Əlimdə çəliyə qədər danışdım,
Mən daha
nə deyim bu payız haqda?!
Şeirim
Yapışıb
yaxamdan şeirin əlləri,
Sınayın, yaxamdan dərin əlləri.
Göyün yaxasıdı, yerin
əlləri
Bu taleyim şeirim,
bu baxtım şeirim.
Xəbis sevinməsin,
qalmaqalım var,
Addan-sandan uca bir cəlalım
var.
Nə yaxşı, yaxamda söz medalım var,
Nə yaxşı,
yaxamı buraxmır
şeirim.
2020
***
Bir dəstə
gül bağladım
Ayrılığın adından.
Qoydum yolunun üstə...
Çıxmasın ha...
yadından.
Gedəndə
götür apar,
Haçansa dada çatar.
Ümidlər - vaxta çapar,
Xəbər göndər çatanda.
Öz-özünü ol qanan,
Qıyma yuxun aldana.
Qoy başının altına
Qolum kimi...
Yatanda.
2020
Məni
O nurlu gözlərdən əsər qalmayıb,
O məhrəm sözlərdən
əsər qalmayıb.
Aldanma...
Bizlərdən əsər qalmayıb,
Anlaya bilməzsən
danışsam, məni.
Nə o sən
qalmısan, nə o mən daha,
Üzülüb də gedib əl
əldən daha.
İl-ilə qalaan "hasardan"
daha
Boylanma, görməzsən
yanaşsam, məni.
Yeri, get,
işində-gücündə girlən,
Ömür bir karvandı, köçündə girlən.
Çəlikli, əsalı biçimdə
girlən,
Soruşma bir dostdan, tanışdan
məni.
Yoxdu, yoxa
çıxıb, o səs, o həvəs,
Gördüyün nə vardı,
nə yoxdu, - əbəs!
Ötüb-keçənlərə tapılmaz
əvəz,
Ovutma yalandan,
yanlışdan məni.
Qaytara
bilsəydim bir qara günün,
O ümid məbədi, həvari günün,
Olardım zikrinin zəvvarı
günün,
Edərdi talelə barışan məni.
2020
Unut
Unudaram səni
ildə bir misqal,
İldə bircə qram köçərəm səndən.
Köçərəm özümdən
sənin xətrinə,
Öz xətrimə
tamam keçərəm
səndən.
Nağıla
bənzərdi o sənli günlər,
O mənli anlardan qaça bilmirdin.
Məni
unutduran o qəmli
günlər
Sənə qovuşacaq haçan, bilmirdin.
Zaman
unutdurur, vaxt uda bilsən,
Mən səni
unudum, sən məni
unut.
Vaxtın
da əcəli var, axı... Ölsəm,
Vaxtın da öldüyü dünəni unut.
2019
Gəl qayıdaq
Gəl,
qayıdaq o əvvəlki
ağlımıza!
Gah danışaq, gah su alaq
ağzımıza!
Bir az elə
nağıllardan
enib gələk,
Bir az elə
Simurq quşu
minib gələk.
Gördüyümüz dəhşətləri
ta anmayaq,
Gözümüzə dürtsələr
də,
inanmayaq.
İnanmayaq o soyana,
soyulana,
inanmayaq haqq üstündə
döyülənə...
Yaylaqları, məhbəsləri
ta unudaq,
Ta unudaq qadağanı,
qanunu da.
Kef-damağa həvəsləri
ta unudaq.
Ta unudaq məslək, inam
anını da.
Yox olası nəsnələrə
duz çevirək,
Yaxınlara, doğmalara
üz çevirək.
Gəl,
qayıdaq o əvvəlki
ağlımıza!
2020
Get
Nə
durmusan, bu bahardı, bu yazdı,
Baxma, çöldə
duman, bulud, ayazdı.
Görürsən ki, dərinliklər
dayazdı,
SMS yaz, götür möhlət özün get,
"Evdəqal"ın söz-sovundan
üzül get.
Belə
getsən, hər gediş bir dərd olur,
Gedişinə gəlişin də şərt olur.
Üç saatlıq yol ölçüsü sərt olur,
Qalsın
elə SMS-də gözün, get,
"Evdəqal"ın söz-sovundan
üzül get.
Əlcək,
spirt, maska, filan silahlan,
Bu bir riskdir, riskli
yola silahlan, -
Göz-qulaq ol sağa-sola, silahlan,
İkicə metr məsafədən
düzül get,
"Evdəqal"ın söz-sovundan
üzül get.
2020
Var
Yaxın
bildiyim rəfiqələrimə
Dərdimi
açdığım anam-bacımsan,
Röyam, həqiqətim; işıq
ucumsan.
Bir gün qəm hıcqırıb, kədər uçunsam,
Sənintək özünə qaytaranın
var.
Mən
tufan adladım bahar ömrümdə,
Mən axşam
yaşadım səhər
ömrümdə.
Səksən il kənd çəkdim
şəhər ömrümdə,
Bəxtimdə il yatıb, ay duranım var.
Nə qəm
hücrəsinin zəvvarı oldum,
Nə sevinc kamına süvari oldum.
Sərsəm bir taleyin ovsarı oldum,
Dizimdə qisməttək vay vuranım var.
Elə
acısıyla bəsləyir məni,
Biganə-biganə əsnəyir məni.
Bir nida qeybdən səsləyir məni:
"Haqqın qulağına
hayqıranın var".
2020
***
Üçdən,
dörddən qaçan yuxum,
Harda gəzim,
tapım səni?
Üzünə bağlı qalmaqdan
Qaçaq salıb qapım səni.
İki dəfə
iki olmusan,
Nə böyük itki olmusan!
Beynimin yükü olmusan, -
İndi necə yatım səni?!
Yuxuydun, hərdən
qaçırdın, -
Gah dərd-sərdən qaçırdın,
Gah bəd xəbərdən qaçırdın...
Hürkütmüşdü adım səni?
Nəfəs
ilə, hava ilə
Gəl, gözümdə
yuva elə.
Axı hansı dua ilə,
Hansı həblə dadım səni?!
2019
Nəsimi ilə
Ovcumu
qoydum şəklinə,
Mən doldum Nəsimi ilə.
Məslək, inad, inam oldum,
Mərd oldum Nəsimi ilə.
Razısan? Soruşdu məndən,
Üşütmətək keçdi məndən.
Bir ruh imiş, uçdu məndən,
Dərd oldum Nəsimi ilə.
İşdim,
gücdüm, əməl idim,
Özül idim, təməl idim.
Üçqat ağıl-kamal idim,
Dörd oldum Nəsimi ilə.
Dörd
ünsürə söz vermədim,
İşıq verdim, göz vermədim.
Kəmfürsətə üz vermədim,
Sərt oldum Nəsimi ilə.
Şeirin
dadın-duzun gördüm,
Heca-heca dözüm gördüm.
Onda Tanrı üzü gördüm,
Hərf oldum Nəsimi ilə.
2019
***
Mən səni
heç bu qədər
Yaxında duymamışdım.
Əllərini borclutək
Yaxamda duymamışdım.
Baş hərftək
söz önündəydin,
Ləpir iz önündəydin.
Hər an göz önündəydin,
Baxanda duymamışdım.
Oxa gərgin
yay idin,
Səsi sözdən ayırdın.
Bulaqdın, qaynayırdın,
Axanda duymamışdım.
2020
Bu payız
Danışa
bildiyim qədər danışdım,
Sümükdən iliyə qədər danışdım.
Əlimdə çəliyə qədər
danışdım,
Mən daha nə deyim bu payız
haqda?!
Dediyim
onundan beşidir deyə,
Dedim öz sözümü, eşidin deyə.
Tayım,
tuşum deyə, yaşıdım deyə,
Sarı libas geyim bu
payız haqda.
Əlimdən
tutarsa, küləyi olum,
Sərvəti, məhsulu, çörəyi
olum,
İlahi,
hər saat gərəyi olum, -
Yazım, ömrüm-günüm bu
payız haqda.
2017
***
Bir azca diqqət kəsilim,
Bir az başa
salım səni.
Çək-çeviri yaxa cıran
Dilə-dişə salım səni.
Sorğu-sual
baş aparsın,
Gözlərini yaş aparsın.
Qismətini quş aparsın,
Durum işə salım
səni.
Özümdən
əl üzüb qalım,
Bir az qəmə
sızıb qalım,
Zülmətində azıb qalım,
Qalın meşə salım səni.
2020
***
Belə
gözəlliklərin
Nə dadı, nə tamı var.
Bu yarış bazarında
Hamı yoxdu, hamı var.
Yenə
zümzüməsilə
Nəğmə deyir samovar.
Yenə
süfrə başında
Hamı yoxdu, hamı var.
İşdə, gücdə, əməldə...
Xanım deyil xanımlar.
Xanımlıq cərgəsində
Hamı yoxdu, hamı var.
2020
***
Söz-söz
yanıb gedirik -
Bişməmək olmur daha.
Sözə yem olanları -
Kişləmək olmur daha.
Sərhəd deyil, sədd deyil, -
Keçiləsi hədd deyil.
Sözdü, şovdu... Qənd deyil,
Dişləmək olmur daha.
İtib
gedər, yazmasan,
Xeyrə, şərə yozmasan.
Yazdığını pozmasan,
İşləmək olmur daha.
2020
***
Payız
daha
bu tərəflərə
üzükməz, -
Yazın
saçlarını
yolmağa həvəsli
canı
haradasa
karantinə düşüb.
Baxıb
dünyanın ovqatına,
saralmış yarpaqlar
da
saplağından
asıla qalıb,
-
gözü payızın
yolunda.
Payız
nəfəsini içinə
çəkib
uğurlu bir
yağış gözləyir
buludların gözündən.
Buludlar
Qarabağ səmasının
gözündə azadlığın
nəşəsindən
məst olub.
2020
Karantində
Bacı
canı, gözəllikdə təkcəsən,
Bir çiçəkli, bir ətirli bağçasan,
Sazlı-sözlü...
açılmamış boğçasan,
Bacı canı, sənsiz yaman gündəyəm.
Yerişimiz
bağça-bağça üzülüb,
Yollarımız-boynubükük, üzülü.
Ömür-gün ki, karantində
çözülür,
Alışanmır ayaqdakı kündəyə.
Nə gündəyik, nə haldayıq, bilən yox,
Gözümüzü həsrət yuyur, silən yox.
Deyirlər ki, koronadan ölən yox,
Bəs ölənlər
nədən ölür? Kim deyər?
Biri deyir,
şəkər imiş, qənd imiş...
Biri deyir, virus-mirus fənd imiş...
Vallah, Billah, bu fənd-fel,
sən demiş,
Hansı başda qoz sındırsa, inciyər.
2020
***
Ey
bülbüli-qüds, nə girifdari-qəfəssən,
Sındır qəfəsi, tazə gülüstan tələb eylə.
İ.Nəsimi
Hər
şey keçib gedəcək,
Biz də o "hər
şey" kimi.
Zamanın dodağında
Susacağıq ney kimi.
Hər
şey əbəsmiş, əbəs,
Hamımız - quru nəfəs,
Qırılacaq bu qəfəs,
Uçacağıq göy kimi.
1997
***
Baxıram
ayaqlara,
Hərədə bir can gedir.
Birində şir pəncəsi,
Birində ceyran gedir.
Dəyişmir
ab-havası,
Bir qocaman həvəsin.
Elə qaranəfəsdi,
Düz yolu da yan gedir.
2020
Firuzə MƏMMƏDLİ
Ədəbiyyat qəzeti.- 2021.- 6 mart.- S.12-13.