Azərbaycan Yazıçılar Birliyindən

 

Türkiyənin Bitlis bölgəsində qəzaya uğrayan hərbi helikopter nəticəsində biri general olmaqla, 11 hərbçinin şəhid olması xəbəri Türkiyə xalqıyla yanaşı Azərbaycan xalqını da dərindən sarsıtmışdır. Sevincini sevincimiz, kədərini kədərimiz bildiyimiz qardaş Türkiyə xalqına, şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı verir, şəhid qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik.

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2021.- 6 mart.- S.2.