Gedirəm
könlüyalın...
Yenə
yollar görünür sən olmayan şəhərə,
Əllərinin həsrətin şaxtada dondururam.
Gözümdəki
buludu yem edirəm qəhərə,
Bu sərçə ürəyimi ovcuma qondururam.
Dualar
göndərirəm sevginin Allahına,
Ayrılığın
ömrünü bir az gödək eləsin.
Qaranlığa
əsirdi hər günüm, vallah, inan,
Az
qalır ki, öz əlim özümü kötəkləsin.
Aydınlığa
çıxaram zülməti pusa bilsəm,
Gəncliyinə susayıb qocaltdığım o qız
da.
Yaşayardım
bəlkə də içimdə susa bilsəm,
Demədiyim
nəsnələr boylanır ağ
kağızdan.
Gedirəm
könlüyalın, ruhum hicran təlaşlı,
Qorxuları
yenməyə tab gəzirəm özümdə.
Hardan əsdi
bu külək, ömrüm qəmə bulaşdı,
Gün darayan bəxtimi dərd gətirdi gözümdən.
Ağ
bayraq qaldırmağa ruhumdan ar edirəm,
Adıma bürünmüşəm əyilmərəm
kədərə.
Kif
basmış arzuları əlçim-əlçim didirəm,
Yeni
ümid əyirib don hörürəm qədərə.
Bir qara əl oynayır
sevincimin içində
Ayrılıqdan
vüsala salınıb bu körpülər,
Eh... hələ
də uzaqlar yetimlik çəkir orda.
Qorxuram bu
yolların etibarı qırıla,
Həsrət
yerin bərkidir, təzə ev tikir burda...
Körpülərin
tağları qırıq bəndə söykənib,
Bir qara əl oynayır sevincimin içində.
Gün təzə
boylanırdı duman özün yetirdi,
Yenə yollar üşüyür yiyəsizlik
biçimdə.
Bir talesiz
yurd orda, üstü kədər örtüklü,
Bəxt güzgüsü çatlamış gəlin
ömrüdü ömrü.
Çırağının
nefti yox, suyu başdan bulanıb,
Ocağı közsüz qalıb, oğurlanıb
kömürü.
Şeytan
quyruq bulayır tüstüsüz bacasında,
Qapısında iblisin nökərləri yallanır.
İlahi
göydən baxıb nə düşünür görəsən,
-
O yurdun
adamları yenə nəyə aldanır?!!
Yenə
savaş oxuyur meşələrdən gələn səs,
Səbri daha dar gəlir bu torpağın əyninə.
Ağaclar
qulağını söykəyib qayalara,
Güllələrin
səsini həkk eləyir beyninə...
Yıxılmazdı
ürəyimdən adamlar
Bircə adam saxlayaydın gözümdə,
Kiçiltməzdin ucaltdığım
"dağları".
Bircə
ümid, bircə inam, tək güvən...
Qaraltmazdın dürr bildiyim "ağları".
Gətirməzdin
gözlərimə payızı,
Başlamazdı
yarpaq-yarpaq xəzanlar,
Yalanına
bulaşmazdı taleyim,
Yıxılmazdı ürəyimdən adamlar.
O
qadın da yalançıymış, İlahi,
Aldandım şeytanın mələk üzünə.
İblisiymiş,
qaranlığın Allahı
İşıq kimi görünürmüş
gözümə.
O adam da babasıymış günahın,
Savab bilib yar seçmişəm özümə.
Düz
sözəydi apardığım pənahım
Güvəndim...
aldandım kişi sözünə.
Bircə adam saxlayaydın gözümdə,
Bircə
ümid, bircə inam, tək güvən...
Yollar qucaqlayıb
köhnə izimi
Yoldumu
izimi çəkib aparan,
Mənəmmi bu yolun inadın qıran?
Kimiydi
yanımdan ötdü çaparaq,
Kimiydi uzaqdan əl edib duran?
Yol məni,
mən yolu gedib bitirdik,
İndi ayrılırıq bir tin başında.
O məndə,
mən onda itib gedirdik,
Fərqində deyildik yayın, qışın da.
Fəsil
tanımadıq, il tanımadıq,
Qarı ayaqlayıb, buzu adladıq.
Kölgəni
yurd seçib daldalanmadıq,
Küləyi belindən iki qatladıq.
Keçdik
keçilməzi, tərsi ram etdik;
Aşdıq olmaz adlı aşırım səddi.
Qismətə
bölünməz kəsri tam etdik;
Hasil ömrümüzdə qoşa ədəddi.
Mənəmmiş
yanımdan tələsik keçən,
Mən yola düşəndə saçım
qaraydı.
Dünən
zirvədəki qartalı seçən,
Göz indi bilmədi hara haraydı.
Belə
unudurmuş insan özünü,
Belə ötüşürmüş illər xəbərsiz.
Yollar
qucaqlayıb köhnə izimi,
Təzə iz qoymağa ayaq təpərsiz.
Tanrının evində
bir ruh dul qalıb
Bu taleyin
son qadını mən idim,
Ürəyini gözlərinə sığdıran.
Mən
idim e buludların bətnindən
Göz
yaşıtək yağışları yağdıran...
Könül
köçüm göy üzünə yol alıb,
Ulduz-ulduz ilmələnir izlərim.
Tanrının
evində bir ruh dul qalıb,
Ora
çəkir, ora çəkir dizlərim...
Yeri
varmı bir adamlıq komaya,
Ətəyində yuva qurum tanrının.
Gör nə
qədər göz dikilib səmaya,
Gözü
hardan məni görsün tanrının?!.
Mənim ürəyim
Mənim
ürəyim sənin ürəyin kimi
çoxotaqlı varlı mənzilinə bənzəməz.
Biradamlıq
çarpayıda nəfəsini bölüşən
iki
aşiqin eşq hərarəti var mənim ürəyimdə.
Yaşanmayan
ev kimi ölü, nəfəs toxunmayan
pəncərə kimi cansız deyil mənim ürəyim.
Mənim
ürəyimin divarları sevgidən hörülüb
içində olanlar sevgiylə qorunur.
Kasıb
komalarının köhnəlmiş damından
yağış daman kimi
göz
yaşı damar, ağrı damar mənim
ürəyimdən hərdən.
Mənim
ürəyim üç-beş dost sığacaq qədər
geniş,
əzablarını içində boğacaq qədər
dardı.
Ucsuz-bucaqsız
çöllərə layla çalan qatarlar
kimi
Mənim
də ürəyimin öz laylası var,
sevgidən başlanır, sevgidə bitir bütün notlar.
Birnəfərlik
kupe kimidi mənim ürəyim,
bileti əlində
qalar, keçməyə həddi olmaz
hansısa sərnişinin...
Sən o
balaca otağa necə sığmısan bilmirəm,
rahatca gəzib
dolaşırsan künc-bucağında.
"Zəbt
etdiyin" bütünümün evi, yaşamağa
davam
yeri olmusan.
Mənim
ürəyimin mətbəxi, dincəlmək,
yemək
hücrəsi
divarlarına hörülən sən adlı sevda
çırağıyla
işıqlanır,
Acanda
xatirələrdən süfrə qurur,
hər
xatirənin yanına bir şeir düzür çörək
əvəzi.
Hər
gecə yuxuları aldadıb ürəyimə
köçürəm,
səliqəyə salıram dağınıq eşq süfrəsini,
gündüz tökdüklərimi yığıram öz yerinə.
Sonra
öpüb gözündən enirəm yatağıma,
Gecə də
layla çalır dizlərində uyuyan
o bəxtəvər
qadına...
Sən mənim evimsən...
Guya ki, mən
sənin evin deyiləm,
Bu ocaq, bu
yuva bizimki deyil?!.
Gözündən
asılan alovlu baxış,
Ruhuna
qovuşan ruh mənim deyil?!.
Ovcun əllərimin
isti yuvası,
əllərin ovcumda ən əziz sakin.
Sən məndə
var olan ilahi adam,
Mən səndə yaşayan bəxtəvər
qadın.
Bizim
yaşamağa evimiz yoxdu...
Sən mənim
evimsən,
Mən sənin
evin...
Tanrı, öp
dünyanı!
Dünya
boğulur...
siyasət adlı qatilin
gözəgörünməz barmaqları
ölüm fırçasıyla rəngləyir
dünyanın sinəsini,
nəfəsi kəsilir yer üzünün...
İlahi,
özün gəlmə,
bircə
mələyini göndər
nəfəs üfürsün yerin
ciyərlərinə.
O
nağıl vardı ha, o nağıl -
mağarada yatmış gözəl
şahzadənin öpüşündən
ayılmışdı.
Bir təzə
nağıl başla,
mənfi
qəhrəmanın
qələbəsinə sevindirmə iblisi.
Bu
nağılın sonuna
üç alma da göndərmə,
Tanrı,
öp dünyanı!
Mən olsaydım
Güzgüdəki
mənəm?!.
...yox, mən
deyiləm,
mən
olsaydım -
təbəssüm toxuyardı kirpiklərim,
duyğu
misralanardı gözlərimdə,
şeir
dillənərdi baxışlarımda...
Mən
olsaydım -
üşüməzdi əllərim,
ağlamazdı saçlarım,
ağrımazdı qollarım.
Mən
olsaydım -
yıxılmazdım sənsizlik adlı ağrının
ayaqlarına,
yoxluğuna bürünmüş dünyanın
havasızlığından
asmazdım nəfəsimi,
sükutu
qucaqlamazdı qulaqlarım,
qaranlığı öpməzdi gözlərim.
Mən
olsaydım -
sevinc
oynaşardı dodaqlarımda,
kədər çiliklənərdi yanaqlarımda...
Güzgüdəki
mənəm...
çəkildim göylərə..,
ruhum
çırpınır
Tanrının
ovcunda kəpənək kimi...
Ruhum leysanlara təslim
Balışıma
daşır gözüm,
Kürdən qopan qol kimidi.
Öyrənib
sulara üzüm,
Ümmana bir yol kəm idi.
Susuram,
içim alışır,
Dinirəm sözüm yandırır.
Var olan nəyə
çalışır,
Məni yoxa inandırır?!
Haqq verər
göz gördüyünə,
Aldadar qulaq adamı.
Bəxtim
düşüb kor düyünə,
Əcəl alacaq "qadamı".
Kərpic-kərpic
hördüyümə,
Divar-divar ah sarılır.
Ömür
deyib sürdüyümə
Dərd baxır, bağrı yarılır.
Əlimi
tutan öz əlim,
Ayaqlarıma əsayam.
Əsirdi
ağzımda dilim,
Səbrini udan kasayam.
Getdiyim
yolun kəsəsi,
Qəmin izinə calanır.
Kimim var
umub küsəsi,
Kölgəm dizimə dolanır.
Duyğularım
uçuq, pərən,
Ruhum leysanlara təslim.
Ehh... nəfəsindən
öpərəm
Dönsə
könlümə söz fəsli...
Sevinc QƏRİB
Ədəbiyyat qəzeti.-
2021.- 15 iyun. S. 6.