Azərbaycan Yazıçlıar Birliyində
yeni təyinatlar
Azərbaycan Yazıçılar Birliyində yeni kadr təyinatları olub
İyulun 1-də Azərbaycan Yazıçılar
Birliyində rəhbərliyin toplantısı
keçirilmişdir. İştirakçılar uzun illər boyu
AYB-nin Birinci katibi işləmiş Xalq şairi Fikrət
Qocanın xatirəsini bir dəqiqəlik sükütla yad
etmişlər.
Xəbər verildiyi kimi, Birliyin Birinci katibi vəzifəsini icra etmək
Xalq yazıçısı Çingiz Abdullayevə həvalə
olunmuşdur.
Birliyin katibi Rəşad Məcid sədrin
müavini təyin edilmişdir. Elçin
Hüseynbəyli və Səlim Babullaoğluna Birliyin katibləri
vəzifəsini icra etmək
tapşırılmışdır. Katiblər
arasında iş bölgüsü məyyənləşdirilmişdir.
Ağsaqqallar Şurasının sədri Xalq
şairi Nəriman Həsənzadə və Gənclər
Şurasının sədri Fərid Hüseyn katibliyin üzvləri
təsdiq olunmuşlar. İndi 21
üzvü olan Gənclər Şurasının tərkibinin
31 nəfərdən ibarət olması
razılaşdırılmışdır. Sayman Aruz sədrin
müşaviri təyin edilmişdir.
Azərbaycan Yazıçılarının pandemiyaya görə təxirə
salınmış XIII Qurultayının bu ilin oktyabr-noyabr
aylarında keçirilməsi nəzərdə tutulur.
Qurultaya qədər olan müddətdə
hazırlıq işləri aparılması və Nizamnaməyə
görə seksiya və bölgələr üzrə
Qurultayda nümayəndələr seçilməsi nəzərdə
tutulur.
***
Azərbaycan Yazıçılar Birliyində (AYB) yenə də kadr təyinatları olub.
Rauf Aslanov Azərbaycan Yazıçılar
Birliyi sədrinin baş müşaviri təyin edilib.
Yazıçı-tərcüməçi Vaqif Əlixanlıya AYB Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzinin
sədri vəzifəsini,
yazıçı Pərvin
Nurəliyevaya isə
“Qobustan” jurnalının
baş redaktoru vəzifəsini icra etmək tapşırılıb. İndiyədək Mərkəzin nəşri
olan “Dünya ədəbiyyatı” dərgsinin
baş redaktoru ədəbiyyatşünas Seyfəddin
Hüseynli isə eyni zamanda Bədii
Tərcümə və
Ədəbi Əlaqələr
Mərkəzinin sədrinin
müavini təyin edilib.
Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidməti
Ədəbiyyat qəzeti.- 2021.- 3
iyul.- S.17.