Mədəniyyət
və incəsənət xadimlərinə mükafatlar təqdim
olunub
İyunun 14-də Azərbaycan Milli Xalça Muzeyində
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə
təltif edilmiş bir qrup mədəniyyət və incəsənət
xadimlərinə mükafatlar təqdim olunub.
Tədbirdə
mədəniyyət naziri Anar Kərimov çıxış
edərək ölkəmizdə mədəniyyət və incəsənət
sahələrində xidmətləri olan şəxslərə
göstərilən dövlət qayğısından
danışıb.
Vurğulanıb ki, vaxtilə ulu öndər Heydər
Əliyev tərəfindən mədəniyyət və incəsənət
xadimlərinə göstərilən diqqət və
qayğı bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Mədəniyyətimizin dünyada
tanıdılması və təbliği istiqamətində
görülən işlərdən söz açan nazir Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahədə xidmətlərini
xüsusi qeyd edib.
“Mədəniyyətimizin inkişafı daim dövlətimizin
başçısı tərəfindən diqqət mərkəzində
olub. Bildiyiniz kimi, dövlətimizin
başçısının tapşırığı ilə
Mədəniyyət Nazirliyində islahatlara
başlamışıq. Məqsədimiz mədəniyyətimizin
inkişafında cəmiyyətimizin rolunun
artırılmasına nail olmaqdır. Bu müqəddəs
missiyada görkəmli mədəniyyət xadimlərinin fəaliyyəti
də böyük təsirə malikdir. Hesab
edirik ki, əcdadlarımızdan bizə miras qalan mədəniyyətimizi
daha da dirçəldib irəliyə aparmalıyıq.
Çalışmalıyıq ki, yeni nəsli də bu ruhda tərbiyyələndirək”,
- deyə nazir söyləyib.
Tədbirin ölkə tarixində ən əlamətdar
günlərdən olan Milli Qurtuluş Günü ərəfəsində
təşkil edildiyini xatırladan Anar Kərimov,
iştirakçıları təbrik edib, onlara gələcək
yaradıcılığında uğurlar arzulayıb.
Sonra
ölkə başçısının müvafiq sərəncamları
ilə “İstiqlal”, “Şöhrət”, “Şərəf”
ordeni və digər fəxri adlarla təltif edilən mədəniyyət
və incəsənət xadimlərinə mükafatların vəsiqə
və medalları təqdim olunub.
Mükafat alanlar fəaliyyətlərinə verilən
yüksək qiymətə, göstərilən diqqət və
qayğıya görə ölkə başçısına
dərin minnətdarlıqlarını bildiriblər.
Ədəbiyyat qəzeti.- 2021.- 15
iyun. S. 12.