Ali Baş Komandana

 

Bütün ucalıqlara ucadan keçib gedək,

O can azdı, bu can az, min candan keçib gedək!

Bütün qələbələrə Şuşadan  keçib gedək,

Hər sözünə deyirik: "Bəli!" Baş Komandanım!

Hər əmrinə hazırıq Ali Baş Komandanım!

 

Ən böyük qələbələr sənin qəlbinə bağlı,

Sənin davana bağlı, sənin hərbinə bağlı.

Əmr  varmı olmasın sənin əmrinə bağlı,

Sərkərdəlik elmindən hali Baş Komandanım!

Hər əmrinə hazırıq Ali Baş Komandanım!

 

Bir silaha çevrilir yumruğunu düyəndə,

Azərbaycan sevinir sən Qarabağ deyəndə.

Azərbaycan öyünür sən Qarabağ deyəndə,

Çiynində daim Haqqın əli, Baş Komandanım,

Hər əmrinə hazırıq Ali Baş Komandanım!

 

Gözünü əminliklə gözümüzə zillədin,

Gör gözəl yaratdın birliyini millətin.

İrəliyə aparıb xalqı, irəlilədin,

Səngər-səngər eylədin yolu, Baş Komandanım,

Hər əmrinə hazırıq Ali Baş Komandanım!

 

Sinəmiz bir sipərdir, Yurdumuzun  sipəri,

Hər birimiz əsgərik, Ordumuzun əsgəri!

Sən oğlu deyilsənmiş təkcə ulu öndərin,

Ey bu xalqın, millətin oğlu - Baş Komandanım,

Hər əmrinə hazırıq Ali Baş Komandanım!

 

Barat VÜSAL

 

Ədəbiyyat qəzeti.- 2021.- 13 mart.- S.18.