Ədəbiyyatda qadın hərəkatı

 

Bilirəm, bir az təmtəraqlı səslənəcək, amma dünyada gedən ictimai-siyasi proseslərə göz gəzdirsək, bu qənaətə gələ bilərik ki, Azərbaycan ədəbiyyatında da (daha çox poeziyada) müşahidə olunan, özünü qabarıq göstərən bir mənzərədir. Düzünü deyim ki, ədəbiyyat yayını, görsəl internet saytlarınadək onsuz da bununla o qədər bağlı deyil. Əsas odur ki, var olanı görmək. Bunun ədəbi məsuliyyətilə deyərəm ki, mənim "Facebook" dostluğumdakı (bunu cinsəl ayrıcalığa bölmək istəmirəm) qadın yazarlar potensialı ortaya qoyduqları ədəbi məhsullar çox-çox irəlidədir. Sadəcə, kor gözlər, özreklamçılar görmədən gəlir. Onların adlarını sıralamaqda çətinlik çəkirəm. Nədəni - onların poeziyasında elə nümunələr var ki, müasir ədəbiyyatımızı çiyinlərində daşıyar deyə bilərəm. Sizə təqdim olunan bu şeirlər bəhs etdiyim nümunələrdən biridir. Aida Adıgözəl imzası Azərbaycan ədəbiyyatının poeziya mənzərəsində az görünsə , araşdırılmağa, təhlil olunmağa layiqdir.

Aida xanımı mən sözü ilə tanıdım. Onun şeirləri min illik qaynaqlardan bəhrələnir. Hər bir sözü, sanki ədəbiyyatımızın klassiklərinin "məktəb"indən süzülüb gəlib. O, ədəbiyyatımızın daşıyıcısı olmaqla bərabər akademik biliyə sahib olan əsl şairədir.

Məncə, bu şeirlərlə oxucularımız təkcə Aida Adıgözəli yox, bütövlükdə poeziyada qadın hərəkatının nəyə qadir olduğunu görəcəklər.

 

Kəramət

 

Ədəbiyyat qəzeti.- 2021.- 6 mart.- S.24.