Sən necə darıxdın
Ay mənim
dərdimdən dəli olanım,
Sən
necə darıxdın, de, məndən ötrü?
Çək
göndər rəsmini darıxmağının,
Sən
necə darıxdın, de, məndən ötrü?
Mənsiz
üşüdünmü, soyuqladınmı,
Dünyanı
gözündə ayaqladınmı,
Gecələr
yuxuda sayıqladınmı,
Sən
necə darıxdın, de, məndən ötrü?
Axşamlar
gec yatıb, erkən duranım,
Fəryad
qoparanım, matəm quranım.
Ay məni
gözləyib, boyun buranım,
Sən
necə darıxdın, de, məndən ötrü?
Özünü
yordunmu suallar ilə,
Həlli
çətin olan misallar ilə,
Yanıma
uçdunmu xəyallar ilə,
Sən
necə darıxdın, de, məndən ötrü?
Qısası,
bir kəlmə sözüm var sənə,
Bir
dürüst cavab ver, deyim yar sənə?
Məzara
döndümü dörd divar sənə,
Sən
necə darıxdın, de, məndən ötrü?
Mən də sənin kimi eşq dəlisiyəm
Mən
də sənin kimi eşq dəlisiyəm,
Düşmüşəm
şəhərin küçələrinə.
Mən
də bu sevdanın sərsərisiyəm,
Gəlim,
qonaq elə gecələrinə.
Mən
də sənin kimi eşq dəlisiyəm,
Varam
hər ağrında, nalələrində.
İçində
inləyən kaman səsiyəm,
Ötərəm
ömürlük nəğmələrində.
Mən
də sənin kimi eşq dəlisiyəm,
Neçə
ki sən varsan, bitməz bu ovsun.
Könlümü
eşqinlə güldürəsiyəm,
Xoşdur,
lap ölümüm əlindən olsun.
Mən
də sənin kimi eşq dəlisiyəm,
Mən
də sənin kimi "ağıldan səyəm".
Niyə
gözlərini döyüb baxırsan,
Dəlinin
buynuzu olur ki, bəyəm?!
Mən
də sənin kimi eşq dəlisiyəm,
Yüz
hala düşürəm gələndə adın.
Mən
sənin ömrünün zəlzələsiyəm,
Demə
ki, adicə qadındır, qadın.
Mən
də sənin kimi eşq dəlisiyəm,
Pozmasın
bu eşqi taleyin əli.
Mən
də bu sevdanın müştərisiyəm,
Mən
də sənin kimi dəliyəm, dəli.
Eşq ilə yaraqlandım
Gözündə güzgülənib,
Gözündə
daraqlandım.
Sevgi
yaşım gəlməmiş,
Eşq
ilə maraqlandım.
Baxdım,
güldüm, uğundum,
İlmə-ilmə
toxundum,
Kitab-kitab
oxundum,
Əlində
varaqlandım.
Yollara
həsrət əkdim,
Uğur
donlu böcəkdim,
Üstünə
qoşun çəkdim,
Eşq
ilə yaraqlandım.
Ruhu
qərib quş oldum,
Durnalara
qoşuldum,
Özgədən
soruşuldum,
Özgədən
soraqlandım.
Oxuyub
aşıq oldum,
Sənə
yaraşıq oldum.
Gözünə
işıq oldum,
Evində
çıraqlandım.
Bir qanadlı mələyinəm
Gəlsən
əgər bu dünyaya təzədən,
Məni
bir də, məni bir də, bir də sev.
Eşqimizi
möcüzətək yaşayaq,
Sehrdə
sev, əfsunda sev, sirdə sev.
Duyğularım
dəniz kimi qabarıb,
Bu
eşq məni öz dünyamdan qoparıb,
Nəzir
deyək, qurban kəsək aparıb,
Sövdələşək
bir müqəddəs pirdə, sev.
Bu
eşq haqdır, görsün haqq da, sevinsin,
Ürəyimiz
bir ocaqda sevinsin,
Taleyimiz
gülsün baxta, sevinsin,
Axşam-sabah
salma məni dərdə, sev.
Qərib
durna lələyinəm mən sənin,
Şeytanınam,
kələyinəm mən sənin,
Bir
qanadlı mələyinəm mən sənin,
Mələk
kimi göydə axtar, yerdə sev.
Aynur,
fəsil başdan-başa yay olsa,
İlahidən
hər qədəmdə pay olsa,
Ay
sevgilim, barmaq-barmaq say olsa,
İkidə
yox, elə məni birdə sev.
Çəkir sən olduğun uzaqlar
məni
Qızıl
don biçirsən duyğularıma,
Alırsan
könlümü qardan, sazaqdan.
Uzaqdan
gəlirsən yuxularıma,
Uzaqdan
gəlirsən, çox-çox uzaqdan.
"Gülüb-ağlamalı
gündəyəm" bir bax,
Neçə
kəmim olur, kəsirim olur.
Özün
uzaqdasan, uzaqda, ancaq,
Xəyalın
hər gecə əsirim olur.
Baxsan,
səmalarda görərsən məni,
Uzun
gecələrin ay çiçəyiyəm.
Ətrimlə,
qoxumla qucuram səni,
Bir
bahar ətirli may çiçəyiyəm.
Odlu
baxışınla səpələyirsən,
Gözündən-gözümə
umu-küsünü.
Bəlkə
də, uzaqdan hiss eləyirsən,
Qəlbimin
aramsız döyüntüsünü.
Sənsizlik
dünyada ölümdən ağır,
Çəkir
sən olduğun uzaqlar məni.
Bir
gün uzaqlardan yanına çağır,
Yazım
könlündəki ağ səhifəni.
Titrəyir,
gərilir qəlbimin simi,
Uzaqdan
nə qədər can alacaqsan.
Gec,
ya tez, bilirəm, bir qayıq kimi,
Mənim
sahilimə yan alacaqsan.
Ömrümüzün zirvəsi
Ömrüm-günüm,
ovsununda itmişik,
Candan
əziz canmı deyək bu eşqə?
Apararmı
bizi uzaq illərə,
Yoxsa
bircə anmı deyək bu eşqə?
Duyğulanaq,
bir ürəkdə yoğrulaq,
Əsib
keçən küləklərdə sovrulaq,
Nə
deyirsən, oda düşüb qovrulaq,
Kərəm
kimi "yan"mı deyək bu eşqə?!
Göz
yaşından gövhər tutub, dürr tutub,
Bir nəğmədə
ikimizi bir tutub,
Ömrümüzün
zirvəsində yer tutub,
Bəymi
deyək, xanmı deyək bu eşqə?
Aparır
e... yana-yana aparır,
Asimandan
asimana aparır,
Aynur,
bu eşq bizi qana aparır,
Yoxsa,
elə qanmı deyək bu eşqə?!
Mən bir sevda quluyam
Göz
yaşlarım gözümdən
Mirvaritək
süzülür.
Çarpaz
misralar kimi
Yanağıma
düzülür.
Üzümdəki
hər misra
Eşqə
gedən yolumdur.
Göz
yaşımın ləkəsi
Təsdiqlənmiş
qolumdur.
Dilimdə
dua yatır,
Üzüm
haqqa tərəfdir.
Bircə
Allahım bilir,
Nəyim
düz, nəyim səhvdir.
Mən
bu ülvi eşq ilə
Hər
bir kəsdən öndəyəm.
Sevgidən
doğulmuşam,
Mən
bir sevən bəndəyəm.
Mən
bir sevda quluyam,
Kürəyimdə
eşq yükü.
Dilimdə
söz daşıdım,
Ürəyimdə
eşq yükü.
Gəlmir səsin-sorağın
Nədən
xeyli zamandır
Gəlmir
səsin-sorağın?
Nədənsə
kəsilibdir
Qapımızdan
ayağın.
Yuxuma
da girmirsən,
Bir
yol görəm üzünü.
Elə
bil ki, dünyadan
Yel
süpürüb izini.
Yazmısan
ki, darıxma,
Darıxmayım,
neynəyim?
Boylanmaqdan
yollara,
Tozlanıbdır
eynəyim.
Heç
bir işim düz gəlmir,
Hər
şey olub baş-ayaq.
Bir
azca süst olmuşam,
Bir
az da dəlisayaq.
Elə
bil ki, əqrəbi,
Qırılan
bir saatam.
Vaxtım,
vədəm bilinmir,
Yamanca
narahatam.
Əlvida demədim ki...
Yolumuz
haçalandı,
Sən
sola get, mən sağa.
Çox
ləngimə, yeyin get
Mənzilinə
çatmağa.
Birdən
yadından çıxar,
Deyib
yadına salım;
Səni
də gözləyən var,
Məni
də, qadan alım.
Düşünürsən
arxada
Sevdiyin
bəndə qalıb.
Getməyinə
gedirsən,
Xəyalın
məndə qalıb.
Əsəblərin
pozulub,
Qaralmasın
qanın da.
Zənn
elə ki, heç sənin
Olmamışam
yanında.
Sən
bu qədər özünü
Niyə
edirsən ləlik?
Əlvida
demədim ki,
Söylədim
ki, hələlik...
Məni məndən gəl, apar
Ərimişəm,
qarışmışam sənə mən,
Gəl
də, məni özününkü bil, apar.
Həsrəti
heç yuxuda da görməyək,
Ayrılığı
aramızdan sil, apar.
Qəlbim
sənin işığına tağlanıb,
Qara
günlər bircə-bircə ağlanıb,
Bax
gör necə bağçalanıb-bağlanıb,
Gəl
bir dəstə yanağımdan gül apar.
Bir
yaram var, öz əlinlə sarı, gəl,
Gözləyirəm,
gəl könlümün yarı, gəl,
Yetişməsən
atəşinə barı, gəl,
Bu
ocaqdan bircə ovuc kül apar.
Dövr
edirəm gecə-gündüz qanında,
Güdükçünəm
günün hər bir anında.
Biz
kimik ki, bu sevginin yanında,
Bacarırsan,
məni məndən gəl, apar.
Mən
Aynuram, öz ağlıma gülürəm,
Az qalır
ki, deyəm, özüm gəlirəm.
Çox
asandır, dildə demək ölürəm,
Ölə
bilsən, öl dərdimdən, öl, apar.
Aynur QAFARLI
Azərbaycan Dövlət Pedaqoji
Universiteti
Ədəbiyyat qəzeti.
- 2021.- 31 iyul.- S.19.