"Dünya gülüşü bolqar yumoru" beynəlxalq simpoziumunda məruzə

 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Bolqarıstan Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun keçirdiyiDünya gülüşü bolqar yumorumövzusunda onlayn beynəlxalq simopoziumda elmi məruzə ilə çıxış edib.

 

Beynəlxalq aləmdə dünya gülüşü mədəniyyətinin əsas mərkəzlərindən biri kimi qəbul edilən Qabrovo yumoruna sahib olan Bolqarıstanda təşkil edilən simpozium həm bolqar satirasının görkəmli yaradıcıları hesab edilən Dimitri Podvrzaçov Vixren Çernokojevin xatirəsinə həsr edilb.

 

Beynəlxalq elmi konfransda bolqar alimləri ilə yanaşı, Türkiyə tədqiqatçılarının da elmi məruzələri dinlənilib. Beynəlxalq elmi konfransda satira nəzəriyyəsinin aktual problemləri milli ədəbiyyatlarda gülüş mədəniyyəti məsələlərini geniş müzakirə olunub, Qabrovo yumoru haqqında ayrıca məruzə dinləyicilərə təqdim edilib.

 

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin beynəlxalq simpoziumdaSatira nəzəriyyəsinə yenidən baxış: Azərbaycanın Şəki gülüşü Bolqarıstanın Qabrovo yumorunun oxşar fərqli xüsusiyyətlərimövzusunda məruzəsi dinlənilib müzakirə olunmuşdur. Məruzədə satiranın ədəbi növ əmələ gətirmək xarakterinə malik olmasına, satira janrlarının spesifikası məsələlərinə xüsusi yer ayrılıb.

 

Akademik İsa Həbibbəylinin məruzəsində eyni zamanda Azərbaycanın Şəki gülüşü ilə Bolqarıstanın Qabrovo yumorunun oxşar fərqli xüsusiyyətləri ilk dəfə olaraq nəzəri cəhətdən təhlil olunmuş bədii nümunələrlə izah edilib.

 

Akademik İsa Həbibbəyli bundan əvvəl satira nəzəriyyəsi məsələləri haqqında Tatarıstan Elmlər Akademiyasının keçirdiyi beynəlxalq elmi konfransda məruzə ilə çıxış etmişdir.

 

Ədəbiyyat qəzeti.- 2021.- 26 iyun. S. 21.