Ankarada dahi Nizami
Gəncəvi
yaradıcılığına həsr olunan mərasim keçirilib
Azərbaycan Respublikasının mədəniyyət
naziri Anar Kərimovun rəhbərlik
etdiyi nümayəndə
heyətinin iştirakı
ilə Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının
(TÜRKSOY) mənzil qərargahında
dünya şöhrətli
dahi şairimiz Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş rəsm, kitab sərgiləri və musiqili bədii proqram keçirilib.
AZƏRTAC
xəbər verir ki, TÜRKSOY, Azərbaycanın
Türkiyədəki səfirliyi,
Azərbaycan Mədəniyyət
Nazirliyi və Milli Kitabxana, ölkəmizin Türkiyədəki
səfirliyi və Türkiyənin Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
təşkil olunan proqramda rəsmi şəxslər, elm və
mədəniyyət xadimləri,
diplomatlar, QHT rəhbərləri
iştirak ediblər.
Əvvəlcə dünya şöhrətli
Nizami Gəncəvinin
zəngin, mənalı
həyat və fəaliyyəti ilə bağlı geniş məlumat verilib.
Açılış mərasimində TÜRKSOY-un Baş
katibi Düsen Kaseinov, mədəniyyət
naziri Anar Kərimov və səfir Xəzər İbrahimin çıxışları
dinlənilib.
Nizami Gəncəvinin
yaradıcılığını bütün dünya üçün tükənməz
ədəbi xəzinə
kimi dəyərləndirən
TÜRKSOY-un Baş katibi
Düsen Kaseinov vurğulayıb ki, əsrlər ötdükcə
dahi şairin yaradıcılıq nümunələri
daha geniş yayılır və sevilə-sevilə oxunur. Prezident
İlham Əliyevin
2021-ci ili Azərbaycanda “Nizami Gəncəvi İli” elan etməsi dahi şairin yaradıcılığını müasir dövrün tələblərinə uyğun
şəkildə tanıtmaq
üçün yeni-yeni
imkanlar yaradır.
Nizami Gəncəvi
yaradıcılığını nəsillərə nümunə
kimi dəyərləndirən
səfir Xəzər İbrahim bildirib ki, bundan əvvəl
olduğu kimi, bu gün də,
gələcəkdə də
bir yerdə öz mənəvi xəzinəmizi tanıdacaq
və qurur duyacağıq.
Prezident
İlham Əliyevin
2021-ci ilin Azərbaycan
Respublikasında “Nizami
Gəncəvi İli”
elan edilməsi haqqında Sərəncamı
xatırladan mədəniyyət
naziri Anar Kərimov vurğulayıb
ki, istər Türkiyə Mədəniyyət
və Turizm Nazirliyi, istərsə də TÜRKSOY hər zaman Azərbaycanın görkəmli simalarına,
eləcə də Nizami Gəncəvi şəxsiyyətinə diqqət
göstərib: “Dahi Nizami şəxsiyyəti,
onun nadir yaradıcılıq
üslubu haqqında çox danışmaq mümkündür, əsas
məsələ odur ki, böyük şairimiz bütün əsərlərində ədaləti,
birgə yaşamaq mədəniyyətini, insan
haqlarını yüksək
dəyərləndirib. Ona görə
də, bütün dünya tərəfindən
sevilə-sevilə oxunan
Nizami Gəncəvi yaradıcılığı əbədilik
qazanıb”.
İştirakçılar TÜRKSOY-da sərgilənən nadir kitablar
və rəsm sərgisi ilə tanış olublar. Azərbaycan Milli Kitabxanasının
direktoru Kərim Tahirov sərgilənən
nadir əsərlər barədə
iştirakçılara məlumat
verərək onları
kitabxananın incisi kimi dəyərləndirib.
Bədii hissədə dahi Nizaminin şeirlərinə
bəstələnmiş mahnılar
ifa edilib.
Ədəbiyyat qəzeti.- 2021.-
6 mart.- S.2.