Elxan
Zal - 60
Əzizim
Elxan, sənin "Polonez" silsiləni oxuyanda mənə elə
gəldi ki, mən Elxan Zalı oxumuram, mən, Vaqif Səmədoğlu,
60-cı illərdə Polşa havasında yazmadığım
şeirləri oxudum, yəni öz xatirələrimi oxudum. Nəyə görə məhz Polşa? Çünki mənim mənsub olduğum 60-cı
illər nəslini Polşa ilə çox sıx tellər
bağlayır, bizim həyatımızda Polşa və polyak
xalqı böyük rol oynayıb. Bəlkə
də siz gənclər bunları bilmirsiniz, o zaman 60-cı illərdə
sosialist düşərgəsi vardı və bura daxil olan
ölkələr içində Polşa bizim azadlıq istəyimizə,
yenilik istəyimizə ən çox cavab verən ölkə
idi. Polşa nəinki sosialist
dünyasında, hətta Avropada, bütün dünya
miqyasında irəlidə gedirdi. Polşa ədəbiyyatı,
kinosu, teatrı, incəsənəti bəzən Amerikadan da, bəzən
Fransadan da irəlidə gedirdi. Sənin
şeirlərini oxuyanda mən həmin illərə
qayıtdım, həmişə xəyalımda
yaşatdığım Polşanı gördüm. Mən Polşada olmamışam, həmişə
buna təəssüflənirdim, ancaq sənin şeirlərini
oxuyana qədər. Bəlkə də Allah səni mənim
yerimə Polşaya göndərdi və sən Polşa mədəniyyətinə,
Polşa xalqına, öz qələminə layiq o gözəl
şeirləri yazdın...
"Elxan
Zalın Polon şərqisi"
yazısından
Vaqif Səmədoğlu
Ədəbiyyat qəzeti.-
2021.- 26 iyun. S. 6.