Elm haqqında
bir neçə söz
Dahi Nizami Gəncəvidən
iqtibas
Elmdən
başqa söz könlümə yaddır,
Ömrümün quşuna bilik qanaddır.
Elmdir mehrabı uca göylərin,
Elmsiz, ey dünya, nədir dəyərin?
Elmin qulu ol ki,
doğru yol budur,
Ariflər yolunda, bil, elm uludur.
Bu dünya elmdir, öyrən, doyunca,
Elmdən başqa şey boş bir oyuncaq.
Elmsiz olsaydı xilqətin canı,
Dirilik sarmışdır
böyük cahanı.
Elmsiz bir adam
bir neydir - qırıq,
Yüz canı
olsa da, ölübdür artıq.
Elmsiz bu dünya soyuq
məzardır,
Ancaq elm evində
rahatlıq vardır.
Elmin yanğısından
gözəl şey nə var?
Elmsiz nə gül gülər, nə bulud ağlar.
Elm hiylə bilməz, lazımdır yazaq,
Elm sevdasından buraxmaq
uzaq.
Köpək kimi yemək, içmək nədir, nə?
Bir pişik
olsa da, can ver elminə.
Elm düşsə daşm da qəlbinə əgər,
Gövhərdən özünə məşuq
düzəldər.
Maqnit olmasaydı elmin əsiri
Çəkməzdi özünə dəmir zənciri.
Kəhrəbanın elmə düşməsə canı,
Cəzb edə bilməzdi quru samanı.
Dünyada gövhər var,
daş var nə qədər -
Elmsiz nə saman, nə dəniz çəkər.
Bu saysız-hesabsız maddələr
yenə,
Elmlə meyl edir mərkəzlərinə.
Od kiçik bir dəlik tapmasa, hökmən
Elmlə çıxar çölə
yerin təkindən.
Baxma ki, bu ürək
can sultanıdır,
Elmə könül ver ki, canlar canıdır.
Kainatda hər şey elmə bağlıdır,
Filosoflar onu eşq adlandırır.
İdrakı dinləsək, söyləyir
o da:
Hər şey
elm üstündə durur
dünyada.
Göylər yaransaydı elmdən
azad,
Düşün, olardımı yer üzü abad?
Elmsiz təndə can görmədiyimdən
Ürəyimi satıb elm almışam mən.
Elmlə
dünyaya saldım dumanlar,
Eşqin gözlərini etmişəm
xumar.
Elmdir bəzəyən yerdə
hər yanı,
Doldurdum səsiylə elmin dünyanı.
Ondan uzaq gəzən hər cahil insan,
Elm ilə olacaq oxuyub yazan.
Elm qaranlıqda işıqdır,
işıq,
Dünyada hər şeyə elmlə çatmışıq.
Ey Nizami, elmdir bu matahımız,
Elmlə
açılsın qoy
sabahımız!
***
Oxucu, elmdir dünyaya işıq,
Qaranlıqdan yalnız elmlə çıxmışıq.
Elm ki, əbədi Prometeydir,
Aqillər üçün elm susmayan
neydir.
Elm haqda danışmaq düşüb əlimə,
Yaşasın alimlər, eşq
olsun elmə!
Nizaminin eşqi dərin, uludur,
Eşq yolu
həm də elmin yoludur.
Nizami Gəncəvi
Təqdim etdi:
İsa HƏBİBBƏYLİ
Ədəbiyyat qəzeti.- 2021.- 5
iyun.- S.3.