Abuzər TURAN
Əziz qələm dostum
və istəkli qardaşım Azər Turan bəy!
Müqəddəs Vətən müharibəsinə həsr
etdiyim dörd fəsilli "Zəfər
nəğməsi" poemamın
sevimli "Ədəbiyyat
qəzeti"mizdə çapından
xeyli müddət keçib. Qəribə
olsa da, boynuma alım ki, iftixar və
qürur duyğuları
ilə yaranan həmin ithaf poemam poeziya aləmində ilk mətbu
əsərimdir. Mənim
poetik uğuruma sevinən izzətli oxucularımız da, dəyərli dostlarımız
da birdən düşünərlər ki,
deyəsən, Abuzərin
bir atımlıq barıtı varmış,
atdı və yatdı. Sayqıdəyər nəcib insanları
şəkkaklıqdan xilas
etmək naminə doğma qəzetimizdə işıq üzü görmək gümanı
ilə indiyəcən
gizlin saxladığım
şeir "sandıqçamdan"
sənə bir dəstə lirik nümunələr göndərirəm.
Tanrının hökmüylə
davamı da olacaq, sağlıq olsun...
Dərin ehtiramlarla, Abuzər Turan (Bağırov).
Tələsmə
Dördcə sətir şeir
uman gözəlim,
Bu miskin könlümün
şah əsərisən.
Duyğumun məlhəmi, ilkim,
əzəlim,
Ruhumun ilhamı
nazlı pərisən.
Gözəllərə dörd gözlə mən baxardım,
Camalın şövqündən qamaşdı
gözüm.
Sevgi ümmanında hey vurnuxardım,
Mənim bəxt ulduzum, tükənməz sözüm.
Tələsmə, mehrabım, yazacam
hələ,
Bac alıb hüsnündən hey zaman-zaman.
İçimdə boy verir belədən-belə
Məhəbbət adında bir ülvi dastan!
12.12.1996
Mənim
İsminin ətrindən bihuş
oluram,
Bircə
gün görməsəm
gültək soluram,
Bulud olub, boşalıram, doluram,
Xəstəyə can verən cananım
mənim,
Ürəkdən halıma yananım mənim.
İllər qalaqlanıb, qalxsa
belimə,
Qəddim
əyib, çəlik
versə əlimə,
Kürmək salıb, düyün
vursa dilimə,
Gözümdən mətləbi qananım
mənim,
Özünə baş tacı sananım mənim.
Qayğıkeş anasan, ay gözəl
insan,
Səmimi
qəlbin var, yara mehriban,
Keşik
çəkdin ocağıma
hər zaman,
Zirdələyən yaxşı-yamanım
mənim,
Ağrı-acısını dananım mənim.
Qayğı, kədər başdan
aşıb çoxalsa,
Toqqa altı tək bircə yol toxalsa,
Var-dövlətim, şan-şöhrətim yox olsa,
Adımı izzətnən ananım
mənim,
Sədaqət məbədim, imanım
mənim,
İnanc
qibləgahım, gümanım
mənim!
01.02.2012
Vəsiyyət
Mən öləndə qıyya çəkib saç yolma,
Sakit ağla, omaxşı il boyunca.
Göz yaşını leysan kimi axıtma,
Çilə qəbrim üstə, rahat olunca.
Ölənlə ölməzlər, ömrünü
yaşa,
Həyat
gözəl nemət,
xoş bir tamaşa,
Şirin
balalarla verib baş-başa,
Dünyadan kam alın, kəsir qoyunca.
Məzarıma qızılgüldən çəpər çək,
Yaz olanda pardaqlansın gül-çiçək,
Başdaşı yerinə qoşa
çinar ək,
Sonra unut məni, bəsimdir bunca.
Haqqın
dərgahında qaydadır,
bilin,
Gərək tamamında öldüyüm
ilin,
Çatam hüzuruna inkir-minkirin,
Goreşənlər kəfənimi soyunca.
Sirat körpüsündən adlayam
gərək,
Günahım azdımı, çoxdumu
görək,
Hər şeyi biləcək bircə cüt mələk
Qollarımı yavaş-yavaş ovunca.
Cənnət qismət olsa, səni gözlərəm,
Vəfalıyam, ayrılığa dözərəm,
Qırra
verib, huriləri üzərəm,
Sən gələnə
darıxaram doyunca.
Cəhənnəm odunda təkcə
yanaram,
Özümü suçlu bir bəndə sanaram,
Abuzərəm, hər an səni
anaram,
Gülüm, kül-kömürüm tam soyuyunca.
24.03.2021
Sən yuxuma girəndə
Sozalardım, solardım,
Bulud kimi dolardım,
Vallah, dəli olardım,
Saçlarımı yolardım
Sən yuxuma girəndə.
Məni
doğma bilərdin,
Qucaqlayıb gülərdin,
Qəm-qüssəni silərdin,
Ayrı
şeylər dilərdin...
Sən yuxuma girəndə.
İstəməzdin ayrılaq,
Hicran çəkib qovrulaq,
Külə dönüb sovrulaq,
Xəmir
kimi yoğrulaq,
Sən yuxuma girəndə.
Gecə
qoşa qalardıq,
Canı
oda salardıq,
Hey sükuta dalardıq,
Dinməz
ləzzət alardıq,
Sən yuxuma girəndə.
Təntidərdim özümü,
Deyəmməzdim sözümü,
Üstün tutub dözümü,
Hey döyərdim gözümü,
Sən yuxuma girəndə.
Açılmadı lal dilim,
Gecə,
gündüz, nə bilim!
Hədər getdi çox ilim,
Ahıl
çağı neyləyim,
Sən yuxuma girəndə?
Ovsunlu mələk oldun,
Bəxtimə kələk oldun,
Ömrümə külək oldun,
Başıma ələk oldun,
Bir zalım fələk oldun,
Sən yuxuma girəndə.
31.03.2021
Vaxtıdı
Ağlımı çaşıran ayüzlü
gözəl,
Bilirsənmi, mən axıram, sən əzəl?!
Ayıbdı şəninə oxusam
qəzəl,
Ayağın altında olsam da xəzəl,
Umsunma, şəhvətin
güman vaxtıdı.
Əlimə düşsəydin gənclik
çağımda,
Pərvanəm olardın solu-sağımda,
İndi
qınc atırsan xəzan bağımda,
Nə gəzirsən
bostanımda, tağımda?
Ay zalım, hər şeyin yavan vaxtıdı.
Nazəndələr qulluğumda durardı,
Tumarlayıb şəvə saçım
burardı,
Ruhum göydə şıdırğılar
vurardı,
Gur yığnaqlar, şən
məclislər qurtardı,
Kefimin səngiyən,
uyan vaxtıdı.
Dəfədaraq, hazıryaraq ustadam,
Daha ağıl dərsi verirəm, qadam,
İşvəli canlara biganə,
yadam,
Şirəsi sıxılmış qaxac bir zadam,
Arvada xidmətin yaman
vaxtıdı.
Ömrün tər qönçədi,
sənə uğurlar,
Açıqdı qarşında yollar,
cığırlar,
Qoyma sənə yaxın düşə dılğırlar,
Sənsiz
Abuzər də solar, tıncıxar,
Daha onun evdən uman vaxtıdı.
17.05.2021
Ədəbiyyat qəzeti.- 2021.-
17 iyul.- S.20.