BTMİF
rəhbəri Günay
Əfəndiyeva Rəcəb
Tayyib Ərdoğana kitab hədiyyə edib
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva
“Antalya Diplomasi Forumu” çərçivəsində Türkiyə Respublikasının
Prezidenti cənab Rəcəb Tayyip Ərdoğana Fond tərəfindən
Almaniyada nəşr etdirilən Türkiyənin
görkəmli yazıçısı
Ömər Seyfəttinin
hekayələrindən ibarət
ilk kitabını hədiyyə
edib.
Kitab Türk ədəbiyyatının
tanınmış nümayəndələrindən
biri olan Ömər Seyfəttinin
100-cü ildönümü münasibətilə yazıçının
dəyərli sənət
nümunələrini beynəlxalq
aləmdə təbliğ
etmək və zəngin bədii yaradıcılığını daha geniş auditoriyarla tanış
etdirmək məqsədilə
çap olunub.
Kitab özündə
alman və türk dillərində yazıçının ən
məşhur 10 hekayəsini
ehtiva edir. Nəşr Almaniyanın
və Avropanın digər ölkələrinin
dövlət kitabxanalarına,
məktəblərinə göndərilmişdir.
Kitabın ön sözünün müəllifi Beynəlxalq
Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadır. Hekayələri alman dilindən türk dilinə tərcümə edən türkoloq K. Hermann Kiel, redaktor
Almaniyada yaşayan yazıçı Orxan Arasdır.
Ədəbiyyat qəzeti.-
2021.- 26 iyun. S. 14.