Şarl BODLER
(1821-1867)
İnsan və dəniz
Əzizlərsən dənizi, həmişə, gözəl
insan,
Dəniz
- səninçün güzgü!
Baxırsan
öz qəlbinə,
Çəkilən dalğasının sonsuz
ənginliyinə...
Qəlbin,
hissin, ümidin heçə dönür
bircə an...
***
Öz şəklinin qoynunda üzmək xoşuna gəlir
Ürəyini, əlini, gözlərini
qucursan,
Bəzən gileylənirsən şəxsi
həyəcanından, -
Azğın, vəhşi gileyin
səsi qəlbini dəlir...
***
Həyatda təvazökar, sehrli
hər ikiniz
İnsan,
sənin qəlbini heç nə ölçə bilməyib,
-
Dəniz,
sənin sərvətin
haqq-hesaba gəlməyib,
-
Sirrinizi
açmaqda ah, necə
xəsissiniz!
***
Saya-hesaba
gəlməz ötən
illər, zamanlar,
Döyün bir-birinizi, vicdan
əzabınız yox;
Siz ölümü, qırğını
necə sevirsiniz çox,
Ey amansız qardaşlar, əbədi pəhləvanlar!
1857. Les Fleurs du Mal.
"Şər çiçəkləri"
Şarl BODLER
Mərhum alimimiz Şamil
Zamanın tərcüməsində
Ədəbiyyat qəzeti.- 2021.-
13 mart.- S.31.