Biz
böyüdükcə açarlar da böyüdü…
General-mayor
Polad Həşimovun xatirəsinə
Yuxu kimi yaşamaq istəyirəm ömrümü.
Uzun-uzadı
yox,
qəfil
gələn dolu kimi.
Tale işidi unudulub unudulmamaq.
Qoy
gurlasın yağış
pəncərəmdə naxış-naxış
və
göy qurşağıtək parlasın işıq.
Haray
salmırsa
qorxaq və
aciz böyüyər
oyun
zamanı
topu əlindən
alınan uşaq!
Nağılsız uyumayan
qızcığaza
Böyük
Vətən Savaşının
şəhid uşaqlarına
Ey, orada kim var,
məni
eşidirmisiniz?
tabutun
içindən səslənirəm sizlərə
yanımda gəlinciyim.
Üşüyürəm
gəlinciyim də üşüyür,
buralar
çox soyuq!
Gözlərimi
yumsam da,
hələ yatmamışam,
nağılsız uyumam ki!
Ey,
oradakılar,
uzadın
əllərinizi,
mən
sizi eşidirəm
artıq
yaşım dörd, -
bir
qızam yepyekə!
Çox
da ki əlim, ayağım tikə-tikə,
heç
sönmədi ki,
oynamaq həvəsim.
Barı
sinəmə sığınan
gəlinciyimi qaldırın
tükənməsin nəfəsi!
***
Atam
ömür boyu dil açıb danışmadı
beşiyindəymiş kimi yaşadı ömrünü.
dilinin
ucundaydı demək istədiyi söz,
deyə
bilmədiyi gözlərində.
Gözlərdən
seçib ayırardı
Sözlərin
qırmızısını, qarasını...
Atamı
xatırlayıram:
qarlı
qış günlərində
dəmirçi kürəsinin başında.
birdən-birə
donur
uşaqlıq illərim yaddaşımda.
donur
üzlər, donur gözlər.
Ata! Ata,
O
hansı sözdü ürəyində qaldı?
Nədən
axı
mənim
sevdiklərim
soyuq və
laldı?!
***
Şər
qarışıb...
uşaqlar küçədən yığışıb...
qapıya
yaxınlaşan
tanış addım səslərini axtarıram
sonuncu
pilləni qalxa-qalxa, -
məni
evə səsləmirlər,
danlamırlar daha -
"Niyə
köynəyin tərləyib,
niyə
rəngin belə solğun?!".
Əlləri
titrəyə-titrəyə,
yorğun-yorğun
anam
açardı qapını...
***
Vaxtlar
vardı balacaydıq,
əlimiz
güclə çatardı açar dəliklərinə
uşaqsan, deyə
bizi
buraxmazdılar böyüklərin arasına,
açar
dəliyindən baxardıq
qonşunun gəlin köçən qızına!
Biz
böyüdükcə açarlar da böyüdü
açar
dəlikləri də.
İndi də
əllərimiz çatmır
qapı
dalında
kiminsə çiyninə qalxıb
bizi
haraylayan uşaqlığımıza...
***
Lənətə
gəlmiş xatirələr,
lənətə gəlmiş sənli günlər.
Nə
olaydı
qarşımda dağ ucalaydı,
divar
hörüləydi;
yaddaşımı itirəydim, -
bir də
düşməyəydim izinə.
Hara
baxıram;
adamlar,
ağaclar, quşlar
sən
rəngdə dəyir gözümə!
***
Yağışlı
günlərdə
qanadlanıb uçaydım,
çıxıb
gedəydim bu yerdən.
Adil
Mirseyidin
sulu boya
ilə çəkdiyi rəsmdəki qadın
neçə gündu ürkək-ürkək
gülümsəyir pəncərədən.
***
Ürəyimin
səsini dinləyirmiş torağay
əski
patefondakıtək oxuyur pəsdən.
arada səs
kəsilir,
yenidən oxumağa başlayır,
sanki
torağayı kimsə daşlayır.
Quşcığaz
hardan bilsin
bu nə
tale,
bu nə
qədər?!
Hara
uçsa,
hansı
mahnını oxusa da,
ovçu
əlində hədər!
***
Anadil
quşları kimi haraylayır görən:
- tapdın, tapmadın?
Səs
ağrılı-ağrılı dolur otağıma,
çökür yatağıma-yuxularıma.
axı
mən də bu yollarda ömür yoruram,
xəyallar qururam.
Mənim xəyallarım uşaq xəyallarıdı,
neynim?!
Uşaqlar
nə istər ki,
atasından, anasından yana?
Elə mən
də üz tutsam da hayana,
anadil
quşlarıtək
ötən günlərimi haraylayıram!
Fəxrəddin
ƏSƏD
Ədəbiyyat
qəzeti.- 2021.- 20 fevral. S. 30.