İnanmıram, çətin ki, bu dünyada
taparsan
Gözlərinə vurulmuş
bu qəmli bimar kimi.
Unut məni, sevgilim, sadə bir ilqar
kimi,
Yolüstü söykəndiyin çoxlu
divarlar kimi.
Onsuz sənə desəm ki, mənimlə qal, xeyri yox,
Züleyxanın Yusifə etdiyi israr kimi.
İnanmıram, çətin ki,
bu dünyada taparsan
Gözlərinə vurulmuş bu qəmli bimar kimi.
Bu dünyada, ey ürək, ən ucuzu sevgidir,
Yaşayasan ömrünü gərək
ki, biar kimi.
Bilirsənmi mən niyə gecələrdən qorxuram?
Sızıldayır sinəmdə yoxluğun azzar kimi.
Bu beşgünlük dünyada var olmağın xeyri nə?
Köpük dəniz sayılmır, görünsə də var kimi.
Yandır
məni, tərk elə, qoy alışım-yanım
mən,
Qaranlıqda var olan şəmi-şəbi-tar kimi.
Məni
atıb getdiyin o tindəyəm, gəlginən,
Çünki cahan dövr edir yerində pərgar kimi.
Tərk
eləməklə bitmir,
mənim kimi dərdləri,
Dönəcəyəm haçansa saçlarına
qar kimi.
Gücün belə çatmasa,
gözünü çəkmə
yardan,
Heç olmasa zahirən görün xəridar kimi.
Hamı
nəsə xərcləyir,
dünya adlı bazarda,
Sən də xərclə Saymanı, dirhəmü-dinar
kimi...
***
Sanma aparırlar səni mehman eləsinlər,
Dostum, aparırlar
səni qurban eləsinlər.
Gizlət
qəmini, sanma ki, əğyar soruşursa,
İstəkləri var dərdini dərman eləsinlər...
Babək,
Hələbə kimsə
aparmır səni mehman,
Niyyətləri var qanına qəltan eləsinlər..
Yusif, quyudan çox da sevinmə ki, çıxıbsan,
Misrə
aparırlar səni zindan eləsinlər...
Bülbül, səni aşiq
edənin məqsədi
varmış,
Aşiq
eləyiblər səni
nalan eləsinlər...
Həvva,
yediyin almada bir hilə var
imiş,
Arzu bu imiş Adəmi
şeytan eləsinlər...
Geydikləri ağ paltara aldanma, Əli (ə) can,
Niyyətləri var nizəyə Quran eləsinlər.
Ey gül, qoparanlar səni gülzarın əlindən,
Kaş, kinlərini
eşq ilə dərman eləsinlər.
Ey Şəms, səni torpağa gömməklə,
rəqiblər,
Bilmir ki, əkirlər səni vulkan eləsinlər...
Fərhad
ayıq ol, baltanı öz başına vurma,
Məqsədləri var Bisütunundan eləsinlər...
Leyli, saçını bu küləyin hökmünə
vermə,
Niyyət
budu Məcnunu pərişan eləsinlər...
İbrahimə de səbr eləsin,
sınmasın əsla,
Dostlar çalışır narı
gülüstan eləsinlər...
Ey Nuh, özünə bir gəmi hazırla,
fikir var,
Allahsız adamlar yenə tufan eləsinlər...
Arxanda sənin qəddi əyilməz Savalan var,
Hər nə eləyirlər de ki, Sayman, eləsinlər..
***
Məndən uzaq dur, ey dost, bulaşmasın qəm sənə,
Yoxsa şair olarsan, qəmdən gələr dəm sənə...
Mən gördüyüm günləri
heç düşmən
də görməsin,
İstəmirəm ki, baxsın, kəm adamlar kəm sənə...
Bayquş
kimi hər gecə dil açıram
şeirlə,
Söyləyirəm dərdimi, həm Allaha, həm sənə..
Jalə
kimi hər gecə otururam güllərə,
Kədərimi səhərlər deyirəm
nəm-nəm sənə...
Bilirsənmi hər axşam niyə qaranlıq çökür?
Mənim
adımdan cahan saxlayır matəm sənə..
Kaş ki, bir söz
tapım deyə bilsin hissimi,
Kaş ki, bunca qüssəni
danışa bilsəm
sənə...
Səndən ötrü beş-üç
gün yaşamağa
nə var ki,
İnan
mənə, istəsən,
yıxılıb ölləm
sənə...
Ah, İsmayıl, qoç kimi gah oluram
qurbanın,
Gah da Kəbə yanında oluram Zəmzəm sənə...
Mənə bir tar verginən
ki, ifşa etsin məni,
Bu sevginin sirrini çalım zilü-bəm
sənə...
Hürr
olmağa "Quran"ı
oxumağa gərək
yox,
Bəs eyləyər inan ki, hətta bir ayəm sənə...
İçimdəki vulkanım partlayacaq haçansa,
Yanımda olsan yəqin, dəyəcək qəlpəm
sənə...
Məndən uzaq dur ey dost, yoxsa qəmim bir gecə,
Ya olacaqdır Əfşin, ya İbni-Mülcəm sənə...
Bu kədərin mənşəin
soruşma məndən
əsla,
Elə sirlər vardı ki, danışa bilməm sənə...
***
Küçənizdən keçirəm mən yenə biar-biar,
Gəzirəm hər tərəfi hey elə təkrar-təkrar.
Evin, ey eşqin özü,
"Qiblə" olubdur
mən üçün,
"Təvafin" eyləyirəm
hər gecə pərgar-pərgar..
Səni
vəsf etmək üçün dünyaya
mən gəlmiş idim,
Nə üçün tərk elədin dünyamı, ey yar, ey
yar?..
Yusifi almaq üçün mən də xəridar kimiyəm,
Yığıram pullarımı gizlicə
dinar-dinar...
Bir mənəm, bir də kədər, bu Bakı boyda
küçədə,
Ürəyim çox darıxır
bu gecə dostlar, dostlar...
Arxasından baxanı yoxdu deyə pəncərənin,
Dikilir pəncərələr qarşıma
divar, divar...
Mənsuru eşq adına dün gecə sərdar elədin,
Məni
də Allahıma qovuşdur, ey dar, ey dar...
Bu sızıltı, bu alov, gün gələcək ki, əminəm,
İbrahimtək olacaq Saymana gülzar, gülzar...
***
Cavanların qanından lalə
bitib Vətəndə,
Şəhidə oxşayırlar gənclərimiz
güləndə.
Yeridiyi yollara çinar əkir mələklər,
Əkdikcə düşmənləri, güllələrin bədəndə...
Şəhidliyin zirvəsi hər
kəsə qismət olmur,
Hər adama deməzlər, "şəhid
olub" öləndə.
Gərək ki, Zəmzəm
kimi doğulasan anandan,
Sonra Savalan kimi böyüyəsən
sinəndə...
Hərdən də bir Araztək dayanasan ortada,
Qardaşı qardaşından qorumaq
istəyəndə...
İlahi,
qismət eylə, Babək kimi cəng edib,
Şəhid olum bir axşam
Samirədə, Yəməndə.
Ətirlənib bu ölkə, şəhidlərin qanıyla,
Kökü su yox, qan içər, bayraqlar dirçələndə...
Ax ey qanım ki,
qeyrət, bayrağıma
can olsun,
Get, ey başım ki, sevgi baş
qoymayıbdı məndə...
***
Qanı
qanla yuyacaq millətimə eşq olsun!
Məni
məğrur eləyən
millətimə eşq
olsun!
Köləlikdə var olan bolluğa nifrət edirəm,
Müstəqillik daşıyan nifrətimə
eşq olsun!
Mən ki, Yusif kimi
öz qiymətimi dərk edirəm,
Düşmənin vermədiyi qiymətimə
eşq olsun!
Fürsətim olsa əgər
düşmənimi məhv
edərəm,
İntiqam almaq üçün
fürsətimə eşq
olsun!
Türklüyümdür ki, mənə qeyrət olubdur həmişə,
Məni
Boz qurd eləyən qeyrətimə
eşq olsun!
Sinəm
üstündə hər
an lap Savalantək ucalıb,
Azərbaycan olan həsrətimə
eşq olsun!
Hətta
bilsəm ki, sənə catmayacam mən yenə də,
Ey Vətən, çəkdiyim
o zəhmətimə eşq
olsun!
Lənət olsun elimi min yerə bölmüş
"ayıya",
Turan adlı o ulu dövlətimə eşq
olsun!
Bir vətəndir mənə
bu dünyada sərvət sayılan,
Qanla abad edilən sərvətimə eşq
olsun!
Azərbaycanımın tam və bütövləşməsiçün
Varsa bir zərrə əgər, xidmətimə
eşq olsun!
43 ildir ki, hələ
öz diyarımda qəribəm,
Öz diyarımda olan qürbətimə eşq
olsun!
Türk
adı harda gəlir namus ilə yan-yanadır,
Şərəf ilə yayılan
şöhrətimə eşq
olsun!
Düşmənin şərrinə də,
dostlarımın cəhlinə
də,
Düz yüz ildir dözürəm, taqətimə
eşq olsun!
Bakıdan Təbrizəcən boylanıram
bayraq ilə,
Bayrağımla ucalan qamətimə
eşq olsun!
Üstümə dünya belə
gəlsə əgər
qəm yemərəm,
Ürəyimdə döyünən cürətimə
eşq olsun!
Yoxdur əsla gileyim tənhalığımdan, Sayman,
Vətən uğrundadısa, qismətimə
eşq olsun!
Sayman ARUZ
Ədəbiyyat qəzeti.- 2021.-
3 iyul.- S.22.