Sağlam toxum səpicisi
Seyran Səxavət - 75
...Özünə çox əziz olan bir ideyanı müdafiə etdiyi anda O, başını azca çiyninə yığar, gözləri
də irreal dərəcədə işıldayar.
Mən isə elə bu anda
özümü onun hər yana
külli miqdarda alovlu ox səpələməsinə
hazırlayıram. Özü də
hər dəfə tam
arxayın oluram ki, bu vahiməli
oxlar heç kəsə bir ziyan gətirməyəcək.
Bəlkə də heç
toxunmayacaq da. Çünki bu adamın
təbiətində zərrə
qədər aqressivlik
yoxdur. Aqressivlik onun üçün bilirsiniz, ...sanki xəttindən artıq sadə, primitiv bir komponentdir.
Axı hərənin özünəməxsus
ahəngdarlıq sistemi
var.
...Yox, yola gələn
deyil, tərsin biridi! Çünki Şairdir! Anadangəlmə!
Mahiyyətinə görə. Ehtirasına, Ruhunun gücünə görə!
Bir də əlində qələm tutan geri çəkilərsə,
getdiyi Yol bu xəyanəti ona bağışlamaz: İçində İlham
deyilən dəyəri
də bilinməyən
bir varlıq saxlanılan sehrli şüşəcik boşalıb
qupquru quruyar.
Bundan sonra da nə?.. Çarəsizlik...
"Nə zamansa istedadlı kimi qələmə verilmiş"
statusu...
Prinsipcə, tutalım fərz
etsək ki, O, ədəbi fəaliyyətə
o qədər də dərindən qapılmış
deyil... Bəli, təbii ki, onun başqa maraqları da var: Ev-eşik, ailə, meyvə bağı, muğamat, dostlarla oturub-durmaq və sairə. Amma iş orasındadır
ki, O, hər şeyi - ətrafında nə varsa (hətta o "sairələri"də)
"ədəbiyyatlaşdırır"!
Məsələn, Onun televiziyada çıxışları: başdan-ayağa
metaforizm, qeyri-adi söz birləşmələri,
özü icad etdiyi neologizmlər sel kimi gəlir.
Bir sözlə, elitar ədəbi "şou".
Və yaxud masa arxasında:
Ay ağrını alım!
Hamı qədəhləri
havada, gözünü
sənə dikib gözləyir ki, cansağlığına aid olan
bir neçə kəlmə deyəsən,
ailədə xoşbəxtlik
diləyəsən, vəzifədə
də artmaq... Sən də - haradan hara - Adəm ilə Həvvanın yataq otağının beş addımlığında
doğulduğun baradə
məlumat verirsən!
(O, Azıx mağarası
haqqında belə demişdi)...
...Hə, bəzən də düşünürəm
ki, O, ədəbiyyata
heç gəlməsəydi,
görəsən, hansı
məsləyin, peşənin,
sənətin adamı
ola bilərdi?
Birinci növbədə
elə gələcəkdən
xəbər verənlik
ağlıma gəlir. (Bu məsələdə
az-çox uğurlu təcrübələri var)...
Şaman da ola bilərdi,
ya da münəccim...
Bəlkə də reanimatoloq... Bir də minaaxtaran.
Çünki onun xüsusi
duyma qabiliyyəti var - bir baxışıyla
təhlükənin hansı
tərəfdə olduğunu
deyə bilir.
Ümumiyyətlə, hər kəs üçün Mistika nədirsə özləri
bilər, amma Onun şüurunda bu, sadəcə, maddiliyin az-çox qəlizləşdirilmiş bir
formasıdı. Özünüz
deyin: Rəhmətlik Yusif Səmədoğlugilə
vəfatından sonra qonaq gedib, özü
ilə saatlarla oturub dilxoşluq etmək nədir? Kimin buna hünəri çata bilər? İnanmaq çətindir isə Onun "Kenquru" hekayəsini oxuyun.
...Amma sən Allah, "Bir cür" başa düşməyin...
Sizi inandırım ki, Onun bütün
klassik, modern, antik, yeni, marksist, metafizik, qərbi, şərqi fəlsəfi
cərəyanlardan xəbəri
var. Varlığın faniliyi,
bu Dünya, o Dünya, ölümün
labüdlüyü, "Memento mori" - O, bunların hamısını əzbər
bilir. Sadəcə, vecinə almır.
...Amma bəlkə də inanmır: nə "Memento"ya, nə də "Mori"ya... Həm də indiki o qaşqabaqlı "Neodekadentlər"
var e, yaman yayılıb Dünyada
(Allah onları bizlərdən
uzaq etsin): onların artması da elə sürətlə
gedir ki, ən qabaqcıl broyler fabrikləri həsrətlə baxır.
O, ömür boyu belə mızmızalardan
uzaq durub. Çünki O, Pozitivist, Qalxan Günəş Vurğunu və Sağlam Toxum Səpicisidi. Onu gülərüzlə qarşılayan, xətrini
istəyən, ömrünün
uzun olmasını diləyən, kitablarını
bağrına basan insanların sayı o qədərdir ki, Onun daxilində Məhəbbət Enerjisinin
ehtiyatları xətsiz
dərəcəyə çatıb.
(Məhəbbət Enerjisi Həyat Enerjisinin ən güclü növüdür).
...Yox, yox! Sən
Allah, mənə Frans
Kafka, İeronim Bosx, Fridrix Nitsşe, Kventin Tarantino və Mişel Nostradamus haqqında
olan fikirlərinizi söyləməyin, sınaram.
Məkanla Zaman - Pozitivdi. Ana südü İnsana
Sağlıq gətirər.
Dağların Başı qışda
qar olar. Volqa çayı Xəzər dənizinə tökülür.
Qarabağ - Azərbaycandır!
Münəccim qərarı:
Xanlarov Seyran Əsgər oğlu (Seyran Səxavət)
Doğulduğu tarix: 1946-cı il, 23 mart, saat
13.00-14.00
1. Tədqiq olunan şəxs haqqında astroloji karta əsasən onu əminliklə xoşbəxt
və uğurlu insanlar kateqoriyasına aid etmək olar. Taleyin ağır zərbələrinə tab gətirməyinin
ruhunun keçmiş həyatlarda topladığı
təcrübə, bilik
və bitkinlik hesabına mümkün olduğunu qeyd etmək yerinə düşər.
2. Həmin şəxsin maraqları ilk növbədə,
Proseslər istiqamətinə
yönəlmişdir.
Maddi aləm
istiqamətində maraqların
mövcudluğu aşkar
olunmayıb.
Səbəb: Torpaq ünsürü
sıfır səviyyəsindədir.
3. Hava ünsürünün
mövcudluğu (3) göstəricisi
səviyyəsindədir. Bu həmin şəxsin natiq kimi istedadlı,
təsir gücü olan, mehriban və ünsiyyətli olduğunu təsdiqləyir.
4. Su ünsürü - (3). Həmin şəxs
insanlara qarşı məhəbbət, mərhəmət
və ürəyiaçıqlığını
göstərməyə qadir
olan insandır.
5. Od ünsürü nadir hallarda
aşkar olunan göstərici ilə təqdim olunur: (11). Bu, şübhəsiz, qüdrətli bir istedad, yaradıcılıq,
idrak və mənəviyyata olan bir meyil, maraq
və həvəsdən
xəbər verir.
Oktay MİR-QASIM
Ədəbiyyat qəzeti.- 2021.-
20 mart.- S.6.