Günahkardı unudulan, unutduran hər nə var,
Bütün gözəl
indilərə xəyanətdi
sonralar.
Durum, bir intihar
məktubu yazım
Özümü qoymağa yer tapammıram,
Qara xanalarmı, ağ
xanalarmı?!
Görəsən, birinci kim "şah" deyəcək,
Toplarmı, fillərmi, piyadalarmı?!
Vurğu
altındadı bütün
gedişlər,
Hara qaçmaq olar,
bu səddi yarıb?!
İlahi
bir-birin elə qoruyur,
Topların, fillərin, piyadaların.
Baxıram, hamsına yazığım
gəlir,
İlahi, gör neynir bu nadanların.
Topların insafsız, fillərin
namərd,
Sevgidən kasıbdı piyadaların.
Səslər eşidirəm, tükürpədici,
Bir az da qısıllam daş divarlara.
Durum, bir intihar məktubu
yazım,
Toplara, fillərə, piyadalara...
***
Ruhumdakı körpə qız,
Kiri, bəsdi
ağladın.
Heç
kim soruşmayacaq,
Nədi səni ağladan?!
Gülümsə adamlara,
Çox şadam de, çox şadam.
Sonra dön mənə sarı,
Bərbadam de, bərbadam.
Mən də aldatdım səni,
Mən də vaxtla barışdım.
Uşaqları incidən
Böyüklərə qarışdım...
***
Həyatımda kim var, düşsün,
Sonuncu dayanacaqdı.
O arxayın mürgüləyən
adamı da oyadın,
Deyin, çatdıq.
Bilirəm, kiçik çillədi,
Hərdən-birdən qar atır,
Yavaş-yavaş axşam düşür,
Vaxtın
səbri daralır,
Bir yandan da xəzri
əsir,
Dəli edir havanı.
İndi
quş da tərk eləməz
İsitdiyi yuvanı.
Deyin, məni bağışlasın,
Oyadın o adamı.
Burdan o yana getmirəm,
Düşün gedin, bir zəhmət,
Üzümə bir "əclaf"
deyin,
Küsün, gedin, bir zəhmət,
Gedin üzü xoşbəxtliyə,
Gecdi...
Mən də qayıdım.
Amma nolar, sərxoş-sərxoş
yuxulayan
o adamı yavaş-yavaş oyadın...
***
Günahkardı sağlığına içdiyimiz adamlar,
Bütün şərab çeşidləri,
bütün məzə
növləri.
Cavablarından xəbərsiz o bicbala
suallar,
Səbəbləri bilinməyən o ruh düşkünlükləri.
Elə hamı səbəbkardı,
ən yaxşıları
ən çox...
Günahkardı bu dünyanın
bütün çıxış
yolları,
Ən böyük supermarketlər
və ən tünd şokoladlar.
Şair
sayıqlamaları, filosof
yalanları,
Tolstoylar, Şekspirlər, Platonlar və Kantlar.
Elə hamı səbəbkardı,
ən yaxşıları
ən çox...
Günahkardı unudulan, unutduran
hər nə var,
Bütün gözəl indilərə
xəyanətdi sonralar.
Təsadüflər günahkardı,
zərurətlə örtülü,
Sevənlər də günahkardı,
sevgilərin qatili,
Elə hamı səbəbkardı,
ən yaxşıları
ən çox...
Səbəbkardı bu çirkabın içindəki
o saflar,
Varlıqları bu həyatın
puçluğuna ithaflar,
Və intihar səhnəsində
bir cümləlik monoloq,
Elə hamı
səbəbkardı, ən
yaxşıları ən
çox.
Səhər ƏHMƏD
Ədəbiyyat qəzeti.- 2021.- 6 mart.- S.29.