İkinci Dünya müharibəsində itkin düşənlərə

 

Hər yandan

 

basdı qapısını 41-ci il

 

Allahverdi kişinin

 

oğlanlarını oda-alova atdı:

 

həkim oğlu düşməni iynələdi -

 

qayıtdı

 

çoban oğlu otardı -

 

qayıtdı    

 

qalaycı oğlu sındırdı -

 

qayıtdı!

 

Müəllim oğlundansa

 

əl boyda məktub gəlmişdi

 

azad edəndə Kerçi.

 

Deyilənə görə, o,

 

indiyəcən düşmənə

 

hesab dərsi keçir...

 

Qulu AĞSƏS

Ədəbiyyat qəzeti.- 2021.- 26 iyun. S. 2.