Qoru bu sevdanı
Bir də həyatına gəlməz bu bahar,
Bir də ürəyində bitməz bu çiçək.
Ölüncə içindən getməz bu sevda,
Qoru bu sevdanı, qoru, əzizim!
Həyat başdan-başa sınaqdı, ömrüm!
Payız ürəyində açan bir gülüm.
Keşik çək, könlümə gəlməsin ölüm,
Qoru bu sevdanı, qoru, əzizim!
Bilirəm, günahdı günah bu sevda,
Aldığım son nəfəs, ahdı bu sevda.
Bu qul ürəyimə şahdı bu sevda,
Qoru bu sevdanı, qoru, əzizim!
Mən dərdə girovam, sözə əsirəm,
Bir sevən
baxışa, gözə
əsirəm.
Sevda küləyitək yaza əsirəm,
Qoru bu sevdanı, qoru, əzizim!
Mələktək yaşadım mələk
dünyanı,
Öpüb əzizlədim çiçək
dünyanı.
Bölək bu sevdanı, bölək dünyanı,
Qoru bu sevdanı, qoru, əzizim!
Aldandım
Bulud-bulud
hönkürməyə göyüm
yox,
Uşaq kimi ağlamağa bucağım.
Özüm tikib, öz əlimlə uçurdum
Mənim üçün tikilməyən
ocağı.
Bir səhrada suya həsrət çiçəkdim,
Gündə yağan yağışına
aldandım.
Bulud-bulud
karvanları ötürdüm,
Bircə damla göz yaşına qalandım.
Həyat
mənə çox xalılar toxudu,
Mən yeridim tikan üstə,
ot üstə.
Çiçək olub, bağ-bağçada
bitərdim,
Mən cücərdim cadar-cadar çat üstə.
Böyümədim, boy atmadım sevgiyə,
Yaz ömrümü
tez dəyişdim payıza.
İllərdi ki, yatmadığım
gecələr
Bənzədilər alnımdakı yazıya.
Aləm,
daha çiçək
açmaz, gül açmaz!
Nə Günəşə, nə
bulağa güvənmə.
Sevirsənsə, sevdiyini söyləmə,
Nə dodağa, nə qulağa güvənmə!
Elə öldür
Bəlkə bir qu kimi çırpınıb
bu gün
Nəğmə oxuyuram ölümdən qabaq.
B.Vahabzadə
Aç
qolunu, çağır
məni yanına,
Bulud olub, yağıb, yerə tökülüm.
Bükülməyə beşcə arşın bezim yox,
Qoy, bir ovuc torpağına
bükülüm!
Ay göylərdə taxtın
qurub oturan,
Qoy, bir ağız ağı deyim, ağlayım!
Həyat
verib, yaşatdığım
birini
Yoxluğumla içdən-içə dağlayım.
Nə çəkirəm, sən
bilirsən, bir də mən,
Səndən gələn hər əzaba razıyam.
Tərəzinin bir gözündə
savablar,
Bir gözündə
yüz dərdimin azıyam.
Hikmətinə sual yoxdu əzəldən,
Nəyi, nəyə böldüyümü
bilirəm.
Niyə
gəldim bu dünyaya bilmirəm,
Amma nədən öldüyümü
bilirəm!
Aləm
adlı bu qızını bağışla!
Qoy, diz çöküb, qüdrətinə
dayanım.
Nur içində yaşamadım,
bilirsən,
Elə öldür, qoy nuruna boyanım!
***
Sənsiz yorulmaqdı həyat.
Boş verməkdi bütün arzulara,
Unutmaqdı ürəyində gülməyi.
Yaşamaq söz verməkdi
sadəcə qayğılara.
Öyrənməkdi acılara sinə gərmək.
Yağan
buludlarla yağmaqdı,
Yay günündə donmaqdı,
Duyğularından özünü asmaqdı,
Sənsizliyə alışmaqdı göz
yaşının dilini
bilmək.
Kor olmaqdı gözəlliklərə,
Lal olmaqdı bağırmalara,
Yüyürə bilməməkdi gələcəyə,
Bilməkdi hər şeyi görməzdən gəlmək.
Haqlı
suallara susmaq,
Qəlbində saxladıqlarına gülmək,
Hər gecə qorxulara ölmək
Və sənsizlikdi
həyatı öz-özüylə
bölmək.
Unutmaqdı dünən etdiklərini,
Yaşamaqdı hər gün bildiklərini,
Atmaqdı hərdən sevdiklərini,
Sənsizliyə çarə bilməkdi hər gün ölüb-dirilmək.
Divarda olmayan rəsmindi ağlayan,
Arxadan ata bilmədiyin sudur ağrıyan,
Qayğılarındı özündən
qaçmaq yollarını
bağlayan,
Gəlməyini hər axşam qarşılamamaqdı sənsizlik.
Bir həzin,
bir kövrək nəğmədi həyat.
Yenilməkdi ölümə saatbasaat.
Sənsizliyi bağrına basıb,
bağırmaqdı,
Sevməyini için-için hönkürməkdi...
***
Açıl, ey sabahım, doğ ey, Günəşim!
Bəlkə, bu gecədən sağ çıxa bilim.
Bu qədər ağrının,
yükün altında,
İlahi,
səninçün darıxa
bilim!
Bəlkə, bu şeirlə
qatıb başımı,
Dərdimi sabaha daşıya billəm.
Bu ağır gecədən səhərə çıxsam,
Bəlkə yüz il ömür yaşaya billəm.
Gözümdən sürüşən yuxularımı,
Kirpiyim yorulub, saxlaya bilmir.
Ürəyim heyrətdən ağrımır
daha,
Nə də ki, gözlərim ağlaya bilmir.
İlahi,
bu dünya sənin əlində!
Bir az da bizləri güldür, İlahi!
Bir az yaxşıları
qoru, əzizim!
Bir az ölməlini
öldür, İlahi!
Yenə
diz çökmüşəm
sənin önündə,
Əl məndən ətək də səndən, Sevdiyim!
Məni
bu gecədən ötür sabaha,
Əfv səndən, günah da məndən, Sevdiyim!
Haqsız ömür
Mən də belə yaşadım
Çoxdan öldüyüm ömrü.
Ölə-ölə yaşadım,
Baxıb, güldüyüm ömrü.
İstəyirsən, soruş bir,
Xətrinə kim dəyməyib?!
Kim söz verib gəlməyə,
Gedib, bir də gəlməyib?!
Soruş, harda qalmısan?!
İndi hansı yaşdasan?!
Hər gün ayaqlanan qız,
Niyə belə başdasan?!
Səni
niyə atıblar
Çox sevdiyin adamlar?!
Niyə
dərdindən ölür
Yox dediyin adamlar?!
Bir də soruş, gör hələ
Ən gözəl
günüm hansı?!
Çaşıb əlimdəm salım,
Qoy, qırılsın hamısı!
Ən gözəl gündən başlar
Həyatın bitdiyi gün.
Bəlkə ən gözəl
gündü
Həyatdan getdiyin gün?!
Nə söz-söhbətim bitər,
Nə də gözümün yaşı.
Nə
boy verib, böyüyər
Yetim qalan on yaşı.
Bir soruş ki, ay Aləm,
Bu nə giley-güzardı?!
Sənə bu haqsız ömrü
Tanrı özümü yazdı?!
Atama bənzəyən adam
Bir yol var, sənə
gələr,
İşıq, nur yoludu o yol.
Sən uzaqlardakı üfüq kimi görünür,
Günəş kimi uzaqlarda da batırsan,
Ay kimi ömrümdə doğmayan,
Atama bənzəyən adam!
Yaza bilmədiyim
şeir kimisən.
Yaşaya
bilmədiyim sevinc qədər
Ağrıdırsan dünyamı,
Xəyalların adamı!
Dəniz
qədər genişsən,
Üzə bilmədiyim qədər dərin.
Qağayı kimi ömrüm
boyu nəğmə dedim sənə,
Ömrünə sığmadığım dünyam,
Atama bənzəyən adam!
Əlimi
uzatsam, çatacaq qədər yaxın,
İllərlə yol gedib, çatmayacaq
qədər uzaqlardasan.
Bir gün o işığı
tutub,
gələcəyəm sonsuzluğuna.
Mənimçün doğulub, özgəsini isidən,
Ömrümə qar kimi yağan,
Gözlərimdən bulud kimi boşalan,
Atama bənzəyən adam!
O dünyadan gələn məktub olsan,
Öncə əllərini oxuyaram,
Sonra tellərini.
Ağ-qara ömrümün rəngli
şəkilləri kimisən,
İçimdə doğulub, içimdən
ölən
Günəş kimi.
Maraqsız dünyamın maraqlı
yuxuları
hələ də çin çıxır.
Yoza bilmədiyim röyalarımdı
sabah açılanda
uçub gedən
ruhumun unutduğu yol.
Yapış əllərimdən, gedək sonsuzluğa,
orada bizi kim tanıyar?!
Özümüzdən başqa hər şey yalan,
Atama bənzəyən adam!
Aləmzər
Sadıqqızı
Ədəbiyyat qəzeti.- 2021.-
17 iyul.- S.25.