Nə yaxşı sən varsan

 

Nə yaxşı sən varsan, həyat gözümdə

Bir az qış olanda, bir az yaz olar.

Sən varsan ağrıma artır dözüm ,

Həsrət kiriyir, qəm az olur.

 

yaxşı sən varsan, bu gen dünyada,

Bir yer üstündəyik, bir yer altında.

Sən yoxsan deməyə gəlməyir dilim,

Əbədi yazısan mənim alnımda.

 

yaxşı sən varsan, şirin xəyallar,

Tənhalıqdan alıb qoparır məni.

Sənli xatirəyə açılan yollar,

Əllərimdən tutub aparır məni.

 

yaxşı sən varsan, yaxından, gendən,

Mənə yaşamaq gəl öyrət elə.

Bircə söz nədir ki, çıxsın dilindən,

Bir şirin yalan da, günah da elə.

 

yaxşı sən varsan, bu varlığından,

Qapımdan qəm köçür, kədər çəkilir.

Sən nəfəs aldığın, gülüm, havadan,

Elə bil üstümə sevgi tökülür.

 

Zamanın üzünə

 

Nədənsə bu gün

Ürəyim sıxılır.

Fikirlərim dirəkləri çürümüş

Tavanı çökmüş ev kimi

Ağlımın zirvəsindən, sanki yıxılır.

Heç düşünə bilmirəm:

şeir yazıram, ev işləri görürəm.

Hamı laqeyd, tələsik ötüb-keçir,

Hər kəs öz iş-gücündədir,

Gözümdə hər yan çirkab içindədir.

Yer , göy elə bil

            zamanın çamuruna bulaşıb.

Ağlım çaşıb, xəyalım

            fikrimin gədiklərində dolaşıb.

Baxışlarım həyətdəki zibil qutusundan

isə torbasına yığan

Qocanın üzündə ilişib qalır,

Əlləşirəm, düşürə bilmirəm,

Halım qarışır, qanım qaralır.

Ağır bir kədər şığıyıb üstümü alır,

Qocanın alın təri üzünün

Kirinə qarışır,

Qoca susur,

Amma çirkab içindəki əlləri danışır.

Üzü qarlı qışı andırır,

Həyətdə hamı onu tanıyır.

Biri qocanın özünü suçlayır,

Qeyrisi hər nədən xəbərsiz

Oğlunu-qızını qınayır.

Qoca eşidir, görür.

Torbasını götürür,

Zamanın üzünə tüpürür.

 

İntizar gecələr

 

Uzun gecələrin intizarına

Xeyli var ki, göylər yağış ağlayır.

Bu gecə yağışı tanımır məni

Uzun saçlarını

Yuyub darayır.

Köhnə oturacaq dərdlilər kimi,

Söz-söhbətin verib lal baxışlara.

Üstdə cızılan

O iki hərfi -

Qorxur ki, bu yağış

Yuya apara.

İçində ovudub

Tənhalığını

Oturacaq qəm çəkir

vaxtdan bəri

İstədim ürəyi sərəm üstünə,

Bir hovur isinə xatirə yeri.

Hardasa oxunur sevgi nəğməsi,

Bu səsə bir ürək ağlayam, doyam.

O nəğmə ruhuma

Qayıda, gələ,

Gözümü yolunda

Gözətçi qoyam.

Sən bir xatirə çilə, yağışım,

Bu axşam xatiri xoş olum gedim.

fərqi var şirin,

Ya elə acı,

İz tutum dalına

Baş alım gedim.

Qaranlıq kabustək dolub içinə,

İntizar gecənin bağrın yarırdı.

Başını gecənin

Çiyninə qoyub

Uzaqda tənha bir

Qız ağlayırdı.

 

Çıxar böyüklükdən

 

Təzə açılmış gül kimi

Səni qoxlayardım.

çiçək əllərini şəfqətlə oxşayardım.

Saçlarını birəm-birəm darayıb,

Ucuna çiçək hörərdim,

Dar ayaqda, çətin məqamda

Canına and içərdim sənin,

Gözlərimə nur çilərdi gözlərin.

Sevgimdən əyninə don biçərdim,

Güləndə gülüşünü,

Danışanda səsini,

Yatanda nəfəsini,

Baharın mehi, çəmənin şehi

Kimi içərdim.

Ömrümü layla-layla, nağıl-nağıl

Ömrünə calayardım, qızım,

Gec yatıb tez durardım.

Bərk yapışardın əllərimdən,

Qopmazdın ətəyimdən,

Qorxunu çıxarardın eynindən

Yadındamı?

Zaman öz işin görüb,

Vaxt aylarda, illərdə

Xatirə-xatirə intihar edib.

Bir dəstə bulud saçlarıma,

Əsa əlimə köçüb

Buz kimi soyuq baxışlarla

Baxma gendən,

Yaxın gəl, yapış qolumdan,

Tut əllərimdən.

Böyümək istəmirəm daha,

Çıxar böyüklükdən.

 

Gözləyəm səni

 

Sən olan şəhərdən çıxıb gedəcəm,

Əsir olacaqsan vicdan əlində.

Səbrimi içimə

Sıxıb gedəcəm,

Sərgərdan qalasan

Hicran əlində.

 

Gözümə yığacam sevgi payımı,

Qoymaram əmanət sürüşə, düşə.

Gedəcəm, bu sevda

Əzəlki kimi

Beləcə təzə, tər

Qala həmişə.

 

Sən olan şəhərdən çıxıb gedəcəm,

Bu dalan arxamca darıxacaqdı,

Unudulmuş eşqin

İntizarına

Bilmirəm günahkar

Kim olacaqdı?

 

Oxusan, görərsən xatirələrdə,

Küskün bir qadının ürəyi var.

Oxu, ilk sözündən

Son misrayadək,

Bəlkə görüşdük

bilmək olar?

 

Sözümüz ötəri bir xəta ola,

Ümidli bir ümid ovuda məni.

Bu sevgi bir dəniz,

Bir ada ola

Düşəm sahilində

Gözləyəm səni.

 

 

 

Türkiyə-Azərbaycan

 

"Şuşa bəyannaməsi" münasibətilə

 

Şuşamıza dikilib

Bu gün dünyanın gözü,

Heyrət içində donub

Sanki bütün yer üzü.

İki türk, iki lider,

Iki qardaş, iki can,

Təzədən tarix yazır

Türkiyə-Azərbaycan.

Dünyay bir mesajdı

Yazılan qanun bu gün,

Sözü qılıncdan iti

Dəyişməz andı türkün!

Bayram libası geyib

Bu gün Şuşa qalası

Dağa-daşa səs salıb

Burda "Cəngi" havası.

vaxtdan

Yas saxlayan

"Cıdır düzü" gülürdü,

Daş yuxudan oyanıb

Pənah xan sevinirdi.

Bir yanda Dədə Qorqud

Şərqilər eydirirdi,

Bir tərfdə natəvan,

Vaqif şeir deyirdi.

Daşını atmışdılar

Bu gün kədərin, yasın,

Kəmər kimi çəkili belinə

Qarabağın

Rürk oğlu, türk qızları

Həvəslə oynayırdılar

Burda "Vətən yallısı"n.

Ay, ulduzlu bayraqlar

Şuşanın göylərində

Azadlıq məşəlitək

Vüqarla yellənirdi,

"Xarıbülbül" döşlərdə

Sevgitək dillənirdi.

Şükürlər olsun, bu gün

Tarix geri dönmüşdü,

Tanrı bizə yaxın gəlmişdi,

Sevgidən, mərhəmətdən

Bol-bol pay gətirmişdi.

Baxışlar zillənmişdi

Qələm tutan əllərə,

Əbədi fərman yazan

İki böyük rəhbərə.

İki türk oğlu türküm

Verib ürək-ürəyə

Durub kürək-kürəyə

Dostluğun,

Qardaşlığın

Heykəlin qoyurdular,

Haqqa göz yumanlara

Meydan oxuyurdular!

Bu qürurdan,

Sevincdən,

Coşub qaynayırdı qan,

Təzə Tarix yazırdı

Türkiyə, Azərbaycan!

 

8 noyabr, 2021

 

 

 

 

 

Xətrimə dəyib

 

Bu gecə duyğular xətrimə dəyib,

Sözün köynəyinə sığışa bilmir.

Həsrətim dərindən-dərin işləyib,

Ürəyin yarası yığışa bilmir.

 

Evimdəki sükut xətrimə dəyib

Küsülü kimiyik dinib-danışmır.

Tale yollarını hey düyünləyib,

Bəxt yazan mənlə neynim barışmır.

 

Bir sevda həvəsi vurur könlümü,

Kolda bənövşənin qoxusu kimi.

Gəncliyin qüssəsi dolur gözümə,

Payız gecəsinin yuxusu kimi.

 

Daralan ömür xətrimə dəyib,

Yükünü sonacan çiynim çəkəcək.

O da bir addımlıq yola bənzəyir,

Atsan göz qırpımı sona yetəcək.

 

Dərviş yuxularım xətrimə dəyib,

Dağılıb fikrimin qatarı kimi.

Xatirəm indi bir xəyal olub,

Ömrümün dönməyən baharı kimi.

 

Şövkət  Zərin HOROVLU

 

Ədəbiyyat qəzeti.- 2021.- 31 iyul.- S.15.