Əksin tərsi
Necə uçurumdursa,
"Tullan"
fısıldanır qulağa.
Necə səmadırsa,
Ucaldıqca ucalmaq istənilir.
Necə torpaqdırsa,
Endikcə basdırılmaq istənilir.
Necə dənizdirsə,
Üfüq arzulanır.
Necə dərindirsə,
Boğulmağa can atılır.
Necə bir aydırsa,
Günəş işığı sevmir.
Necə küləkdirsə,
Gözlər bərəlmək istəyir.
Necə qasırğadırsa,
Biri orada mülk almaq istəyir.
Necə yağışdırsa,
Qurumaq lənətlənir.
Necə bir vulkandırsa,
Buza nifrət edilir.
Necə sürətlidirsə,
Məfhumlar axsın istənilir.
Necə yumşaqdırsa,
Daşlardan un düzəldilir.
Necə narkotikdirsə,
"Birini
də ver" deyilir.
Necə qaranlıqdırsa,
Cəsarətin varlığını sübut
edir.
Necə aydınlıqdırsa,
İşığı əvəzolunmaz edir.
Necə qırmızıdırsa,
Qalıb dadlanmasına səbr çatmır.
Necə qaçırsa,
Dincəlməyə macal çatmır.
Necə bir rəqsdirsə,
Ayaqlara "dayanma" deyilir.
Necə bir kitabdırsa,
Son sözə
çatmaq istənilmir.
Necə bir dumandırsa,
Siqaret tərgidilmir.
Necə bir rəqəmdirsə,
Əksi ilə vəhdət olsun istənilir.
Necə bir cüt sırğadırsa,
Qulaqlar dinləmək istəyir.
Necə bir cüt gözdürsə,
"Boşluqdan
boşdu" deyilir.
Necə bir duruşdursa,
Əyrilər heyrət edir.
Necə istidirsə,
"Udqunmaq
günahdır" deyilir.
Necə bir yuxudursa,
"Oyanmaq
bitirməkdi" deyilir.
Necə bir həyatdırsa,
Varoluş sancısı istənilir.
Necə bir ölümdürsə,
Arafda gəzinmək istənilir.
Necə bir Sondursa,
İkinci sezon gözlənilir.
Beyni səma, qəlbi dəniz,
vücudu təbiət, ruhu torpaq.
Ən altda qalan ən çox
arzulanan..
İkinci yolun əvvəli
Evə gedən bir yol var.
Tək və bəyaz otaqda
bircə qara
tablo yelləyir kirpikləri.
Dəzgahdakı aslan paslanır.
Divarın biri nəm həsrəti
çəkir.
Asqılardan əyilir sarı parik.
Divanın qıcırtısı Handeli
ifa edir.
Qapının cingiltisi səni.
Dənizlə hörülmüş
pəncərədən
şüa damcıldayır
hərdən.
Təbiətdən asılmış
tavan
basdırır ağuşuna
səni.
Qırmızı tökülüb köhnə
bir kitab qapağına.
Rəngi bitmiş bir qələmin yanında.
Can suyunda muhafizə olunan balıq,
Nəzərlərini sancaqlayıb gözündən
axanlara.
Paslanan aslan isə,
Gözlərinə.
Məqam tapsalar əgər,
Parik saçlarına
hörülər,
Aslan ruhuva təpilər.
Balıq gözlərindən,
Divarın biri çiynindən daxil olar yaş
qəlbinə.
Divan pıçıldayar
qulağına nəğməni,
Qapı bəstələyər.
Stəkan dibində
qurumuş qırmızı,
Axar boynundan aşağı.
Pəncərə selə
qərq edər səni,
Təbiət tavan palçığı
ilə başdan yaradar.
Evə gedən
yol beyninə,
Qara tablo.
Qara tablo isə qara dodaqlarına gedər.
Payız yarpağı
(Ən)
Sovurur damcılarını,
Duzlu suyun.
Küləyini özü
yaradır,
Dönərək, əvvəli
bulaq olanın ətrafında
Köhnə qan nə zaman
quruyar paltarda?
Təzəsinin yerini bilməkdən ötrü.
Küləyin gücü bəs edərmi qurutmağa?
Şiddətli çovğunu başqa damarları kəssə bəs?
Barmaqları batır
könlünün quyusuna,
payız yarpağının.
Duzlu su axır döyməli
qollarından.
Yarpaq kəllə vurar bəlkə quyuya.
İçində batmayacağını bildiyiçün.
Duzlu su batırmaz, amma nüfuz edər.
İçilməz, amma balıqları dadlı olar.
Boylanıb quyudan,
"Bura gözəldir"
desə yapraq,
Gülər bütün ağaclar.
Aid olduğu yerin budaq olduğunu
pıçıldayarlar,
Quyu eşitməsin deyə.
Suyu quruyub, duzu qalmasın
deyə.
***
Aldatma özünü,
Tərs münafiq!
Qəlbi qıfıllı zadsan Sən.
Diliylə Qəlbi
tərs düşən,
Yazıq zadsan Sən!
Əməli münafiq,
Dili kafir, Könlü mömin!
Ziddiyyətlər toplusu.
3-ü də
bir-birinə söz keçirə bilmir.
Könül dildə təsdiq tapmır.
Dil əmələ sadiq qalmır.
Ey, Var ilə Yoxun Sahibi!
Bu Könlü sök yerindən!
Qoy, dillə əməl at oynatsın.
O atı Öz yanında qamçıla.
Burax burada həvəslə nal çapsın.
Naxçıvan
TOFİQ
Ədəbiyyat
qəzeti.- 2021.- 31 iyul.- S.29.