Məktub
Salam mənim əzizim, necədi orda hava?
Mən
lap dəli olmuşam bu boyda ayrılıqda
Oralar da soyuqdu, bəs işlərin necədi?
Burda
sakit, səssizcə, sıradan bir gecədi...
Ulduzları
göydə tək, ulduzları çox yalnız,
Buludları da qorxaq, yağışları anlamsız.
Çox
adidi gündüzü, çox sadədi səhəri,
Yığışıb gedib sənlə bütün
möcüzələri.
Çox
unutqan olmuşam son zamanlar bir ayrı,
Dərdi bölüb qoymuşam yan-yana, ayrı-ayrı.
Hər
şeyi düşünmüşəm, ən çoxu
ayrılığı,
Təkcə bu unutmağın yolu bir başqa
ağrı.
Bəlkə, necəsə olur yaddaşda da yaşamaq?
Bəlkə, orda bir evcik, yuva qurum səninçün.
Nə var
e itirməyə, itirmək hər zaman var,
Bəlkə, yaddaşda qalaq, darıxıram səninçün.
Görürsən unuduram, görürsən
yaddaşsızam.
Tamam
yadımdan çıxıb sənə məktub ki
çatmır
Hər
şeyi düşünmüşəm, hər nə varsa
yazmışam,
Ayrılığın küçəsi, poçtu,
ünvanı çatmır.
Yenə özünü düşün,
öz-özünə yaxşı bax.
İsti
geyin, şərfini bir az da yaxşı
bürü
Əlindən
tut sevginin, yenə qaçar yaramaz,
Həsrəti çox ağırdı, yer
üzünü bürüdü.
Bu
çatmayan məktubu, oxuyuram özümə,
İçində tək sən olan, ən doğmaca
yerimdi.
Bəlkə
bir gün böyüdü, o da bir adam
oldu,
Bəlkə bir gün sevgimtək ayaq tutub yeridi.
Sağ ol
mənim əzizim...
Gəlmişəm
Nə
varsa əlimdən salıb itirdim,
vaxtsız ağaclarla solub gəlmişəm.
Mələyə
dönməyə vaxtım olmadı,
kədərli buluda dolub gəlmişəm.
Gəldim boynu bükük, amma uğurlu.
Dərd yolu müqəddəs, dərd əhli ulu.
Allah məni
dərdlə birdə yoğurdu,
Saçları ağappaq solub gəlmişəm.
Mənim
ruhum ilə oynadı fələk,
Sevinci
üzümə qıymadı gülək,
İçində
min fürsət, min şərli kələk,
Əlimlə şeytanı boğub gəlmişəm.
Gəlib
hüzurunda durmağıma bax,
Saçıma çiçəkdən qəmli çələng
tax.
Mən
haqqın uğrunda məğlub olduğum,
dünyanın qabığın soyub gəlmişəm.
Axırda
canımdan çıxan kədəri,
Gözümün yaşına dəyməyən qəmi.
Əlimlə
didmişəm öz ürəyimi,
Sevgimi gözümdən yuyub gəlmişəm.
Nə
qalıb sənindi canımdan Allah,
bir
özüm, bir sözüm, bir üzüm Allah.
Hamı
bir gün ölür gedir dünyadan,
mən
sənin yanına ölüb gəlmişəm...
Günah
Dərdin
dibinə düşəndə,
Yusuf oluruq.
Quyunun
Günəş
axan yerindən,
bizə
doğmalar boylanır.
Sonra atıb gedirlər.
Dərd
bizi boğanda,
Yunus oluruq.
Öz istəyimizin
qəsdinə,
Doluşub
bir yekə balığın qarnına,
boğuluruq,
Bu sıx
dünyanın içində,
Dərd
bizi bişirəndə,
İbrahim oluruq odun içinə atılan.
Dərdin
dibini, sıxıntısını, odunu çəkib,
geri
dönürüksə özümüzə,
Bunu
bacardıqsa,
Peyğəmbər
oluruq,
Sonra
ucalıb,
ucalıb
göydən baxırıq dünyaya,
çəkisizlik var ruhumuzda.
Allah... olmaq istəyirik.
Allah, keç günahımızdan.
Güzgü
Son vaxtlar
sevinci gözündə donuq,
Üzü dərd yuvası, kədər sarayı.
Kimsə
yox, yanında bir sınıq güzgü,
Güzgüyə bükülmüş qəmdən
savayı.
Bir ovuc dən
düşüb qara saçına,
Allah sevgisidi belə deyərlər.
çox
dərin yol salıb qırış üzünə,
Cığıra düşənlər
çıxıb gedərlər.
Su
töksəm, ñüñərməz
gözünün yaşı,
Dənləməz saçını ölü sərçələr.
İnsan,
çox heyif ki, bir kərə solur,
Sonra ha çalışsa, çətin dirçələr.
Gəl
tutum əlindən, qutarım səni,
Mən oldum səbəbin, mənəm günahkar.
Bəzən
bir sevginin gözlərinə kor,
Bəzən ürəyinin harayına kar.
Son vaxtlar
sevinci gözündə donuq,
Üzü dərd yuvası, kədər sarayı.
Kimsə
yox, yanında bir sınıq güzgü,
Güzgüyə bükülmüş qəmdən
savayı.
Yol
Bütün
yollar sənə qədər gəlirsə,
Bu yollara
bir çarə tap, ay Allah.
Yol var
yoldu aram-aram gedirsən,
Yol var canın əldən gedir, ay Allah.
Ayırmısan
məni bu gen dünyadan,
əlim
qolum düşüb yolun izinə.
daş
sevgilər düyün saldı yoluma,
göz
yaşlarım yığılıbdı gözümə.
Mənim
daha üzüləcək halım yox,
yolçu yolda gərək deyil? Bəs necə.
Gecələri
hamı yatır yuxusun,
Təkcə mənəm dönüb olan bilməcə.
Arındırıb
düşmənimi dostumdan,
özüm çıxdım ən amansız düşmənim.
Sən məhəbbət
göndərmişdin dünyaya,
bircəciyi biz tərəfə düşmədi.
Daşmı
yağdı, qarmı yağdı yoluma,
tufan
qopdu, günəş çıxdı, nur saçdı.
Hər
qaranlıq bir olmazın sonunda,
Quşlar uçdu, bənövşələr gül
açdı.
Daş
qaldırdım, qum daşıdım
ömrümü,
it də
hürdü, canavar da uladı.
Bu əllərim
ağacları qırmadı,
sınıq-sökük daxmaları suvadı.
Yolun sonu,
dərdin sonu yetişdi,
bundan
belə nə yaşadım özümün.
Çırparsanmı
üst-başını xəyalın
Silərsənmi kədərini gözümün.
Bütün
yollar sənə qədər gəlirsə,
Bu yollara
bir çarə tap, ay Allah.
Yol var
yoldu aram-aram gedirsən,
Yol var canın əldən gedir, ay Allah.
Daxma
Bu yerin, bu göyün altında susmuş?
Bir tərəfi çökmüş sınıq bir
yuva.
Nə
qanadım çıxır çıxım qınımdan,
Nə ruhum oyanır dərdimi qova.
Döyüb
odu sönmüş başıma hər gün,
Bilmədim axı mən kimi qınayım.
Dərdlər
kərpic-kərpic gəldi üstümə,
Kədərdən tonqalı necə qalayım.
Ən
çox o uzaqda qırmızıyanaq,
tüstüsü bol çıxan dama qırğınam.
Dilim-ağzım
da yox töküm daşımı,
Əlimi yelləyib ona qarğıyam.
Başımı
göy büküb, yerə bələyib,
Fələk
itələyib bir ucsuz çölə,
Nə
yerdə bir çimdik ədalət qalıb,
Nə bircə dualıq ümid var göydə.
Gözümü
gəzdirdim kiçik damxana,
Dörd yanın toz basmış təndir sağ
qalıb.
Yerdə
daş altından xırda çiçəklər,
Yolunu kimsəsiz həyətdən salıb.
Yellənir
qapısı arzularımın,
Cır-cırlı fəryadı qulaq batırır.
Ruhum layla
deyir olub-bitənə,
Közərən sevgimi göydə yatırır.
Qapıda
bükülüb gözü kor iti,
Cığırıtək yola çıxan həyətin.
Bu viran,
bu izsiz bu taxta çəpər,
dünyalardan uzaq, solan həyətin.
Dərdini
solaxay çəkən daxmayam,
Yavaş-yavaş
enir başım torpağa,
Çox
güman əvvəldən bünövrəsində,
nəsə düz gəlməyib daşım torpağa.
Dünyanın işi
Həmin
gün,
Maşının
şüşəsindən,
Gözlərinin sevgisizliyi ox kimi batdı ürəyimə.
Ruhum dondu
Sevgisiz gözlə.
Sonra bir il o sevgisiz gözlərdən,
Asdı özünü intihar edənlər.
Sevgisiz
gözlərdən,
Dünyanın
ən böyük balinası boğuldu,
Dünyanın ən böyük dəryasında.
Şəhərlərə
bombalar yağdı,
Sevgisiz
gözlərdən,
Adamlar qaldı dağıntılar altında.
Sevgisiz
gözlərdən,
Afrikada
qaradərili uşaq,
Acından öldü.
Sonra bu
sevgisizlikdən,
Yeni növ həşəratlar doğuldu.
Gözləri kor.
Hara gəldi doluşdular.
Sonra
daşqın oldu,
Bürüdü dünyanı.
Hər
gün tv xəbərləri
Bir yeni
hadisə dedi.
Susuzluqdan
ölən balıqların,
ahı
tutacaq dənizləri deyindi qoca qarılar.
Bu gün.
Öldü
həşəratlar,
Susdu
bombalar,
Kəsildi dünyanı basan su daşqınları.
Dirildi ən
böyük dəryada ölən ən böyük balina
Mən
Afrikada acından ölən qaradərili uşaqlara
Tərəf
yola düşdüm...
Dünyanın
sən durub
sevgisiz
baxdığın yerini silib,
yerində boy-boy ağaclar əkdim.
Yaz da gəldi...
Sevgilər
Əlində
əriyən qar dənəsidir,
Bilmədən ömrünə gələn sevgilər.
Qatarın
ardıyca qaçıb yıxılsan,
Sənə gendən baxıb, gülən sevgilər.
Tumurcuğu
dərsən əlində solar,
Yağmayan buludlar küskün uşaqdı.
Ömrün
qış çağında, payız çağında,
Yaz gülü daşıyan necə qoçaqdı.
Dilində
"bilmirəm", dilində "olmaz",
Başında bitməyən duman sevgilər.
Min
doğrunu alıb, çəkib aparan,
Sonu görünməyən yalan sevgilər.
Daşıya bilərsən bu ağır yükü?
Qapını döyməsin ayrılıq təki.
Kor dalan,
yolunu itirmiş səki,
Ətrini unutmuş çiçək sevgilər.
Bəzən
bir günahdı, bəzən bir dua,
Ömür bitənədək sənlədi guya.
Bəzən
bir yuxudu danışsan suya,
Ruhunda ağrıtək gəzən sevgilər.
Üzündə
təbəssüm, dilində ahdır,
Zaman o zamandı, vaxt həmin vaxtdır.
Deyirsən
Allahım bu necə baxtdır,
Gözümdə yaranıb, sönər sevgilər.
Küt ağrı
Dəli
olur yer də, göy də beləcə,
Son qapını çırpır külək
üzümə.
Canımdakı
ağrı deyil bəs necə,
Ağlı var ki, deyim baxa sözümə.
Canım
dərdim, gözüm dərdim ağrıma,
Anan olum, balan olum, nə bilim.
Gəl
yaxına sıxım səni bağrıma,
gözlərindən axan çeşməni silim.
Ay
azarım, ay kədərim bir kiri,
Sənmi doğdun, yoxsa mənmi bu səni.
Nə
ölüsən, nə diri kimi diri,
Görən
bu cür böyüdübdü kim səni.
Dəli
olub ayaqlarım nə vaxtdı,
Qaçır-qaçır çəmənini,
dağını.
Layla bilir
ərşə çıxan naləsin,
Xeyir-dua sanır ruhum ağını.
Yedin-içdin
ürəyimi köklədin,
göz
yaşımın sellərində yuyundun.
Boyun daha
tavanımı keçibdi,
Ev-eşiyi diri uddun ovundun.
Dəli
olur yer də, göy də beləcə,
Son qapını çırpır külək
üzümə.
Canımdakı
ağrı deyil eləcə,
Ağlı var ki, deyim baxa sözümə.
Yad
Həmişə
evində bir yad dolana,
Həmişə bir yada qapı açasan.
Birdən
anlayasan olub-bitəni,
Başını götürüb uzaq qaçasan.
Gedəsən
dünyanın dörd tərəfinə,
Ətrafın
min belə yad adam ilə.
Sonra
anlayasan kimsə yad deyil,
Deyəsən, hamıdan mən yadam elə.
Daha əllərimin
ovcundan tutmuş,
Sacımın telinə qədər mən yadam.
Hər səhər
açılan günümə mən yad,
Hər gecə yatdığım yerimə yadam.
Ürəyim
ən böyük yaddır özümə,
Nə söz kar eliyir, nə də bir nəfəs.
Buz kəsib
gözlərim özüm-özümə,
Sanki göz bəbəyim buzluqdan qəfəs.
Adam
heç belə də yada dönərmiş,
O qədər
yadam ki, heç soruşmuram.
İnsan
öz canında belə ölərmiş,
Yad olmuş dünyama heç qarışmıram.
Yuxu
Allah,
yuxum gəlir,
Söndür Dünyanı yatım.
Acı
dadan ruhumu,
Şəkərə, qəndə qatım.
Elə
çox yuxum gəlir,
Sökülür
gözümdə dan,
Bir
anlıq yer üzünü,
Yelləncəkli nənni san.
Dünyanın
saman olmuş,
Diləyindən əl çəkdim.
Suyundan,
Havasından,
Çörəyindən əl çəkdim.
Hərdən
yuxuma gətir,
Atamın xoş baxışın.
Hərdən
yuxuma gətir,
Anamın
gül naxışın
Mən hələ
sevgisinə,
Ölümə qarışmıram.
Bu
dünya dediyinlə,
Nədirsə barışmıram.
Allah,
yuxum gəlir,
Söndür dünyanı yatım.
Acı
dadan ruhumu,
Şəkərə, qəndə qatım.
Sarı işıqlar
Bu
küçənin hanı axı sarı-sarı
işıqları,
Hara şütüyüb, yox olub, rəngli-rəngli
maşınları.
Pəncərədən
baxan uşaq hara yox oldu görəsən,
Səhv gəlmişəm
bura deyil,
yolu
azmışam, deyəsən.
Ürəyimdən
düşüb itən adamlar hara getdilər,
Nə tez
yox oldu sevgilər,
insandılar,
ya bütdülər.
Aman Allah,
görən indi hansı aydı, hansı gündü,
hara yox
oldu buludlar, dənizlər hara itdilər.
Nə
çox ağladı bu uşaq, sarı, yaşıl
güllü donlu
Kimə
inandı, kim idi, kimin xatirəsi onlu
Aman Allah,
bəs boy-boya
düzülən
ağaclar hanı,
Bəlkə mən dəli oluram, səhər hanı,
gecə hanı.
Pəncərədən
baxıb, baxıb bitirdinmi bu nağılı,
Allah, sənə
qurban olum, alma verdiyin ağıldı
Əlimdən
salıb sındırdım rənglərini bu dünyanın
gözümün önündə bir-bir göy dağıldı, yer
dağıldı.
Bu
küçənin hanı axı sarı-sarı
işıqları,
Hara şütüyüb, yox olub, rəngli-rəngli
maşınları.
Pəncərədən
baxan uşaq hara yox oldu, görəsən,
Səhv gəlmişəm
bura deyil,
yolu
azmışam, deyəsən.
Ümid
Dur əzizim,
bir çay dəmlə ümiddən,
Dur əzizim, sizdən bizə bir yol çək.
Zamanın
çəp baxışın sevmədim,
Sındır vaxtı, o illərdən gəl keçək.
Bir kimsənin
əllərini tutmadan,
Dər əlimi, qız əlləri içindən.
Ətri hələ
burnumuzdan getməyən
Çiçəkləri çiçəklərin
içindən.
Gəl
düz indi ayağımın altına,
O illərin
pak sədəfdən gülünü.
Mənə
həsr et, yalnız mənə
bağışla,
Mənsiz keçən hər anını,
gününü.
Küçəmizin
döngəsində işaran,
Təzə yoldan həmişə dön, qayıt gəl.
Sil
ruhumdan bu itirmək duyğusun,
Yuxuları, xəyalları ayılt gəl.
Gəl əyilmə
bu sevgisiz dünyaya,
dərdə dönüb ürəyimdə ağrıma,
Hə bu
mənəm axır məni tanıdın,
daş
bağlama yaddaşıma, bağrıma
Dur əzizim,
dur get illər əvvəlki,
əllərini-əllərimdən qoparma.
"Hər
şey bəlkə daha gözəl olacaq"
sonu bəlli
nağıllara aparma.
Dur əzizim,
bir çay dəmlə ümiddən,
Dur əzizim, sizdən bizə bir yol çək.
Zamanın
çəp baxışını sevmədim,
Sındır vaxtı o illərdən gəl keçək.
Bağ
Biz daha
sevgidən yazmırıq coxdan,
Biz daha sevginin özü olmuşuq.
Möhtacı
deyilik ayın, ulduzun,
Göylərin yerlərə sözü olmuşuq.
Biziylə
sevirlər dünyanı indi,
Biziylə unudub cıxıb gedirlər.
Bizimlə
yağırlar buludlar indi,
Buludun ağlayan gözü olmuşuq.
Bizi bu
dünyaya bağlayan bağı,
qırsalar da birik, qırsaq da birik.
Bizi
ürəyində unudanların
canında yandığı közü olmuşuq.
Bizdən
gedənlərin yolu acıqdır,
bizə
gələnlərin yolu qapalı.
Dəli
at kimidir qəm canımızda,
dərd
bizim, biz dərdin üzü olmuşuq.
Biz daha
sevgidən yazmırıq coxdan,
biz daha
sevginin özü olmuşuq.
Möhtacı
deyilik Ayın, ulduzun,
göylərin yerlərə sözü olmuşuq.
İnsan
İnsan doğulmur.
Dünya üzünə dağılır.
indi
bildim.
Yer
üzünə düşmür təkcə,
Bir
baxışı kiminsə nəzərinə,
Sevinci
kiminsə üzünə,
Kədəri kiminsə torpağına düşür.
Mən də düşdüm.
Bir ürəkdə
unudulmağa,
Bir dilin
acı sözünə,
Bir cahilin
üzünə kölgə kimi düşdüm,
Bir qocanın qibləsinə dua kimi.
Bölündüm
dilə, dişə, vərdişə, nəvazişə,
düşdükcə lap yerin dibinə,
torpağın
ən alt qatına qədər
düşdüm.
Günəşin
ən uca işığına qədər düşdüm,
lap
göyün üzünə, buludun göz yaşına,
düşdüm.
Kiminə
ana, kiminə övlad,
kiminə
sevgili düşdüm,
insan
doğulmur,
insan
dünya üzünə dağılır,
gedişindən sonra,
hər
zərrəsi min acıyla yığılır yer
üzündən.
Özü
torpağa dən düşür,
Acısı dünyada dolaşır kabus kimi.
İnsan doğulmur.
Dünya üzünə dağılır.
indi
bildim.
Sevgili əsgər
Səndən
xəbər gəlmir, gör nə zamandı,
çən, duman, həsrətdi başının üstü.
Ürəyim
uğruna çox yanır deyə,
Hardasan görünmür, dörd yanım tüstü.
Gözümü
yollardan çəkim söylədin,
Bəlkə qayıtmadım, ağlama bəsdi.
Xatirəmi
əziz tutub, yaşarsan,
Telefon qırıldı, səsini kəsdi.
Həmin an ruhumu sardı bir arzu,
vətən sevgisindən ucada nə var.
Göylərdən
yağanda odlu mərmilər,
Bir əsgər, görəsən, nəyi arzular.
Mənim
də gözümə yuxu getməyir,
Nə olsa, nə bitsə yenə qayıt gəl.
Əlində,
üzündə zəfər haləsi
Gözündə sevgimi uyut, ayılt gəl.
Sənin
vətən eşqin bir ayrı yolla,
mənim
güldən incə sevgimdən keçir.
Mən də
döyüşürəm səninlə mən də
gözlərim səninçün hər gün yol çəkir.
Səni
gözləyən var, səni sevən var,
Sən artıq qalibsən, vətən övladı.
Həmişə
ucada tut, müqəddəs bil
Alnına yazılan şərəfli adı.
Aysel FİKRƏT
Ədəbiyyat qəzeti.-2021.- 17 iyul.- S.14-15.