Araşdırmaçı yazar "Mahmud
Qaşqarı" medalına layiq görülüb
Azərbaycan Yazıçılar Birliyində Mahmud Qaşqari
adına Beynəlxalq Fond tərəfindən
verilən “Mahmud Qaşqari
- 1000” medalının Türkiyəli
araşdırmaçı yazar,
Qərbi Azərbaycan İcmasının Ankara təmsilcisi
Dr.Derya Akdemirə təqdimetmə mərasimi
keçirilib.
525.az xəbər verir ki, pandemiya
şəraitində baş
tutan tədbiri giriş sözü ilə Bakıda fəaliyyət göstərən
Mahmud Qaşqari adına
Beynəlxalq Fondun baş katibi Elxan Zal rəhbərlik
etdiyi qurum barədə məlumat verib. Elxan Zal qeyd edib ki, fond 2006-cı ildə Xalq yazıçısı Anar,
mərhum ədəbiyyatşünas
alim Arif Əmrahoğlu və özü tərəfindən
yaradılıb. O, fondun
türk xalqları arasında körpü rolunu oynadığını
və əsas məqsədinin ümumtürk
düşüncəsi və
mədəniyyətinin inkişafına
töhfə vermək
olduğunu bildirib.
E.Zal bu günə qədər fondun mükafatını alanlar sırasında Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl, qazaxıstanlı yazıçılar - Oljas Süleymanov, Sabit Dosanov, qırğız şair Omar Sultanov, Azərbaycandan filologiya elmləri doktoru Ramiz Əskər, Xalq şairi Sabir Rüstəmxanlı, Xalq yazıçısı Çingiz Abdullayev, professor İlham Rəhimov və Əməkdar jurnalist Hikmət Babaoğlunun olduğunu deyib.
Araşdırmaçı yazar, Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi Dr.Derya
Akdemir bu medala layiq gördüklərinə
görə Mahmud Qaşqari
adına Beynəlxalq Fonduna öz dərin təşəkkürlərini bildirib və qeyd edib ki, bundan
sonra da eyni templə Türk
dünyasının, onun milli
- mədəni zənginliklərinin qorunması istiqamətində
fəaliyyətlərini davam etdirəcək.
Ədəbiyyat qəzeti.- 2021.- 17
iyul.- S.15.