Sənin
gülüşlərin
Duman gələndə,
yağış yağanda,
Üzünə gülüş səpirlər
- Bəlkə səni öpürlər?
-
Çünki sənin
gülüşlərin altında bulud var,
Nəmdi gülüşlərin.
Ya da Ayın təbəssümüdür
üzündəki,
Ya da ananın yay vaxtı üzünə
sərdiyi
Ağ örpəkdi
gülüşlərin.
Birdən anan çəksə
örpəyi
Yerində ağ
dişlərin
Gülüşlərin canlı heykəli
kimi qalar
Məni yenə təzə
bir sevdaya salar,
Yerində buludlar ağlar,
Göyündə çiçəklər
açar,
Yağış göyə
yağar.
Əllərimiz
Mənim əllərim gül
olubmuş
Bir vaxt.
Bax, onda sənin əllərin ləçək
kimi
Qopub mənim əllərimdən,
Səbəbini hələ də
bilmirəm,
Niyə qopsun ki...
Sonralar düşündüm ki,
Tanrı sevən əlləri
çoxaldanda
onu ikiyə bölüb ki,
Həmişə bir-birini
axtarsın bu əllər.
Bax indi sənin əllərin
darta-darta səni gətirir yanıma.
Barmaqlarını toxundurur
Barmaqlarıma.
Ona görə də sənin əllərinin
Mənim əllərimdən
qopduğunu bildirmək üçün
Qızıl üzük taxdım
barmaqlarına,
nişan qoydum.
Sənin əllərinə heç kəs
toxuna bilməsin.
Ay mənim
qoca ağlım...
Yar gələ
Uça ağlım.
Dəqiqə
söhbəti
Baharın
ətrindən
sərxoş olmaq üçün
içimdən asılmış
buzları əridirəm.
Ürəyimi boşaltmaq
üçün
duyğularımı
ağ vərəqlərə səpirəm.
Özümə yaxınlaşmaq
üçün
bəzən özümdən
uzaqlaşıram.
Təzə yuxularımı yozmaq
üçün
Ölmüş yuxularıma
qəbir qazıram.
Yüksək zirvələrə
qalxmaq üçün
Xırda təpələrə
salam verirəm.
Yüz saat sevinc görmək
üçün
Bir dəqiqəyə yalvarıram...
Xəbərin varmı?
Xəbərin
varmı,
Buludlar əvvəl külək
olublar.
Küləklər də min il əvvəl ürək imiş.
Ürəyi küləyə döndərən
qızlar,
Sonra dönük
çıxıblar sevdiklərinə.
Küləklər min ildi əsir
Buludlar min ildi yağır.
İndi sən küləyi saxlaya bilərsənmi
saçında,
Barmağının ucunda?
inanıram saxlayarsan -
Körpənin əlindən
tutduğun vaxt.
Ya da belə,
zivədən düşən uşaq
corabı
özgə həyətə
uçmasın deyə
külək dayanar.
Tək corabın
xətrinə.
Axı o corabı
sən asmışdın zivədən.
Oynayır
Hərənin
içində hava,
Hərə bir sözə
oynayır.
Yoxuşlar üzü dağlara,
Enişlər düzə
oynayır.
Misralardan evcik qurub,
Gah yorulub, gah oturub,
Təzəcə yuxudan durub,
Bu adam təzə
oynayır...
Şükür olsun bu xoş günə,
Vaqif ol dünya felinə,
Var-dövlət verir əlinə,
Qarşında Gürzə
oynayır.
Bu atlı kim ola?
Dağlardan
enib düzə,
Bu gələn atlı
kim ola?
Gümüşləyib yəhərini,
Atı qanadlı kim
ola?
Atındakı xurcun dolu,
Atı sutək içir yolu,
At ayağı sanki dolu,
Bu tappataplı kim
ola?
Gələn sinəmi dəlir,
Ahım ərşə
yüksəlir.
Bəlkə Koroğludu, gəlir? -
Durum bir çıxım
yola.
Eyləyəsən
Deyirəm, sevdiyin bir gözəl ola,
Hərdən yola salıb əl
eyləyəsən.
Başdan-ayağacan yol, küçəsini
Çiçək eyləyəsən,
gül eyləyəsən.
Eşqin dənizində itib azasan,
Sevgi qalib gələ, sən uduzasan,
Oturub bir dəftər məktub
yazasan,
Durub saatlarla tel eyləyəsən.
Küləktək güdəsən
qapılarını,
Yığasan belinə
qışın qarını,
Uc-uca bağlayıb misralarını,
Burdan onlaracan yol eyləyəsən.
Allahşükür
AĞA
Ədəbiyyat qəzeti.- 2021.- 5 iyun. S. 11.