Yeni Azərbaycan Partiyasının
VII qurultayı keçirilib
Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı
keçirilib.
Azərbaycan Respublikasının Prezidenti,
Yeni Azərbaycan Partiyasının Sədri
cənab İlham Əliyev və Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyasının Sədrinin
müavini Mehriban xanım Əliyeva Qurultayın işində iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti,
Yeni Azərbaycan Partiyasının Sədri
cənab İlham Əliyev qurultayda videoformatda geniş məruzə ilə çıxış edib.
Sonra Yeni Azərbaycan Partiyasının
ötən dövr ərzində gördüyü
işlər, qazanılmış
uğurlar və qarşıda duran vəzifələrlə bağlı
qurultay nümayəndələrinin
çıxışları dinlənilib.
Qurultayda yekun olaraq təşkilati
məsələlər müzakirə
edilib. Qəbul edilmiş qərara əsasən, Yeni Azərbaycan Partiyasının
40 nəfər tərkibdə
İdarə Heyəti,
13 nəfərdən ibarət
Təftiş Komissiyası
və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik
tərkibi təsdiq edilmişdir. Bu sırada
ədəbiyyatşünas-tənqidçi
Elnarə Akimova və şair Musa Urud İdarə Heyətinə, yazıçı
Hüseynbala Mirələmov
Veteranlar Şurasına
üzv seçilmişlər.
Qurultayda
həmçinin, Azərbaycan
Xalq Demokratik Partiyasının, Azərbaycan
Kəndli Partiyasının,
Milli Qurtuluş Partiyasının, Azərbaycan
Yurddaş Partiyasının,
Azərbaycan Milli Hərəkat Partiyasının
və Azərbaycan Demoktatik Sahibkarlıq Partiyasının Yeni Azərbaycan Partiyasına birləşmək haqqında
müraciətləri qəbul
edilib.
Azərbaycan Respublikasının Prezidenti,
Yeni Azərbaycan Partiyasının Sədri
cənab İlham Əliyev qurultayda videoformatda yekun nitqi ilə çıxış edib.
Ədəbiyyat qəzeti.- 2021.-
6 mart.- S.2.