şuşa
pirdir, pirə bax-bax.
***
Vur
düşməni komandir, vur,
Qanad
verir bizə qürur.
Azadlıq
tumurcuğudur,
Şuşaya
sancılan bayraq.
Qol
götürüb bax, Araz, Kür,
Bizimdir
bu qələbə, hürr.
Vətənin
alnından öpür,
Şuşaya
sancılan bayraq.
Bizim
dahi komandanı, -
Gidi
dünya yaxşı tanı.
Çiçəklənən
şəhid qanı,
Şuşaya
sancılan bayraq.
***
...Qarabağın
azadlığı uğrunda döyüşən hər igid,
hər şəhid, - Vətənin yaxasından asılan ən
dəyərli orden və medallardır. Təltifin mübarək,
gözəl məmləkətim!
Gah zəvvarıq,
gah pirik biz,
Birləşmişik
bax, birik biz.
Aç
qoynunu, gəlirik biz,
Şuşa,
gözün aydın olsun!
Sevgiyə
bax o səsdəki,
Bir
başqadır həvəs də ki.
Gəlin,
deyək qəfəsdəki, -
Quşa,
gözün aydın olsun!
Gülür
dumanlı dağımız,
Nə
gözəldir növrağımız.
Dalğalanır
bayrağımız, -
Qoşa,
gözün aydın olsun!
Şuşa,
gözün aydın olsun!
***
Ayna
tutdum qan-tərinə,
Yaram
işlədi dərinə.
Şuşanın
duman yerinə, -
Sinəmdəki
dağ yeridi.
Baxıb
sağına, soluna,
Bir
gül qısıldı koluna.
Girib
küləyin qoluna,
Bir
sarı yarpaq yeridi.
Bu Vətənin
canı Şuşa,
Gur
şəfəqli danı Şuşa.
Könüllər
sultanı Şuşa,
Nə
gözəl bayraq yeridir.
***
...Neçə
illər güllə səslərinin vahiməsindən qorxub,
Qarabağ səmasında görünməyən durna
qatarlarının qayıdışı bu ilin tumurcuq fəslinə
düşdü...
Bu zəvvarın,
bu da pirin,
Xatirələr
şirin-şirin.
Sücayətə
xəbər verin, -
Qayıtdı
Kəlbəcər, gəlsin.
Söz
deməyin o qoçağa,
Arzusu
sığmır qucağa.
Nur-bərəkət
bu ocağa, -
Torpağı
gəl becər, gəlsin.
Kəlbəcərdə
baxın qara,
Ayna
tutaq dosta-yara.
Qoşulub
köhnə dostlara, -
Nəbi
gəlsin, Həcər gəlsin.
***
Belə
harasından dərim, -
Üstünə
düşməsin tərim.
Barıt
qoxulu güllərin, -
Üstündə
şəhid adı var.
Ürəyi
varmış dağın da,
Canı
qaldı qonağında.
Hər
şəhidin damağında, -
Bir
gözəl Vətən dadı var.
Vətən
taxtında şah idin,
Sevənlər
oldu şahidin.
Mələyə
dönən şəhidin, -
Uçmağa
da qanadı var.
***
Ürəyim
qəfəsdir quşun qonmağa,
Eşqdən
köz götürsən, nə var yanmağa?!
Hələ
qar gəzirik aynalanmağa,
Dumanı
çəkilən bu dağ şəklində.
Bax
qırov bağlayan o solğun gülə,
Bu qərib
ahıma gəlib bükülə.
Yel
vurub sovrulan külə bax, külə,
Çırpısız
közərən ocaq şəklində.
Yaşasın
yurd deyə, - verdi can şəhid,
Qazandı
əbədi şöhrət-şan şəhid.
Vətənin
köksünə baş qoyan şəhid,
Hər
yerdə ucalır bayraq şəklində.
***
...Hər
gün gələn bir neçə şəhid xəbərləri
hamını yamanca sarsıtmışdı.
Aləmi
boz hüzn almışdı ağuşuna...
Göz
yaşımız "dirilik suyu"dur
şəhidləri
əbədi yaşatmaq üçün...
Şəhidlik
- döyüşdən üzü ağ çıxmaq,
Şəhidlik
- qənirsiz ölüm sevdası.
Başqadır
hər şəhid qanından bitən, -
Çiçəyin
sevdası, gülün sevdası.
Hər
şəhid bir ovuc Vətən şəklidir,
Ruh
tanrı elçisi, bədən şəklidir.
Tabut
- şəhidlərin gedən şəklidir,
Ana
laylası da dilin sevdası.
Yaralar
belə çox sızıldar, göynər,
Sevən
gözəllərin göz yaşı dinər.
Bayrağa
bükülüb,Vətənə dönər, -
Şəhidli
ulusun, elin sevdası.
***
...8
noyabr 2020-ci il... Azərbaycan
Respublikasının
Ali Baş Komandanı İlham Əliyev televiziya vasitəsilə
canlı yayımda elan etdi ki, rəşadətli Ordumuzun əlbəyaxa
döyüşü sayəsində Şuşa şəhəri
işğaldan
azad
olunmuşdur!..
...Əziz
Şuşa, Sən Azadsan! Əziz Şuşa,
Sən
Bizimsən!..
Təbrik
etmək üçün ilk zəng etdiyim şuşalı
şair dostum Elçin İsgəndərzadənin sevincdən
dolan gözlərindən su içən səsindəki həzinlik
yaman kövrəltdi məni...
Alqışlar
nəğmə payı zəfər çalan əsgərin,
Düşmənlərin
canını oda salan əsgərin,
Gülləsindən
öpürük, ey Ali Baş Komandan, -
Sənin
məğrurluğundan ilham alan əsgərin.
Sən
əlçatmaz zirvəsən, söykəndiyin dağıq
biz,
Birləşib
bir olduqsa, bütöv Qarabağıq biz.
Şəhid
qanı məlhəmdir bu yurdun yarasına,
Ədalət
savaşında hər vaxt üzü ağıq biz.
Elə
çiçəkləyib ki, hər yanda şəhid
qanı,
Cənnətə
döndərəcək bu qan Azərbaycanı.
Sənin
rəşadətindir, cənab Prezidentim, -
Özünə
qaytardığın yurdun şöhrəti, şanı.
Sənin
arzularınla qəşş eləyib gülür dan,
Günəş
də köz götürüb bəlkə bu istiqlaldan?!
Müqəddəs
bayrağımız dalğalanan zirvədə, -
Heykəlin
ucalacaq, ey Ali Baş Komandan!
***
...Bu
inam çırağı, bu ümid şamı,
Nə
gözəl dəyişdi dünyanın tamı.
Sənin
zəfərinə sevinir hamı,
Müqəddəs
qələbən mübarək,Vətən!
Bizim
əsgərlərin top-tüfəng səsi,
Xoşbəxt
eləyibdir burda hər kəsi.
Dillərdən
düşməyən bayraq nəğməsi,
Coşub
İlhamınla bu ürək, Vətən.
Zirvələr
dumana, çənə söykənib,
Sünbülə
qonan quş dənə söykənib.
Sənin
söykəndiyin sənə söykənib,
Xoşuna
gəldimi bu dirək, Vətən?
***
...Hər
dəfə Ali Baş Komandan azad olunmuş
torpaqlarımızın adlarını öz twitter səhifəsində
işıqlandırdıqdan sonra,
televiziyalar
vasitəsilə xalqa
bəyan
olunurdu...
...Ağdamın
azad olunmasına görə şair dostum Qulu Ağsəsə
təbrik üçün zəng etdim. Gur, tərtəmiz səsi
güclə eşidilirdi şairin... Sanki Ağdamı
işğaldan o yorğun səsiylə azad etmişdi, Qulu
Ağsəs... Xalq artisti Arif Babayevin "Ağdam azad
olınanda, o torpaqlara dizi-dizi gedəcəyəm" söylədiyi
kəlam sənədli film kimi gözlərimin önündən
çəkilmirdi... Ağdam torpağında
Yazıçı-deputat Aqil Abbasın sevincdən qol
götürüb oynamasına xanımı İradə
Tuncayın
Bakıda
nəvələriylə birgə əl çalması
bir
başqa aləm idi...
Hamı
qol götürüb "Zəfər marşı"na,
Gözləri
ürəkdən gülür Ağdamın.
Nəziri
eşq olan zəvvarına bax,
Bu
ocaq Ağdamın, bu pir Ağdamın.
Nəğmələr
qoşmağa sənin adına,
Gəlmişik,
bizi də al qanadına.
Baxıb
doğmasına, baxıb yadına,
Boynuna
qol salıb bu hürr Ağdamın.
Analar
saçını tutubdur bayraq,
Nə
gözəl sevinib gülür Qarabağ.
Sevən
ürəklərdə heykəlinə bax,
Hər
daşı, torpağı bu dürr, Ağdamın.
***
Könüllər
zəvvardır, Qarabağ ocaq,
Düşmənə
dağ çəkən şirdir hər qoçaq.
Bizə
qol götürüb, açıbdır qucaq,
Dünyanın
ən gözəl, ən göyçək yeri.
Diksindim
hər dəfə xoruz banına,
Bilmədim
hayandan gəlim yanına.
Bir
bax pərvazlanan şəhid qanına,
Burda
nə bağ qalıb, nə çiçək yeri.
Bahar
sevdalıdır qar da, sazaq da,
"Gizlən-qaç"
oynayıb qarda azaq da.
Qaçqınlıq,
köçkünlük qaldı uzaqda,
Üzü
yurda sarı bir ah çək, yeri!
***
Hər
güllə yerində bitən çiçəyin, -
Şehində
güzgülən, daran, a dağlar.
Daha
Qarabağdan doğur Günəş də,
Daha
sızıldamaz yaran, a dağlar.
Qar
ümid çırağın, duman-çən pərin,
Səni
görməmişdim heç belə sərin.
Qollarım
qoy olsun sərhəd tellərin,
O
üzdə qalmasın paran, a dağlar.
Görsən
qan ilə də yuyulmur pasım,
Pıçılda
dərdini qoy qulaq asım.
De, səni
hayandan bağrıma basım,
Yarasız
haran var, haran, a dağlar?!
***
...Xudafərin
körpüsü belini dikəltmişdi deyə, sərhəd
dirəyində yuva quran quşun göz yaşları
sığal çəkirdi tikanlı sərhəd tellərinə...
Çəkməz
bundan belə xarıbülbül ah,
Xan
qızı Natəvan bu eşqdən agah.
Bir əsgər
gül tutub, bir əsgər silah,
Şuşada
məst olub qış çiçəkləri.
Vətən
torpağısa məlhəm canına,
Hər
igid meydanda gərək tanına.
Sinəsi
boyanar şəhid qanına,
Bağrına
basanda quş, çiçəkləri.
Ay
aşıq, mizrabı yavaş vur telə,
Bürküdür,
yaxamı qoy açım yelə.
Bir
şəhid ruhuna heykəldir elə,
Elə
qoxlamazlar daş çiçəkləri.
***
Yolların,
izlərin qaçıb yuxusu,
Dağların
heç nədən yoxdur qorxusu.
Hayana
baxırsan barıt qoxusu,
Hayana
baxırsan qan çiçəkləyib.
Ta
kimsə baş əyməz burda qurşuna,
Vətən
gül-çiçəklə çıxar qarşına.
Hamı
qol götürüb "Zəfər marşı"na,
Şöhrət
çiçəkləyib, şan çiçəkləyib.
Gəldi
bu torpağın kotanı, xışı,
Tutacaq
aləmi sünbül naxışı.
Gülür
təbiətin ülkər baxışı,
Xoruz
dimdiyində ban çiçəkləyib...
***
...Döyüşə
səfərbər olmuş
çağırışçılar
və
könüllülər "Zəfər
marşı"nın sədaları altında, qalib Dövlətin
qalib əsgəri kimi
alnıaçıq,
üzüağ, sağ-salamat evlərinə
qayıdan
əsgərləri hamı
bir
möcüzə kimi qarşılayırdı...
Bizim
tərəflərdə igidlər çoxdur,
Durub
ha sayasan, hesabı yoxdur.
Hər
düşmən köksünə bir igid oxdur,
Xoş
gəldin, yurdumun aslanı, igid!
Qucaqla
Vətəni, bas bağrına, bas,
Qınında
atmadı qılıncımız pas.
Vaxtında
alındı düşməndən qisas,
Yerdə
qoymadınız bu qanı, igid!
Zəfər
çeşməsindən içib payızın, -
Çiçəyi
açıldı o sevən qızın.
Müqəddəs
üçrəngli bayrağımızın, -
Eşqiylə
bəzədin meydanı, igid.
***
Bu nə
gözəl karvandır, bu nə gözəl
qayıdış,
Göydən
gül-çiçək yağır, bahara
dönübdür qış.
Ey
Ali Baş Komandan, hünərinə min alqış!
Millətin
Qarabağa qayıdışı başladı.
Qoşunumuz,
Ordumuz rəşadətli, müzəffər,
Dastanlara
dönəcək bu qələbə, bu zəfər.
Gözün
aydın, şair dost, alim Elçin İsgəndər!
Millətin
Qarabağa qayıdışı başladı.
Şuşanın
dağlarında dumana bax, qara bax,
Düşmən
öz niyyətindən çəkilibdir dara, bax.
Yaşa,
qəhrəman Ordu, yaşa, azad Qarabağ!
Millətin
Qarabağa qayıdışı başladı.
Sancıldığı
zirvələr bayrağıma yaraşıq,
Aləmə
işıq saçır bu qələbə,
barışıq.
Gör,
çağlayan könlümdə neçə nəğmə
var, aşıq?!
Millətin
Qarabağa qayıdışı başladı.
Torpağımız
oyandı qarlı qış yuxusundan,
Xarıbülbül
hər yana pay verir qoxusundan.
Ta,
yağı biz tərəfə üz tutmaz qorxusundan,
Millətin
Qarabağa qayıdışı başladı.
Qarabağda
hər çiçək bir şəhid heykəlidir,
Öpüb
oxşadığımız bayrağımız pirdi, pir.
Ürəklərdə
çağlayan arzu-amallar da bir,
Millətin
Qarabağa qayıdışı başladı.
Xarıbülbül
köksündə çox gəzdirdi bu dərdi,
Hər
damla göz yaşından neçə igid göyərdi.
Bayrağımız
Şuşada düşmənlərə sipərdi,
Millətin
Qarabağa qayıdışı başladı.
"Qarabağ
şikəstəsi" Arifin avazında,
Şair
Elçin İsgəndər misraların nazında.
Süleymanın,
Mənsumun səsinin pərvazında,
Millətin
Qarabağa qayıdışı başladı.
Düşmən
öz ətəyini özünə yelpik tutar,
Hər
yanı sarı sünbül, bağ-bağat, çəltik
tutar.
Xarıbülbül
başını bundan belə dik tutar,
Millətin
Qarabağa qayıdışı başladı.
Ey Cəbrayıl,
Qubadlı, Zəngilan, gözün aydın!
Dillərdə
pöhrələnən "Qələbə!"
sözün aydın!
Füzulidə
qalanan ocağım, közün aydın!
Millətin
Qarabağa qayıdışı başladı.
Bu
sülhə, qayıdışa deyirik biz, mübarək!
Qarabağda
açılan hər cığır, iz mübarək!
Azərbaycan
əsgəri, təltifiniz mübarək!
Millətin
Qarabağa qayıdışı başladı.
Əlirza
Həsrət deyir, Ordumuza mərhaba!
Qürbətdə
azad olan Yurdumuza mərhaba!
Bürünüb
Yer kürəsi Ay-ulduza, mərhaba!
Millətin
Qarabağa qayıdışı başladı.
***
...Ahını
bəri tut, bu şamı yandır,
Şehinə
batdığım hər çiçək qandır.
Belini
dikəldən Xudafərindən, -
Hayana
baxasan, Azərbaycandır.
Dibində
bənövşə görüb bu kolun,
Qoynuna
nə gözəl qısılıb qolun.
Belə
harasında durub gözləyim, -
Ağdamdan
Şuşaya uzanan yolun?!
Bağbanı
olmağa gəl bu bağa, gəl,
Təbəssüm
qonub hər gül dodağa, gəl.
Qoşulub
"Qarabağ şikəstəsi", -
Gəl,
cənnət görməyə Qarabağa, gəl!
Dumanlı
zirvələr dayanıbdır şax,
Hər
dağın döşünə bir bayraq da tax.
Nəqərat
yerində güllə səsləri, -
Şəhid
Xudayarın təsnifinə bax.
Əcəb
ayna tutub Araz, Həkəri,
Tərsinə
fırlanır əsrin təkəri.
Bəzənib-düzənib
yenə yol üstə,
Nazlanır
Vaqifin şux gözəlləri.
Qarabağ
ruhuna qovuşan bədən,
Sünbül
sevdasıdır bu şumda hər dən.
Füzuli
gözünün yaşını silib,
Nizami
səsləyir bizi Gəncədən.
Üzü
aydınlığa yol gedən qatar,
Azuya,
ünvana vaxtında çatar.
Qarabağ
bizimdir, Azərbaycandır!
Bu qədim
torpağın qan yaddaşı var.
Əlirza
HƏSRƏT
Ədəbiyyat qəzeti.-
2021.- 20 fevral. S. 20-21.