Şair Musa Yaquba
Kim bilmir
ki, dünyaya
Az-az gəlir şairlər.
Lap
yüz il yaşasa da
Çox tez ölür şairlər.
Musa Yaqub
öləndə
Çəmənlər ağlaşdılar.
Elə
bil ki, çiçəklər
Gözdən axan yaşdılar.
O
dağların min illik
Buzlaqları
əridi
Bulaqları
ağladı
Qayaları kiridi.
O,
gözünü yumanda
Girdman qəm çağlayırdı.
Dağlar
başbaşa verib
Hönkürüb ağlayırdı.
Dağların
ətəyində
Qayalar hər
biçimdə!
Hərəsi
bir Musadı
Bu dünyanın içində.
Allah
özü yaradıb
Bu qaya
heykəlləri!
Görüşünə
gələcək
Sevdiyi
dağ kəlləri
Hər səhər
Günəş doğub
Dünya
yenə güləcək!
Quşların
nəfəsində
Təzə
nəğmə gələcək!
Nə qədər ki, dünya var.
Səhərlər
açılacaq!
Musanın
şeirləri
Çöllərə
yazılacaq!
Onu
çəmənliklərə
Ağ
çiçəklər yazacaq!
Quşlar
cəh-cəh vuracaq
Kəpənəklər
yazacaq!
Onlar hər
gün güləcək
Körpələrin
səsində
Qalxacaq
üfüqlərə
Bülbül zənguləsində.
Zahid XƏLİL
Ədəbiyyat qəzeti.-
2021.- 15 iyun. S. 9.