Sözlə çəkilmiş tablolar
Mənim şeir
"qalereyamda" rəssam
şairlərin şeirlərinin
öz yeri var. Adil Mirseyidin sözlə çəkdiyi
rəsm şeirlərinin,
məsələn...
"Uşaqlar, göyərçinlər, göyərçinlər,
uşaqlar...".
Bu misra tablodu mənim üçün, sözlə
çəkilmiş tablo. İndi sizə
şeirlərini təqdim
edəcəyimiz Sehran
Allahverdi də bu cür rəssam
şairlərdəndir, ya
da şair rəssamlardan.
Sehran Allahverdinin şeirlərində
də görüntü
hissi üstələyir,
sanki o, ürəyi ilə yox, gözü
ilə hiss edir, bizlərin heç bir məna verə
bilmədiyi əşyaların
öz missiyaları var onun şeirlərində. Burda hər şey canlıdı - qapı da, pəncərə də, ev
də, gəlincik də, alova atılmış parta taxtasına qədər hər şey...
Üstünə "səni
sevirəm" sözü
yazdığım o partalar,
Necə oldu, görəsən?!
Necə oldu, görəsən,
O göyçək
qız, o yanmış?!
Bu gün çərşənbə tonqalından
Bir parta taxtasını güclə
xilas elədim,
Parası odda yanmış.
Yəqin ki, indi siz
də mənim kimi o çərşənbə
tonqalındakı parası
odda yanmış parta taxtasını "görürsünüz".
Bu şeiri
yazmaq üçün
rəssam olmaq lazımdır, əşyaların
ruhunu, enerjisini hiss etmək lazımdır. Elə tablolar
da var ki,
onları çəkmək
üçün şair
olmaq lazımdır.
Bu üzdən bu tip əsərlərdə hisslərlə
görüntülər bir-birini
harmoniya ilə tamamlayır.
Bayırda narın
yağış,
Rəssam otaqda yalqız.
Otaq soyuqdu, bumbuz.
Tabloların əlindən
Barmaq basmağa
yer yox;
Meşə, orman, heyvanlar,
Çay, körpülər,
balıqçı,
Dəniz, gəmi,
Günəş, bulud, dağ, dərə,
Səhra, dəvə,
dəvəçi,
At, araba, yol, cığır,
Ana rəsmi, körpəsi,
Nə bilim, nələr, nələr...
Mənə həmişə
maraqlı olub; bir rəssam niyə şeir yazmağa ehtiyac duysun ki... Axı rəsmlər
şeirlərdən daha
canlı, rənglər
sözlərdən daha
parlaq, fırça qələmdən daha
"işgüzardır".
Bəs necə
olur ki, insan rənglərdən əl çəkib sözə keçir, fırçanı yerə
qoyub qələmi götürür əlinə
və yağlı boya ilə kətana
köçürə bilmədiklərini
adi qələmlə ağ kağıza
yazır?!
Payızın göz yaşları,
Tabloları naxışlar.
Hər şey ayrılıq dadar,
Kətan, fırça,
naxışlar...
Rəssam Nəvai
Mətinin Sehran Allahverdinin "Nəsimi"
portreti haqqında dediyi sözləri xatırlayıram, "Sehran
bu portreti çəkməyib, sanki yazıb". Mənsə deyərdim ki,
o, şeirlərini yazmayıb,
sanki çəkib.
Əgər portreti belə
"yazmaq" mümkündüsə,
duyğuların da şəklini çəkmək
mümkündü.
Sehran Allahverdinin şeirlərində
qəribə bir orijinallıq var, həm forma, həm ifadə, həm də düşüncə
tərzinə görə
bizim alışmadığımız
notlar var misralarında. Hətta bəzən adama
elə gəlir ki, nəsə düz deyil bu şeirlərdə.
Amma başqa cür olsa, sehri azalar
bu şeirlərin, özünəməxsusluğu itər.
Sevgi,
İstək,
Alışmaq
Bir talemi, bir qədərmi, görəsən,
Hərdənbir düşünürəm
Sevgidən doğulan
uşaqların
Sayı nə qədərdi, görəsən?!
Və yaxud:
Gözünün içində
Uşaqlıqda qurduğun
evciyin
Böyüyüb həyət-baca olmuşdu.
Onun heca şeirlərində, sərbəst
şeirlərində olan
orjinallıq az
hiss olunur, bəlkə
də ona görə ki, bir rəssamın düşüncələri hecaya
sığmır, məzmun
formadan kənarlara daşır, deyə bilmədiklərinin yeri dediklərinin fonunda görünür sanki. Amma yenə də, heca şeirinin çərçivələri içərisində də
Sehran Allahverdi öz imzasını qoya bilir.
Qadınlar xəyaldı,
daldığın xəyal,
Xəyal pərən-pərən birin
sevirəm.
Ruhumu isidən
ocağım sönsə,
Külümü süpürən
birin sevirəm...
Deməli, ədəbiyyata nə vaxt gəlmək, iddialı olub-olmamaq şərt deyil. Əsas şərt
həyata öz pəncərəndən, öz
"postundan" baxa bilməkdi. Sehran Allahverdiyə öz
baxış bucağından
boylanan belə rəngli şeirlərdən
çox yazmasını
arzulayıram.
Səhər ƏHMƏD
Ədəbiyyat
qəzeti.- 2021.- 31 iyul.- S.24.