Hələ
dodaqları süd qoxuyurdu
Şəhid Kamran Əliyevin xatirəsinə
Hələ gözlərində
körpə gülüşü...
Hələ dodaqları
süd
qoxuyurdu.
Elə bil dünəndi nənəsi
ona
Corab toxuyurdu,
şərf
toxuyurdu...
Elə bil dünəndi
olub-keçənlər.
Hərəsi bir evdə
xınalı quzu.
Ataya dayaqdı,
qardaşa
sirdaş,
Ana ürəyində...
gəlin
arzusu...
...Nə vaxt böyüdülər,
kişi
oldular?!
Ruhları arzuyla
aşıb-daşırdı...
Hərəsi...
bir
qıza ümid vermişdi,
Hərəsi...
bir
qızla pıçıldaşırdı...
Amma hər birinin Vətən
adında
Bir nazlı,
nazənin
sevgisi vardı.
Düşmən tapdağında inləyən
Vətən
Onları səslədi...
Onu
çağırdı...
Məqamı hər şeydən
ucada duran,
O Bayraq oğullar,
Vətən
oğullar...
Torpağın köksünə
öz canlarıyla
Diriliş toxumu səpən
oğullar
Vətənin köksündə
sipərə döndü.
Hər biri
bir
evin doğması idi,
Hər biri
el
boyda qəhərə döndü...
Onlar bilirdi ki,
qisas
günüdür,
Torpaq qan ağlayır,
düşmən
qan içir...
Onlar bilirdi ki, bu yolun sonu
Şəhadət adlanan zirvədən
keçir...
Onlar bilirdi ki,
daşlar,
qayalar...
Dərələr müqəddəs
yerə çevrilir!
Uğrunda Kamranlar şəhid olduqca
Torpaq Vətən olur, pirə
çevrilir!
Onlar bilirdi ki,
Vətən
dardadır...
Onlar bilirdi ki, Vətən səsləyir!
Analar Vətənçün oğul
doğanda
Atalar Vətənçün
oğul bəsləyir.
...Hələ gözlərində
körpə gülüşü...
Hələ dodaqları
süd
qoxuyurdu...
Elə bil dünəndi nənəsi
ona
Corab toxuyurdu,
şərf
toxuyurdu...
Qazilər
Bir qolu dirsəyindən qopub
düşüb savaşda,
Bir ayağı yol alıb
ondan
qabaqda gedir.
Gözlərində qəlpənin
istisi qalıb hələ,
Don vurmuş
barmaqları hələ can üstündədir.
Yanağında iz qoyub neçə mərmi
parçası,
Alov onun üzünü tamam
yandırıb-yaxıb.
Döyüşlərin birində qəfil
düşmən gülləsi
Sinəsinə möhürtək bir
cüt qərənfil taxıb!
Keçmiş şəkillərinə
arabir
baxıb durur...
Bu necə
yaraşıqdır, nə gözəl gülüşü
var.
Aynadakı əksini görəndə
köks ötürür:
"Yəqin, bu sir-sifətdə bəyənməz
məni qızlar...".
Əlil arabasına çöküb
-
tutub
başını...
Neçə gündür dinləyir
ürəyinin səsini:
"Niyə şəhid
olmadım?
Bu
necə yaşamaqdır?!
Gərək bir yolla tapım
başmın çarəsini!".
Elə bilir ki, daha
sevgidən
uzaq düşüb.
Elə bilir ki, daha
dost-tanışa
yük olub!
Hələ fərqində deyil
hansı ucalıqdadır,
Qazandığı zəfərlə
bu millət böyük olub!
Nə bilsin üzündəki
çapıq
yaraşır ona,
Ayağını çəkəndə
ana torpaq sevinir.
Köynəyinin bir qolu
çiynindən
sallansa da
Əllərilə sancdığı
neçə bayraq sevinir!
Hələ bilmir savaşı dastan
olub dolaşır,
Hələ bilmir qızların
ürəyinə od qoyub.
Döyüşdə
ayağını itirməklə bu oğlan
Tarix kitablarında bir əbədi ad
qoyub!
Hələ xəbəri yoxdur
milyonlarla yurddaşı
Onu köksünə sıxıb,
alqışlamaq
istəyir.
Onun kimi döyüşə
qatıla bilməyənlər
Ona öz ürəyini
bağışlamaq istəyir.
Neçə şəhid
qardaşın əvəzinə yaşamaq,
Əvəzinə qocalmaq
düşüb onun bəxtinə!
Qoltuğuna sıxdığı bir
cüt qol ağacıyla
Bayraq kimi ucalmaq düşüb onun bəxtinə!
Hələ fərqində deyil O,
ucalıq rəmzidir,
Bu millətin qəlbində daim
ucadır yeri!
Başını dik tutacaq, qəddini
əyməyəcək!
Çünki and yerimizdir Qarabağ
qaziləri!
***
Nadir Azayoğluna
Gözləri yol çəkirdi...
Dodaqları papiros
dumanında itirdi.
Əskilmirdi ruhundan
Həsrət,
vüsal,
kədər,
qəm...
Yaşayırdı
özüyçün - bir az kövrək,
bir az dəm.
Arabir xəritəni açıb
baxırdı ona:
"Buraları görürsən? Kəndimiz burda idi..." -
Göstərirdi oğluna.
Arabir yol alırdı
dağa,
daşa,
dərəyə...
Bir dəli köhlən tapıb tərkinə
atılırdı
Durub bir qaya üstə... o tərəfə
baxırdı.
Yazdığı şeirlərə
danışırdı
dərdini...
Gözümüzün önündə
dən düşürdü saçına...
Sevinci asta-asta içində əriyirdi,
Adam həsrət qalmışdı
ata yurdu Laçına!
Dili suluqlayırdı hər
Laçın kəlməsindən.
Əlləri əsə-əsə
Laçın sözün yazırdı.
Ruhu dara çəkirdi onu
yuxularında,
Adam dəlilər kimi öz
içində azırdı.
Uzun çəkdi bu həsrət,
ömür getdi,
gün
keçdi...
Ümidlər
qırıq-qırıq, yarı-yarı yaşadı.
O adam adam kimi
yaşamadı dünyada,
O adam
çiçək-çiçək, arı-arı
yaşadı...
O adam qoca-qoca,
qarı-qarı yaşadı...
O adam
buğda-buğda, darı-darı yaşadı...
Təzə qəbir yerləri
qazdı doğmalarına.
Çoxunu dərd apardı,
çoxu sıra bilmədi.
Bu adam ağac əkdi,
yol saldı, binə qurdu...
Amma özünə təzə
vətən qura bilmədi.
Çox gözlədi bu günü
- yazdan payıza qədər
Neçə payız,
qış oldu, gör neçə bahar keçdi.
Ümid sahillərində illər
qatara döndü,
Bu minvalla ömürdən gör
neçə qatar keçdi.
Bu adam ümidini dəfn
etmədi içində,
Bu adam ümidləri
gerçək bilib barışdı.
"Görəsən,
Laçına da yağış yağır?" soruşan
Oğluna Laçın dolu
xatirələr danışdı.
Şəhərin göbəyində
şəhərləşdi bu adam,
Səhərin toranında
Tanrıya
ürək açdı.
Bu günü gözləməkçün
otuz ilə dəyərmiş...
Bu səhər günəş
doğdu,
bu
səhər çiçək açdı!
Bu səhər qulaqları tutuldu
xoş xəbərdən!
Gah içini çəkdi o,
gah
papiros sümürdü...
Şəhərdəki evinin
qapısından baxanda
İlk dəfəydi gözünə
Laçını görünürdü...
Şəkildəki
qadın
Sabahların birində oyanırsan
yataqdan,
Elə bilirsən hələ
yuxu görürsən, yuxu.
Gözlərini döyürsən:
- Nə ətirdir otaqda?!
Otağın havasını dəyişmişdim
mən axı...
Yatağında dikəlib, baxırsan
divarlara...
Çərçivədən
bir şəkil sənə baxıb qımışır.
Birdən qəribsəyirsən:
- Mən hara, bura hara?
O kimdir, yan otaqda, öz-özünə
danışır?!
O kimdir pıçıldaşır?
Axı kim var bu
evdə?
O nə səsdir, bir baxım...
Cumursan yan otağa.
Görürsən bir qadın var,
büzüşüb bir tərəfdə,
Qorxursan yaxınlaşıb,
saçına toxunmağa...
Üzünü görmək
üçün bilmirsən nə edəsən.
Danışmaq istəyirsən,
səsin
batır eləcə...
- Ətri də tanış
gəlir mənə axı deyəsən.
Bu qadın buralara necə gəlib,
bəs necə?
- Bəs onun gəlişindən niyə
yoxdur xəbərim?
Kim onu qarşılayıb?
Bəs kim
açıb qapını?
Oyatmaq istəyirsən köhnə
xatirələri,
Birdən xatırlayırsan
şəkildəki qadını.
- Bu ki odur, o qadın...
Tanış saçlar, xoş qoxu...
Bəlkə yuxu görürəm?!
Çimdikləyin bir məni.
Evdəkilər hardadır?
Hara gediblər axı?!
Kim asıb divarımdan o
qadının şəklini?
Bir az cəsarət
tapıb ona doğru gedirsən,
İrəli uzadırsan titrək
barmaqlarını.
Qəribədir, sən onu şəkiltək
hiss edirsən...
Qəlbinin
döyüntüsü yarır qulaqlarını.
Üzünə toxunursan, gözlərinə
baxırsan...
Onun hərarətindən
barmaqların alışır.
- Hey... səni tanıyıram, şəkildəki
qadınsan.
Bax, evimdə nə varsa ancaq səndən
danışır...
Axı hara getmişdin,
gözlərim yol çəkirdi?!
Nə yaman uzun oldu bu sonuncu
gedişin?!
Səni hansı küləklər
yenə bura gətirdi?!
Daha başından çıxart bu qəribə
vərdişi...
Üzünə gülümsəyir,
evinə nur çilənir,
Sənə baxıb astaca
pıçıldayır nə isə.
- Nə dedin,
eşitmədim, səsin qırıldı yenə...
Bir az ucadan
danış... Bax da... əgər mümkünsə...
Bu dəfə onun səsi
qucaqlayır ruhunu.
- Susma, danış, nə olar!
Davam elə, sən danış...
Dünyanın işinə bax, nə
qəribə adamam,
Taleyimdə bir səsə
tamarzı qalmaq varmış.
Kimsə toxunur sənə,
çiyninə bir əl dəyir.
Gözlərini açırsan:
- Bu nə şirin yuxudur...
Çiyninə toxunan əl: "Səhər
açılıb", - deyir.
Bu tanış səs
bəs nədən səni belə qorxudur?!
Tez durursan yataqdan, gözlərini
döyürsən.
Ağzında hiss edirsən o yuxunun
dadını.
Ürkək-ürkək yenə də
o səsə boylanırsan;
O anda tanıyırsan şəkildəki
qadını...
Xatirə
dəftəri...
Mənim ürəyimin ucqar yerində
Sənə
oxşatdığım bir qadın qalıb.
Köhnə kağızların
içində itən
Ünvanın, xatirən və...
adın qalıb...
Zaman qərinəni adlayıb
keçib,
O vaxtdan indiyə adlar dəyişib.
Adamlar dəyişib o vaxtdan bəri,
Doğmalar dəyişib,
yadlar dəyişib.
Hərəmiz bir eşqə qurban
getmişik,
Susub
barışmışıq bu dünya ilə.
Çoxu bu savaşdan məğlub
ayrılıb,
Bizim savaşımız bitməyib
hələ.
Gözümüz yol çəkir
gör neçə vaxtdır,
Səsimiz illərin
içində itib.
Çoxunun başını
ayrılıq qatıb,
Hərə bir küçədə,
bir tində itib.
Gündüz yuvasından perik
quşlara
Baxıb evimizə
dönmüşük gecə.
Hərdən araq içib sərxoş
olmuşuq...
Hərdən ayılmışıq
araq içincə...
Nə qədər sirr qalıb ürəyimizdə,
Qatıb
başımızı bu oğul-uşaq.
Elə bilmişik ki, o güzgülərdən
Nə vaxtsa bir cavan adam
baxacaq...
Bəzən üzümüzdə
donub təbəssüm,
Bəzən
sıxılmışıq deyib-güləndə.
Ürək ev
deyil ki, qapısı ola,
Açasan ən əziz
qonaq gələndə.
Hər ürək gör neçə
eşqə məzardı,
Vaxt olub özgəyə
"balam" demişik.
Ağzımız gerçəklə
dolub hər dəfə
Vurub ağzımızdan
yalan demişik.
Yalandır dən düşüb saça,
yalandır...
Biz ağlı kəsməyən
uşağıq hələ.
Quzeyə yığılan qar
topasıyıq
Günəşin
gözündən uzağıq hələ.
Bilirəm, evinin gizli yerində
"Xatirə dəftəri"
qalıb toz çəkir.
Məni unutmağa nə var ki,
qadın,
Oxu yazdığımı...
sözü söz çəkir.
Salam, unutduğum, sevdiyim qadın...
Dur aç o dəftəri, orda
adım var...
Bəlkə o günlərə bir də
qayıtdıq...
Dünyanın işini nə bilmək
olar...
Qi
Or El
Ədəbiyyat
qəzeti.- 2021.- 5 iyun. S. 24.