Dünya klassikləri
Mixay Eminesku (1850-1889) -
moldovan-rumın ədəbiyyatının klassiki, Avropa
romantizminin və rumındilli poeziyanın görkəmli
nümayəndəsi. Ölümündən
sonra Rumıniya Elmlər Akademiyasının üzvü
seçilib.
Tanınmış şairə və tərcüməçi
Fəridə Hacıyevanın çevirisində Emineskunun
"Ulduzlardan pay istərəm" adlı şeirlər
toplusu ilk dəfə 2001-ci ildə nəşr edilib. Hazırkı tərcümələr
şairin yaradıcılığına ikinci və ən əsası
orijinaldan olan müraciətdir.
İllərdi ki, canımda...
İllərdi
ki, canımda
Ölüm gəzinir niyə?
Niyə
sözlər tükənir,
Yumulur gözlər,
niyə?
Niyə
başda hava var,
Havalıdır ömür də?..
Bircə
sən sual etmə -
Yaşayanlar bilir də...
Sevgi nədir?
Sevgi nədir? Yalnız ağrı,
Ağrımaqçün səbəbdir.
Göz yaşların olsa sarğı,
Qoy çox
axsın, savabdır.
Aşiq
sirrə aşinadır,
Ovsunladıb qəlbini.
Unutmaqlar
boşunadır
Bütün
ömrü uzunu.
Bax, hələ də kandardadır,
Bir kölgəlik
künc tapır.
Doğma
kimi qarşılayır,
Öpüb bağrına basır.
Pusur səni həftələrlə,
Asta addım
ləpirlər.
Toxunuşlar gül əllərə
Və kəpənək
kirpiklər.
Gündüzləri
səni Günəş,
Axşamlar Ay izləyir.
Bəlli
ki, bu sönməz
Atəş,
Ağ işıq
nə istəyir.
Beləcə
yazılıb illər -
Xiffət payı çox düşüb.
Nilufərtək xatirələr
Qucub səni,
büzüşüb.
Bircəcik arzum var
Bircəcik
arzum var
Dinc, sakit axşamda -
Sahil və göy sular -
Mən köçüm
dünyadan.
Arxamca ucadan
Ağlayan olmasın,
Yarpaqlar
ağacdan
Sızlayıb boylansın.
Ətrafa
yayılsın
Bulağın şırşırı,
Şamlıqdan saçılsın
Qoy Ayın
işığı.
Axşamlar sərin yel
Zınqırov tərpətsin,
Qocaman cökə hey
Budağın yellətsin.
Yolumdan
saxladı
Məni xoş anlar.
Səyyah
da olmadım,
Dayandım yarıda.
Bax
Zöhrə parlayır
Kölgəli budaqdan,
Təbəssüm paylayır
Dost kimi uzaqdan.
Və bir
ah qopacaq
Coşanda dalğalar.
Tənhalıq hopacaq
Mən yatan torpağa.
Dan ulduzu
Dan ulduzu,
Dan ulduzu, min bir cürə oduyla
Həyatımın zülmətini dağıdır
öz nuruyla.
Bu işığa, bu atəşə zillənirən yuxulu,
Əllərimi uzadıram mən o ulduza
doğru.
Nağılların pərsitək ucadadır, pənbədir.
İşti axır gözlərindən
füsunkardır, incədir.
Buruq sarı saçlarının
teli düşür gözünə,
Ağıl yağır çiçək
açmış təbəssümlü
üzündən.
Səndən uzaq
Yenə bəxtsiz
günlərimlə bərabərəm mən,
Bir ocağın
başındayam, uzaqda
səndən.
Yaşayıram bu dünyada yüz ildi sanki,
Lap qış kimi
qocalmışam, sən də yoxsan ki.
Çisələyir xatirənin narın yağışı,
Yada düşür
olub keçən, pis
ilə yaxşı.
Pəncərəni soyuq əli döyür küləyin,
Sarır mənə iplərini hüzünlü eşqin.
Sanki bir an sən dumanın
içindən keçdin,
Gözün yaşlı, bumbuz idi gözəl əllərin.
Qollarını dolayıb sən
boynuma durdun,
Nəsə demək istədinsə yenə də susdun.
Gözəllik, eşq sərvətdi
ki, qucuram şövqlə
Bəxtsizləri birləşdirir xəyallar
zövqlə.
Susqun səsi vardır indi xatirələrin,
Sükut ilə pıçıldayır
sən də xoşbəxtdin.
Əllərimdən uçub getdin quş kimi sanki.
Qocalmışam, tək-tənhayam, sən də yoxsan ki.
Tərcümələr Səlim Babullaoğlunundur
Jalə İsmayılın rumın
dilindən
sətri tərcümələri
əsasında
Ədəbiyyat qəzeti.- 2021.- 3
iyul.- S.26.