Əlisəfa Azayev-70
Hörmətli Əlisəfa müəllim!
Sizi - istedadlı
yazıçımızı 70 illik yubileyiniz münasibətilə təbrik
edirik.
Siz ədəbi
yaradıcılığa ötən
əsrin 70-ci illərində
başlamısınız. İlk vaxtlar
respublika mətbuatında
vaxtaşırı hekayələriniz
dərc olunmuşdur.
"Yeddi il
sonra" adlı ilk kitabınız 1979-cu ildə
"Gənclik" nəşriyyatında
çapdan çıxmışdır.
Daha sonra "Çin qızılgülü" kitabınız
oxucuların ixtiyarına
verilmişdir.
Hekayə və povestlərinizin çoxu macəra-detektiv janrında yazılmışdır. Konfliktlərin əsasını ağır
cinayətlərin açılması
və həqiqətin
üzə çıxarılması
təşkil edir.
İstintaq prosesi ailə-məişət
səhnələri ilə
uzlaşır və insan münasibətləri
ustalıqla təsvir olunur. Zəngin müşahidə və həyat materialları əsasında
yazılmış əsərləriniz
haqq-ədalət, düzlük
uğrunda mübarizə
ruhu, yüksək əxlaqi keyfiyyətlər
təlqin edir.
"Gözlənilməz hadisə",
"Sirli qətl",
"Amansız qatil",
"Qürbət ellərdə",
"Prokuror qızı",
"Bayıl məhbusu",
"Sahildə qətl",
"Vahimə", "Qorxulu
oyun", "Məhkumun
fəryadı", "Ölüm
qorxusu", "Aspirantın
taleyi" povestləriniz
maraqla qarşılanmışdır.
Dağlıq Qarabağ münaqişəsi
bir qələm sahibi kimi sizi
həmişə narahat
etmişdir. Bu mövzuda
mətbuatda vaxtaşırı
yazılarınız dərc
edilmiş 90-cı illərin
keşməkeşli hadisələri,
müstəqillik və
dövlətçilik prinsipləri,
hərbi-vətənpərvərlik ruhu, aydın yazıçı-vətəndaş mövqeyi əsərlərinizdə
öz əksini tapmışdır. "Kürdəmir
şəhidləri", "Əsgər anası",
"Qürbət ellərdə",
"Qatarda hadisə",
"İstintaq sirri",
"Fədakarlıq anı"
kitablarınıza bu mövzuda yazılmış
dəyərli əsərləriniz
daxil edilmişdir. Xalqımızın qəhrəman övladlarına
həsr edilmiş neçə-neçə əsəriniz
vardır.
Hörmətli Əlisəfa müəllim!
Sizi 70 illik yubileyiniz münasibətılə
bir daha təbrik edir, sizə uzun ömür, cansağlığı,
yaradıcılıq uğurları
arzulayırıq.
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti.-
2021.- 26 iyun. S. 32.