Şəhid
Abasov Ağababaya
Yenə
hava soyuqdu,
Külək adamı kəsir.
Axşamın xeyri, şəhid.
Haqqında oxuyuram,
Dilim, dodağım
əsir.
Sən göylərdə mələksən,
Sən yerlərdə
insansan?!
Sən beş ayın
əsgəri,
Əbədi qəhrəmansan.
Anan da razı səndən,
Elin zəfər anası...
Tələbə anasıydı,
Sonra əsgər
anası.
Sən sözünü tutmusan,
O ürəyi yanana,
İndi
dediyin kimi,
Şəhid anası deyir,
Hamı sənin anana.
Yadındadır? Komandir
olanda sevinmişdin...
"Təşəkkürnamə"ni
də
Alanda sevinmişdin.
Sevinəndə gördün ki,
Anan da şükür
edir.
İndi
bütün məmləkət
Qalxıb
ayaq üstünə,
Sənə təşəkkür edir.
Sən də ki, yaşayırsan,
Özün dediyin kimi.
Məzarın da düzəlib
Sən istədiyin kimi.
Beləcə, arzuların,
Qoy, həmişə çin olsun.
Get, hava da soyuqdu,
Ananın
yuxusunda
Yat, yuxun
şirin olsun.
Elşad Barat
Ədəbiyyat qəzeti.-
2021.- 27 fevral. S. 21.