Çağdaş
rus yazıçı və şairi Mariya Stepanovanın
şeirləri
Mariya
Stepanova "Yaddaşın xatirəsinə" adlı essesi
ilə ingilisdilli ədəbiyyat sahəsində verilən 2021
"Buker" Beynəlxalq Mükafatının (The 2021 Booker
International Prize) "qısa siyahı"sına daxil
edilmişdir.
***
Bax,
götürüb bir də
şeir
yazmayacam,
Bax,
götürüb bir də,
Heç
vaxt şeir yazmayacam...
Mən
Dmitriy Aleksanıç deyiləm,
Dmitriy Aleksanıç ölüb.
Mən
Aleksandr Sergeyeviç deyiləm,
Aleksandr
Sergeyeviç yaşayır...
Ədəbiyyat
simasında
Mən
bir bəzək kimiyəm,
Mən
çiçəklənən kimiyəm,
Səsim,
saçım qıvrım,
Elektrik fənəriyəm,
Sürətli
və nizamsız elektrik kimiyəm...
***
Eyvanda,
hansısa aprel günündə,
İstilik karamel kimi axır.
Quş
civiltisi və qadın səsi,
Qulağımı batırır.
Gah
yarpaqlar sıçrayır,
İçməli fəvvarələrin gözündən.
Gah adamlar
harasa gedir,
Ötüb-keçənlərin izindən.
Mən də
balaca it kimi,
Unudulmuş, bir ana, bir qadın kimi.
Səs
edirəm görünüm deyə,
Yerimi
bilsinlər deyə...
***
Baş-ayaqlar-baş-qollar-baş,
Yerimdə
qurcuxuram,
Köhnə
qanunları tələb edirəm,
Axı
onlar çoxdular...
Bir
quş uçuşu edəcəm,
Açıq
səma altında,
yerin
düz sinəsində,
Bir
dükana qonacam,
bir
şey alacam ancaq,
əllərini çək məndən.
Ancaq bədən
alacam,
Mən -
nənəmdən gəldim,
Mən - ulu babamdan gəldim.
Mən
valideynlərimin içindən
Lazım olanı götürüb gəldim.
Hər
şeyi qoşa verdim,
Yatdım
vaxtı daşa verdim,
Oyandım
- gördüm ki,
Ömrümü
boşa verdim...
***
Səhər
Günəşi səhər doğur,
Nə qədər cazibədar imkanlar var.
Axı
niyə sən mənzildə gəzişirsən,
Topuqlu ayaqqabı ilə yeri döyərək?!
Sənə nə lazımdı, göyərçinim mənim?
Çevrilib sonluğu dəyiş görüm.
Bu
qızıl güzgüdə özünü gör,
Get, arxana
baxmadan irəli get.
Və
budur, bir səs eşidirəm,
Bütün bədənimə istilik gəlir.
Sənin
mələk kimi qanadlarına
Çox yoldaşların paxıllıq edir.
Təkcə
qanadlarını tərpətsən bəsdi,
Buna dözməyəcək çoxu bilirəm.
Mənim
qohumlarım, bağışlayın siz,
Mənə
uzaqlardan yazın mümkünsə...
Mən əbədiyəm,
ölümsüzəm beləcə,
İlahə
Stiks də mənə əngəl ola bilməz!
***
Gözlərim
qaranlıqdı, dilim də susur,
Qulaqlarım
sükuta qərq olub beləcə,
Hamıda
belədi ya görəsən -
Mənə
nəsə olur gizlicə...
Düşünürəm
öz-özümə,
Quşların
fəth elədiyi zirvələrdən -
Görəsən,
cökə yarpaqlarından
Zavod
boruları da nəfəs alır,
Ya
almır?!
Bir hərəkət
edib and içirəm,
Andımı təkrar edirəm, unutmamaq
üçün.
Özümü
atıram dağın başından,
Yeni mənalara
qovuşmaq üçün...
Mariya Stepanova
Tərcümə
etdi: Tural CƏFƏRLİ
Ədəbiyyat qəzeti.-
2021.- 19 iyun. S. 11.