Müharibə gündəliyi
Uşaqlardan uşaqlara
Xocalı
Xocalıdayıq. Daha doğrusu,
kəndlərində. Ordumuzun işğaldan azad etdiyi o müqəddəs
torpaqlarda...
Xocalı - adı belə adamı vahiməyə salır. Uşaqlıqdan izlədiyimiz videolar,
yazılar, şahid ifadələri Xocalını
düşüncəmdə cəhənnəm bir məkan kimi formalaşdırıb.
Amma ayağımı
o torpağa qoyandan əvvəlki düşüncələrim
1800 dəyişir. Yeni bir Xocalı yaradıram özümə. Bir yanından çaylar, bulaqlar, meşələr,
dağ, cığır
- bura əməlli cənnət imiş ki... Heç bir rayonumuzun
haqqını yemək
istəməzdim, amma indiyə kimi gördüyüm ən gözəl yer buradır.
Bu cür cənnət
torpaqda uşaq qətliamı niyə yaşansın, axı?! Cənnət
torpağı uşaq
qanıyla gübrələmək
hansı düşüncənin
məhsulu ola
bilər? Vandalizm!
...Evlərə giririk. Bu evə isə
tək girmişəm.
Bilmirəm, hansı düşüncə
məni bu evə salıb. Bəlkə də, içimdə yatan vəhşi ruh oyanıb, qənimət istəyi məni o evə salıb. İnsanam da... Amma şair ruhum
o vəhşinin nəfsinə
yenilərək ardıyca
addımlayır.
Otaqlardan birinə girirəm. Ortalığa dağılmış uşaq
geyimləri və beşik. Uşaq otağı imiş.
Stolda fotoalbom var. Vərəqləyirəm
fotoları.
Bir anlıq
ruhumdakı vəhşi
yoxa çıxır. Hara gedib, bilmirəm. İndi Emin Piri ilə birgəyəm
bu otaqda və qarşımda albomdan mənə boylanan uşaq...
10-12 yaşı olar
uşağın. Şəkillər ancaq ona məxsusdur. Doğulandan bu
yaşa kimi olan şəkillər.
Bəlkə də, bu evdə ondan
qabaq azərbaycanlı
uşaq yaşamışdı
-yaşı bizdən
böyük, bizdən
əvvəl doğulan,
amma heç zaman böyüməyən
bir uşaq...
Təkəm, uşaq çarpayısında
oturub albomu vərəqlədikcə bəlkə
də hönkürürəm,
bu, elə də yadımda deyil.
Kvazimodo kimi qışqırmaq istəyirəm evdə, bu uşaq otağında. Mən vəhşi deyiləm, insanam, hisslərim, duyğularım var...
Özümdən asılı olmadan qəribə duyğular yaşayıram. Qənimət, başqa heç
nə gözümdə
deyil, düşünmürəm.
Anidən fikrim dəyişir.
Xocalıda yaşayan uşaq
albomlarını yığmaq.
Bacardıqca daha çoxunu.
Albomdakı şəkilləri götürürəm. Sonra digər
evlərə girib uşaq olmuş evlərdə uşaq şəkillərini çantaya
yığıram.
Xocalı
- uşaq qətliamının
yaşadığı yerdə
erməni uşaqlarının
şəkillərini yığmaq...
Necə
də ağrılıdır...
Uşaqlıq xatirəsinin nə olduğunu yaxşı bilirəm. Bizimkilər yaşamasa da,
o qaçaqaçda uşaqlıq
xatirələrini salıb
itirsələr də.
Bəlkə də bəziləri
xatirələrlə birgə
torpağa qarışıb
torpaq olsalar da. Azərbaycanın
torpaq uşaqları...
Bir gün sülh dövründə o şəkilləri
sahiblərinə qaytarmaq
ümidilə... Bəlkə
də bir gün bizə, mənə bənzəyən
kimsə olar o uşaqlar arasından... Bu
jestlərdən sonra...
Bəlkə də dəyişərlər
o böyüyən uşaqlar.
...Ətrafa minaatan
mərmisi düşür. Amma digər evə də girirəm... Sonra digərinə...
Bütün çətinliklərə baxmayaraq
o albomların bəzisini
müharibə bitənə
kimi salamat saxlaya bildim. Bilmirəm, özümdən
çox o uşaqların
xatirəsini qoruyurdum.
Tərxis olduqdan sonra o şəkilləri özümlə
birgə gətirmişəm.
İndi
düşünürəm: şəkillərini yığdığım
o uşaqlar sağ-salamat
qaça bildilərmi?
Emin
PİRİ
Ədəbiyyat qəzeti.- 2021.- 6 mart.- S.5.