Vətən müharibəsinin
qəhrəman iştirakçılarından
olan Səbuhi əslən Füzulidəndir. Xüsusi Təyinatlı Qüvvələrin
giziri olan Qurbanov Səbuhi Mais oğlu 12 oktyabr 1995-ci ildə Sabirabad rayonunda anadan olub, orta
təhsillidir. 4 aprel 2018-ci ildən hərbçi kimi fəaliyyətdə olub.
Vətən müharibəsində
Cəbrayıl, Füzuli,
Xocavənd istiqamətində gedən
döyüşlərdə iştirak edib, oktyabrın 5-də ağır
yaralanıb. Ali Baş
Komandanımız tərəfindən
"Füzulinin azad olunmasına görə",
"Xocavəndin azad olunmasına görə"
və "Cəsur döyüşçü" medallarına layiq görülüb.
Gülnar SƏMA
Nə zaman
yanımda oldun?
İndi də itirim
səni…
Bir albom dərd saxlayıram,
Gəl hesabla, böl yerimə.
Neçə ildir ağlayıram;
Gülüm, barı, gül yerimə.
Bu sözüm yadına
gəlir? -
"Kişi üzməz
bir qadını".
Dodaqlarım yaxşı bilir
Göz yaşlarımın
dadını.
Gah açıldın,
gah da soldun.
Mən necə
bitirim səni?
Nə zaman yanımda oldun?
İndi
də itirim səni...
Say ömrün hər bir saatın,
Nələr azdır, nələr çoxdur?
Gəz dünya ədəbiyyatın,
Sevgim kimi əsər yoxdur.
Eşq bəladır, keçər
qana,
Kim dözərsə, o, igiddir.
Bəzən ölmək bir
insana
Bu dünyada tək
ümiddir.
***
Sən günəşli sabahdasan,
Biz tərəfdə qaranlıqdır.
Unutmaq illəri alar,
Xatırlamaq bir anlıqdır.
Özüm də bilmədim
niyə
Sənə birdən maraq etdim.
Dərd
sənə gəlməsin
deyə,
Hər gün onu qonaq etdim.
Rəngsiz həyat xalçasının,
Üstündəki naxış oldun.
Mən damlana möhtac idim,
Sən kimlərə
yağış oldun?
Dedilər zamana burax,
Düzəlirmiş, bir də baxdım.
Mən səninlə ayrılmadım,
Səni zamana buraxdım.
Gedirsənsə, xudahafiz,
Gözüm ölüncə səndədir.
Şam qədər işığın
yoxdur,
Günəş bildim, səhv məndədir.
Heç
olmasa, sağollaşaq,
Ayrılmayaq düşmən kimi.
Qorxmursan
ki, rastlaşırıq
Nə zamansa peşman kimi?
***
Dəliyə də döndük,
Geriyə
dönmədik...
Bizi elə yandırdı bu eşq alovu, sönmədik.
Günahkardı o,
Gözü dolan qadın.
Bir kişinin
içməyinə səbəb
olan insan.
O gün elə getdi,
Xoşuma
gəlirdi...
Gəlməyinin xəstəsiyəm, sanki bilirdi.
O yanıma gəlsin,
Xoşuma
gəlməsin,
Yanımda olsun yetər ki, ümidim ölməsin.
Sən özümün özümə
Xəyanətimsən.
Nə eyləsən
də, Allaha əmanətimsən.
Saxta eşq ölər,
Heç yası olmaz.
Eybi yoxdur. Nifrətimin saxtası
olmaz.
Güzgü
Qarşıma dikilib dayandın
yenə,
Nədir bu səssizlik, niyə bilmirsən?
Alnın
da qırışıb,
gülüşün solub,
Bəlkə yorulmusan, deyə bilmirsən.
Nə qədər olsan da ağıl sahibi,
Həyatın oyunun bilən deyilsən.
Bir dəfə qonağı olmusan deyə,
Dünyaya bir daha gələn
deyilsən.
Mən sənə nə deyim, günahın böyük,
Vaxtını vermisən küləyə,
yelə.
Erkəndən oyanıb işə
gedərdin,
İndi gün günorta, yatırsan hələ.
Nə qədər üzümə
baxırsan mənim,
Mən də istəmirəm danlayım
səni.
Bir yaxşı əməlin gəlmir ağlıma,
Bəhanə eyləyim, anlayım səni.
Nəfəsin soyuyub, kəsərsən
məni
Qışın şaxtasının qılıncı
kimi.
Saçına ağ düşüb, ömrün
saralıb,
Tənha bir qocanın balıncı kimi.
***
Böyük Allah kəlamından biridir:
Vətən uğrunda ölənlər
diridir.
Torpağın köksünə canlar
qarışır,
Bu, Vətən sevgisinin
təsviridir.
Budur haqq davası, haqqın əsası.
Əsgərim düşmənə tutdurdu
yası.
Biz türk oğluyuq, ay başına dönüm,
Axan hər damla qanın var qisası.
Torpağımda iti azmışdı yadın.
İndi sorsan, unudub, bəlkə, adın.
Bir ölüb, min dirilən xalqıq biz,
İşini yarım qoymarıq Poladın.
Qurbanov Səbuhi
Ədəbiyyat qəzeti.- 2021.-
3 iyul.- S.9.