“Orxan
Pamukun evində” kitabı işıq üzü görüb
Bu günlərdə Azərbaycan Yazıçılar
Birliyinin üzvü, şair Ramil Əhmədin “Orxan Pamukun
evində” kitabı işıq üzü görüb.
Kitabda Ramil Əhmədin ədəbiyyat üzrə Nobel
mükafatı laureatı, türk yazıçısı
Orxan Pamukla tanışlığının,
görüşünün detalları, eləcə də ədibin
evində gerçəkləşən söhbətləri
yer alıb. Kitabın bəzi hissələri mətbuatda
işıqlandırılsa da, kitabda daha öncə
yayımlanmayan yazılar, fotolar və Pamukun
yaradıcılığına aydınlıq gətirən
detallar var.
Orxan Pamuk
ilk dəfə bu kitabda yarımçıq gənclik
romanından, gələcəkdə Məsumiyyət Muzeyinin
qapalı qutularında sərgilənəcək əşyalardan,
romanlarında ailəsindən gələn detallardan, evdəki
“zəka terrorundan” qaçıb ədəbiyyata
sığınmasından bəhs edir.
Kitabda həm fiziki mənada Orxan Pamukun İstanbulda
yaşadığı evindən, həm də məcazi mənada
onun sözlərlə qurduğu ədəbiyyat evindən
söhbət açılır.
Ədəbiyyat qəzeti.-
2021.- 19 iyun. S. 32.