Dərd
gilənar deyil ki, götürəsən, yeyəsən...
Duruşu heykəl əsgər
II
Qarabağ savaşının əsgəri,
topçu Vüsal üçün
Heykəl əsgər, duruşunda
bir nəslin ruhu kişnər,
Heykəl
əsgər, kişnərtindən yüzlərlə
düşmən titrər,
Heykəl
əsgər, savaş - sərgi, sən isə canlı əsər,
Toz-dumanın
arasında əzminə heyranıq biz,
Sənə baxıb sənin kimi başı dik
duranıq biz.
O səs-küydə
bağıraraq nə dedin, sirdi hələ,
İnanmıram nə zamansa durasan bir də belə.
Bir tablo
ki, əsgərimin toz çökmüş rəngi ilə
Qarabağın
qara bəxti rənglənir, işıqlanır,
Nuru sönmüş səmasında yenidən ulduz
yanır.
Heykəl
əsgər, adın Vüsal, taleyin qazi igid,
Neçə
səngər qardaşların can verib oldu şəhid,
Arxasında
dayandığın topunla inam dirilt -
O
inamın zərbəsidir, düşməni məhv eləyən,
Məhv olmalı haqlı xalqın önündə səhv
eləyən.
Ürəyini
barıt ilə dolduran hazır əsgər,
Baxışların
od püskürür,
qığılcım saçır, əsgər.
Bunu
görən düşmənlər önündən
qaçır, əsgər,
Arxandasa
qanı coşan xalq ordu olub gəlir,
Qoca-cavan, kişi-qadın, sevincdən dolub gəlir.
Heykəl
əsgər, duruşunda bir nəslin ruhu kişnər,
Heykəl
əsgər, kişnərtindən yüzlərlə
düşmən titrər,
Heykəl
əsgər, savaş - sərgi, sən isə canlı əsər,
Toz-dumanın
arasında əzminə heyranıq biz,
Sənə baxıb sənin kimi başı dik
duranıq biz.
Cəsarətin də
çatmaz
soruşasan necəsən?
Hər şey dönər, dolanar,
bir gün yanından keçər,
Zaman gələr bir ömür bircə anından
keçər.
O anda bir
qız baxar, eşqi canından keçər,
Nə o dinər, nə də sən?
Cəsarətin də çatmaz, soruşasan necəsən?
Giziltidən
diksinər torpaq ayağın altda,
Elə bir əzilərsən böyük bir
dağın altda.
Birdən
pıçıldayarsan nəsə dodağın altda:
- Hardan
çıxdın yenə sən?
Cəsarətin də çatmaz, soruşasan necəsən?
Uçunarsan,
nədənsə, yerindəcə donarsan,
Tərsliyə
bax, donsan da od tutarsan, yanarsan.
İçindən
keçənləri eşidirmiş sanarsan -
Başa
düşür deyəsən!
Cəsarətin də çatmaz, soruşasan necəsən?
Bir
addım sən atarsan, bir addım da o gələr,
İki addım səsində bütün həzin nəğmələr.
Ehtiyatlar,
qorxular, tərəddüdlər, bəlkələr,
Getsəm,
gələr görəsən?
Cəsarətin də çatmaz, soruşasan necəsən?
Bu ki min il yolunu gözlədiyin qadındır,
Sındır buxovlarını, bütün tabuları
sındır.
Görənlər
nə düşünər, kim nə deyər,
amandır,
Almayaraq vecə sən,
Cəsarət toplayaraq, soruş, de ki, necəsən?
Filonov
P.N. "Kişi və qadın" (1882)
Ürəyimdə
dörd fəsil
İndi mənim
ürəyim bir qızılgül kimidir,
Rəngli duyğularımın qar örtübdü
üstünü.
Guya
gözəl göstərir hamıya mənzərəmi -
İnsan gülümü sevər, yoxsa gülün
büstünü?
İndi mənim
ürəyim gilənar yarpağıdır,
Payız küləkləriylə savaşların
içində.
Nə qədər sərtləşdirim saplaq ümidlərimi?
Yorulur şair ömrüm yarışların içində.
İndi mənim
ürəyim yeri biçilmiş zəmi,
Suya düşən xəyallar saman çöpü dərdində.
Üzdə
çoxları üçün bəlkə, qırx
yaşındayam,
Yetmiş
yaşlı bir adam var-gəl edir dərində.
İndi mənim
ürəyim kol dibində bənövşə,
Yaz müjdəli sevincim dözməz mart bozluğuna.
Şaxtalı
baxışları əridərdim sevgimlə,
Daha tabım qalmayıb könül soyuqluğuna.
Bizim parkda səssizlik
O parkın səssizliyi nəğmə
pıçıldayırdı
Salxım söyüdlərində yuva quran cüt
quşa.
Bomboş
skamyaların dolu tərəfi bizdik,
Yaz eşqi gətirmişdik ürəyi bumbuz
qışa.
Adamlar gəlib-keçir,
maşınlar şütüyürdü,
Qışdan çıxan güllərin
çırtırdı tumurcuğu.
Parkın
dörd tərəfinin rəngbərəng işıqları
-
Dar gecə köynəyinin yaxasının muncuğu.
Susurdu
ürəklərdə dilə gəlməz diləklər,
Barmaqlar ovuclarda xoşbəxt fal şairiydi.
Keçmişi
silmək olmur, ay bəxtimə baxan qız,
Sənin dodaqlarından qopan nə şeiriydi?
O
parkın hər anında təəssüflər dincəlir,
Şıltaq sevdalar üçün bu dünya çox
balaca.
Bərk
yapış ürəyimin boş qalan tərəfindən,
Qoşa ulduza dönüb göyə qaçaq, balaca.
Zəng gələ ki,
dur gedək
Zəng gələ
ki, dur gedək,
Soruşmayasan da hara?
Təki təkliyin
əlindən
Qaçasan lap uzaqlara.
Bir pencək
atıb çiyninə
Elə həvəslə
gedəsən...
Bir kitab,
bir qələm, bir də
Ən doğma kəslə gedəsən.
Mənzil
bir ağac kölgəsi,
Ay
işığı düşən kaha.
Ağlamağa
bir çiyin,
Heç nə istəmirəm daha.
Sükutu
ki dinləyirsən,
Ruhun, könlün dincəlir.
Gecəniz
xeyrə qalsın,
Aha, deyəsən,
zəng gəlir...
Ağlayırsan, deyəsən
Xatirəmi yadigar saxlayırsan, deyəsən?
Ağlayırsan, deyəsən?
(Müəllifini
unutduğum bir şeirdən)
Bəxtlə
oyun oynadıq - mən göz yumdum, o qaçdı,
Acı həqiqətlərə çox gec gözümü
açdım.
Sevgi
oyuncaq imiş, məndən alıb qırdılar,
Xəyal
dünyam var idi - od vurub yandırdılar.
Sən də
durub seyr etdin, bilmədin neynəyəsən,
Ağlayırsan, deyəsən?
Sözləri
nəğmə idim, baxışı gülüş idim,
Gülüşüm dodağımda dondu, özüm
üşüdüm.
Pöhrəydim
sındırdılar, qönçəydim soldurdular,
Önümdə
süfrə açıb dərd-qəmlə doldurdular,
Dərd
gilənar deyil ki, götürəsən, yeyəsən,
Ağlayırsan, deyəsən.
Nə
vaxt təklik çağırır çəkilib
otağıma
Bütün xatirələri tökürəm
qabağıma.
Heç özüm də bilmirəm, nə
danışım, nə deyim?
Bəlkə
də düşünmüsən hər gün gəlib
keçdiyim,
O
küçənin başında yolumu gözləyəsən,
Ağlayırsan,
deyəsən!
Görən nə tez böyüdü bu şıltaq
qız uşağı?
Göz yaşım yağış oldu, arzular
göyqurşağı.
Gecələr
yuxularım darmadağın, dərbədər,
Görəsən, düşündünmü sən də
məni mən qədər.
Yaşayıram,
ölmüşəm - yoluxasan, dəyəsən,
Ağlayırsan,
deyəsən...
Biri dura yuxudan
Biri dura yuxudan,
Görə ki, hamı sağdı.
Gedənlər
geri gəlib,
Ölənlər də oyaqdır.
Hamını
və hər şeyi,
Eşqlə sevə ürəyi.
Göy
üzü bənövşəyi,
Günəş də ağappaqdır.
Sevgiylə
baxır gözlər,
Xoşbəxtdir
bütün qızlar,
Əlçatandır
ulduzlar,
Buludlar da yataqdır.
Biri dura
yuxudan
Görə yanında şair.
Ona
şeir oxuyur
Gilənarlara dair.
Elxan YURDOĞLU
Ədəbiyyat qəzeti.-
2021.- 26 iyun. S. 10.