Şəhid
öygüsü
("Əruz həmlələri"
silsiləsindən)
Qarabağ müharibələrində
Haqqa qovuşan bütün
şəhidlərin müqəddəs
ruhuna sonsuz ehtiramla!
Taleyi
qan-qadaya yoğrulu yurd torpağının,
Nə qədər
göz yaşı var, bir elə şəhid qanı var.
Yerin
üstündə yığıb zülmünü qəddar
yağının,
Yerin
altından atəş püskürən öz
tüğyanı var!
Bu Vətən
yavrusunun əfsanədə yoxdu tayı,
Şan
yazır, yer o yana, göydə könüllər yaxaraq!
Zəfərində
yenə "Ya Heydəri-kərrə!" harayı,
Yıxılır
köksünə bir bayrağı bərk-bərk sıxaraq!
Nəsib
olmuş bu səfər öygü demək bəxti mənə,
Döz
bir az, ey Basatım, dözməlidir qurd ürəyin!
Nə qənim,
hətta ölüm tək bata bilməzdi sənə,
Gözü
düşmüş, görünür, göydəki
qısqanc mələyin!
Son
anında belə şən zillənib, ərşə tələsən
Bu
mübarək baxışı mən necə vəsf eyləməyim?!
Vurub
atdıqca külək, qanlı yaran üstə əsən,
Qan-qızıl
köynəyini mən necə bayraq deməyim?!
Duymamış
bunca qürur xalq otuz ildən bu yana,
Ruhuna,
gör, nə qədər təşnədi ki ərşi-əla,
Doymamış
sehrinə bir yerdə Vətən adlı ana,
Göydə
didarın üçün intizar Allah-Taala!
O bilir təkcə
bu eşq səndə yaranmış haradan,
Naümid
etdimi heç bircə kərə ümmətini?!
Səni
yurda hələ çox qaytaracaqdır Yaradan,
Qorumaqdan
ötəri yer üzünün cənnətini!
Qazi şükrüsü
("Heca
hücumları" silsiləsindən)
Qarabağ
döyüşlərində misilsiz şücaət göstərən
bütün
qazilərimizə
möhkəm cansağlığı və uzun ömür
arzusu ilə!..
O qız
gözəl idi, nə qədər desən,
Görənlər
göylərin payı sayırdı.
Hüsnü
aşiqlərin nəfəsin kəsən
Çiçəklər
də "Leyla..." pıçıldayırdı.
Ancaq
uzandıqca illər acısı,
Elçilər
qapıdan döndükcə bir-bir,
Hamı
deyirdi ki, şəfqət bacısı
Şəhid
qardaşların unuda bilmir...
Qırıldı
şeytanın qıçı, nəhayət,
Qələbə
günündə Qızıl payızın!
Alplar
qarşılanan törəndə fəqət
Üzünə
təbəssüm qondu o qızın!
İzdiham
önündə onu görəndə,
Ayaqda tutaraq
özün birtəhər,
Unudub
yarasın, dondu yerində
Şuşadan
zəfərlə qayıdan əsgər!
Hər kəsin
onlarda ikən diqqəti,
Hamının
böyüdü birdən heyrəti:
Sən nələr
imişsən, yurd məhəbbəti,
Sən nələr
imişsən igid qeyrəti!..
Fırtına
anında səcdəyə gəlib,
Qız
boğa bilmədi sevinc yaşını...
Ağır
yarasına doğru əyilib,
Qazinin
köksünə qoydu başını!..
Bakı, 2020
Akif Azalp
Ədəbiyyat qəzeti.- 2021.- 3
iyul.- S.29.