Vüqar Əhməd beynəlxalq şeir müsabiqəsinin
qalibi olub
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat
İnstitutunun Mətbuat
tarixi və publisistika şöbəsinin
müdiri, filologiya elmləri doktoru, professor, tanınmış şair
Vüqar Əhməd beynəlxalq şeir müsabiqəsində qalib
olub.
İran İslam Respublikasının
Qərbi Azərbaycan vilayətinin mərkəzi
Urmiya şəhərində
16-cı Beynəlxalq Rəzəvi
Şeir Festivalı keçirilib. Türkdilli şairlərin
qatıldığı festivala
1000-ə yaxın əsər
təqdim olunub. Təqdim edilən əsərlərdən üçü
Azərbaycan şairlərinin
əsərləridir: Vüqar
Əhməd, Hacı Soltan və Seyid Nurəddin. Ölkəmizi festivalda təmsil
edən şairlərdən
bu 3 nəfərin şeirləri münsiflər
tərəfindən qalib
müəyyən edilib.
İran İslam Respublikasının
Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə təşkil olunan festivalın qaliblərinə İranın
Azərbaycandakı səfirliyinin
Şəhriyar adına Mədəniyyət
Mərkəzində təqdimat
mərasimi keçirilib.
Qonaqlar arasında professor Şahin
Fazil, Arif Buzovnalı, Hacı Səyyaf, Elşən Xəzər və başqaları da yer alıb.
Azərbaycan şairlərinin çıxışlarından məmnunluq ifadə edən Mədəniyyət
Mərkəzinin direktoru,
hüquq elmləri doktoru Ağaye Əli Purmərcan iki ölkənin xalqları arasında dostluq əlaqələrinin
möhkəmləndirilməsi baxımından bu cür ədəbi əlaqələrin əhəmiyyətini
vurğulayıblar.
Festivalın sonunda Vüqar
Əhmədə və
digər qaliblərə
diplom və hədiyyələr təqdim
olunub. Vüqar Əhməd “Allah bizə səbr ver” şeiri ilə çıxışını
tamamlayıb. Şeir qonaqlar
tərəfindən hərarətlə
qarşılanıb. Sonda İran səfirinin
adından iştirakçılara
ziyafət verilib.
Tədbir İran televiziyaları
tərəfindən lentə
alınıb.
Ədəbiyyat qəzeti.-
2021.- 26 iyun. S. 32.