Tehran Əlişanoğlunun biblioqrafiyası nəşr olunub

 

AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindənAzərbaycanın elm mədəniyyət xadimləriseriyasından AMEA-nın müxbir üzvü Tehran Əlişan oğlu Mustafayevin biblioqrafik göstəricisi tərtib edilmişdir. Kitabın elmi  redaktoru, AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli, redaktoru dosent Şəhla Tahirqızı, tərtibçisi doktorant Afət Məmmədovadır.

 

Biblioqrafik göstərici Tehran Əlişan oğlu Mustafayevin elmi-pedaqoji fəaliyyətinin 1981-2020-ci illərini əhatə edir.

 

Göstəriciyə alimin həyatı, elmi-pedaqoji fəaliyyəti haqqında oçerk, dərslik dərs vəsaitlərinin, Azərbaycan rus dillərində dərc olunmuş məqalələrinin, respublika beynəlxalq əhəmiyyətli konfranslardakı məruzələrinin, elmi-tədqiqat işlərinin s. biblioqrafiyası daxil edilib.

 

Vəsaitdə, həmçinin Tehran Mustafayevin redaktə etdiyi kitablar, görkəmli elm mədəniyyət xadimlərinin alim haqqında fikirləri, alimin həyatı, elmi ictimai fəaliyyəti haqqında mənbələr yer alıb.

 

Kitabdan istifadəni asanlaşdırmaq məqsədi ilə soraq axtarış aparatı tərtib edilmiş, Tehran Mustafayevin əsərlərinin, eyni zamanda dövri, ardı davam edən seriyalı nəşrlərin əlifba göstəricisi verilmişdir.

 

Biobiblioqrafik göstərici filologiya sahəsində çalışan alim mütəxəssislər, ali məktəb tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

Ədəbiyyat qəzeti.- 2021.- 15 iyun. S.20.