Öz
bayramımızın tarixinə varanda
Novruz
bayramının vətəni AZƏRBAYCANDIR! Soruşan ola bilər
ki, axı Novruz bayramını İran, İraq,
Əfqanıstan, Türkiyə, Pakistan, Hindistan (Kəşmir),
Çin (Uyğurustan), Rusiya (Tatarıstan,
Başqırdıstan), Tacikistan, Özbəkistan,
Qırğızıstan, Qazaxıstan, Yunanıstan, Makedoniya
kimi ölkələrin yerləşdiyi böyük
coğrafiyada qeyd olunur, niyə məhz Azərbaycan? Misirdə, Şumerdə,
Babildə yaz günlərinin əziz tutulması məlumdur, bəs
bayramın əsl vətəni haradır?
Bu suala
cavab vermək üçün tarıxi əsərlərə
müraciət edək... Novruznamə risalələrindən
öyrənirik ki, bu mübarək günün adı günəşin
Həməl (Qoç) bürcünə daxil olma anından,
baharın ilk günündəndir. Fars
camaatının istilahatına görə, fərvərdin
ayınıın ilk günüdür. Bu günün özəlliyi iki cəhətcə
diqqəti çəkir; birincisi odur ki, Haqq - Təala aləmi, Adəmi və Günəşi,
eyni zamanda Ayı, nur və ziyanı, xoş ətirləri, ətirli
bitkiləri yaratdı. Ulduzlara əmr etdi ki, hərəkət
etsinlər, fələklərin hərəkətindən ilk
bürc Həməl yarandı. İkincisi
odur ki, adı Cəm olan Cəmşid dünyanı seyrə
çıxmışdı, yuxarı qaldırılan,
başdan-başa cəvahiratla süslənmiş qızıl
taxtı üzərində Şərqə tərəf
gedirdi. Elə ki, Azərbaycana çatdı, o gün
insanlar çox sevinib dedi ki, bu yeni bir gündür. Cəmşid
əmr etdi ki, bu günü hər il bayram
etsinlər. Azərbaycanda bu bayram ondan qabaqlarda əziz
tutulurdu. “Novruz” sözünün farsca olmasını əsas
gətirənlərə cavabımız budur ki, son min il ərzində hakim dilin məngənəsində
bütün ruhani qaynaqlarımız;
muğamlarımızın adları, tətbiqi sənətlər
terminologiyası da farslaşdı...
Novruz
bayramının sistemində möhkəm rəmzi struktur var.
Novruzdan öncə, elimizin müqəddəsi Xızır (s.ə.s.) Peyğəmbər
xatırlanır, xüsusi ənənəvi təntənə
ilə 10 fevralda bayram kimi qeyd olunur. “İlin əziz
bayramı” adlandırdığımız Novruzda səməni cücərtmək,
bəşəriyyətin babası Adəm (s.ə.s.) Peyğəmbərin
cənnətdən yerə sürgün olunmasını,
şorqoğal Günəşi – işığı, ərgənliyi,
şəkərbura Ayı – qaranlığı,
xanımlığı rəmzləşdirir. Ən
kasıb bayram süfrələrində də bu rəmzlər
həmişə olub. Bayram süfrəsinə, heç
bir məntiqə sığmayan “həft sin” – yeddi sin (“s” hərfi) ilə
başlayan nəsnələri (məsələn; sirkə,
sarımsaq, balıq, güzgü və s.) bayram süfrəsinə
düzmək adətini farslar əlavə edib.
Əbur-Reyhan Muhəmməd
ibn Əhməd əl-Biruninin (973 – 1048) “Asar əl-bağiyyə
min əl ğurun əl-xaliyyə” (“Ötən nəsillərin
canlı əsərləri”) adlı kitabında Novruz
bayramının Pişdadiyan sülaləsinin şahı Cəmşid
zamanında Azərbaycanla əlaqədar yaranması ilə
bağlı tarixi fakt təsdiqlənir. Əsərdə
göstərilir ki, sülalənin Keyumərs, Huşəng, Təhmurəsdən
sonra IV hökmdarı olan Cəmşid Azərbaycana atəşgahlarda
ibadət etmək üçün gələrkən, insanlar
onun qızıldan olan taxt-tacını Günəş hesab
edib Günəşin çıxma anında edilən
duanı ona sarı dönərək oxumuşlar. Bu, Cəmşidin
xoşuna gəlmiş, həmin günü təqvimə
aldırıb hər il bayram keçirmələrini
tapşırmışdı. Cəmşid Azərbaycanda
uzun illər qeyd edilən bayramı İran dövlətinin rəsmi
bayramına çevirdi. Orta Asiya
türkü olan Əbu Reyhan azərbaycanlı deyildi, ancaq bu
tarixi faktı əsərində mühafizə etməklə,
Novruzun xalqımızdan qaynaqlandığını gələcək
nəsillərə ötürmüşdü. (Çox təəssüf ki, əsərin
İrandakı nəşrində “Azərbaycan” əvəzinə
“Babilistan” gedib, bunu biz orfoqrafik səhv hesab edirik).
Astronomiya elminin tarixi köklərini araşdırarkən,
bir maraqlı fakt nəzərimizi cəlb etdi. Tarix üzrə fəlsəfə
doktoru Nazilə xanım Sultanovanın “Ðîññèéñêèé íàó÷íûé æóðíàë” ¹1(39)
2014 dərgisinin 71–75-ci səhifələrində “Çîäèàê è
Áàêó” adlı Azərbaycanda
ulduz elminin qədim zamanlardan mövcud olması barədə özündə maraqlı
faktları toplayan məqaləsi dərc edilib. Məqalədən
öyrənirik ki, İsveç alimi Karl Qotlib Şvarts
(1757–1824) “Le Zodiaque” (“Zodiak”) adlı traktatını Parisdə
iki dəfə: 1807–1809-cu illər arası nəşr etdirib. Şvarts özünəməxsus metodla
apardığı hesablamalarla indi tanıdığımız
Zodiak bürclərinin harada və nə vaxt tərtib
olunması faktını sübut edə bilib. Onun qənaətinə
görə, bürclər vahid kompleks kimi 40-cı Şimal en
dairəsində yerləşən Xəzər sahilində,
Bakıda müşahidəçi astronom tərəfindən
miladdan öncə “2800–1400-cü illərdə sistemə salınıb. Şvartsın bu ideyası ilə Qrinviç Kral Rəsədxanasının
astronomu Edvard Maunler (1851– 1928) də şərikdir. Şvartsa görə, bürcləri təşkil edən
“dibsizliyin” (boşluğun) ölçüsü açar
kimi qırxıncı en dairəsinə uyğun gəlir.
Dibsizliyin radiusu qırx dərəcə müəyyənləşib.
Şvarts kitabında Bakı, Babil, Qədim Yunan, Qədim
Misir, Qədim Hindistan, Şumer və Minoy sxemlərini analiz edərək
öz qənaətini sübuta yetirir. O vaxt Bakıdan bürclər
necə görünübsə, ən qədim ulduz xəritəsində
də elə də sistemlənib. Müxtəlif
baxış nöqtələrindən fincanın ağzı
tam dairə, ellips və ya düz xətt kimi də
görünə bilər. Qeydə
alınmış qədim ulduzların yerdüzümü, Yer
kürəsinin başqa yerindən yox, məhz bizim ərazidən
elə görünüb. İdris (s.ə.s.)
və İbrahim (s.ə.s.) peyğəmbərlərin Azərbaycanla
bağlılığı haqqında İmam Sadiqdən (ə.s.)
gələn bir hədisdə bəhs edilir. İmam Sadiq
(ə.s.) ulu babası
Həzrət Peyğəmbərdən (s.ə.s.)
Xızır (s.ə.s.) məqamı haqqında hədis
söyləmişdi. Mirzə Hüseyn ən-Nəvari ət-Təbərsi
əl Mutəvvəfi “Mustədrik ul-vəsail va mustənbit
ul-məsail” (Proqnoz vasitələri və icra məsələləri)
adlı kitabının 1988-ci ildə nəşr olunmuş III
cildi, 415-ci səhifəsindəki 3900/2 nömrəli izahda
Xızır (s.ə.s.), İdris (s.ə.s.) və İbrahim
(s.ə.s.) Peyğəmbərlərin Azərbaycanla
bağlılığı haqqında bir işarəni ozundə
ehtiva edən İmam Sadiqdən (ə.s.) gələn hədisdən
bəhs edilir. İmam Sadiq (ə.s.) ulu babası Məhəmməd
Peyğəmbərdən (s.ə.s.) Xızır (s.ə.s.) məqamı
haqqında hədis soyləyib:
“Kan beyt İbrahim (əleyh əs-sələmə) əlləzi
xuruc minh ilə əl-əmaliqati, va kan
beyt İdris əlləzi kan yəxit fihə, va fih səxrət
xədərra fiha surat vucuh an-nabiiyna, va fih munax ər-Rakib, yəni
əl-Xizir (əleyh əs-sələmə)”
Tərcüməsi:
“Bu, İbrahim (s.ə.s.)
Peyğəmbərin eviydi, hansı ki, ondan ulular torəndi, oradan
gedəndə İdris (s.ə.s.) Peyğəmbərə ev
oldu. Burada o, xəyyatlıq (dərzilik)
edirdi. Bu yaşıl qaya tamamən peyğəmbərlər
surətindədir. Ora Rakibin, yəni Xızırın(s.ə.s.)
istirahətgahıdır”.
Hədisdəki “ondan ulular törəndi” deyəndə,
İbrahim (s.ə.s.) Peyğəmbərin övladları:
İsmayıl Peyğəmbər – ərəblərin
babası, İshaq – yəhudilərin babası olduğu nəzərdə
tutulur. Hədisi verən müəllif zorla, heç bir dəlil
gətirmədən
həmin məntəqənin Kərbəla
olduğunu göstərir. Dünyanın bir
sıra məntəqəsində Xızır peyğəmbərin
adı ilə bağlı məkanlar mövcuddur, ancaq
heç biri surətcə insana bənzəmir. Bu hədis ona görə əsrlərlə gizli
saxlanıb, geniş yayılmayıb ki, insanlar bütpərstlik
ənənələrinə qayıtmasın.
Xızır
(s.ə.s.) Peyğəmbərin məqamı Bakı-Siyəzən
yolunun 95-ci kilometrində yerləşən, indi “Beşbarmaq”
adlandırılsa da, əslində, Bərmək olan
dağındakı Xızır-Zində (Diri Xızır)
ocağındadır.
Peyğəmbərlərin tarixindən bəhs edən
“Tarixi-ənbiya” adlı bütün kitablarda İdris (s.ə.s.)
Peyğəmbər astronomiya və astrologiya elmlərinin
yaradıcısı kimi qeyd olunur. Ötən əsrdə
Avropa alimlərinin dediyi, 40-cı Şimal en dairəsində
yerləşən Xəzər sahilində, Bərmək
dağında ulduzları müşahidə edib onun elmini
yaratmaq missiyası İdris (s.ə.s.) Peyğəmbərə
nəsib olmuşdu.
Əbu Səid Əhməd ibn Əbdülməcid əs-Sicisi
(950–1025) Zərdüşt əleyhissəlamın astronomiyaya
aid kitabını ərəb dilinə tərcümə edib. “Kitab Zərdüşt
fi suvər dərəcat əl-fələk” (“Fələk dərəcələri
haqqında Zərdüşt kitabı”) adlanan bu əsər
dünyanın bir sıra əlyazma kitabları saxlanclarında
qorunur. Zərdüştün ulduz elmini
kamil bilməyindəndir ki, Novruz sırf astronomik parametrlərə
uyğun olaraq, təbiətin dəyişməsi bayramı
kimi qeyd olunur. Onu da deyək ki, dünya astronomları bu
günü astronomik ilin başlanğıcı kimi
tanıyır, 1 yanvarı yox! Bu onu bir daha
sübut edir ki, xalqımız ən qədim zamanlardan
başlayaraq, ulduz elmindən xəbərdar olmuşdur.
Yeni ilin – Novruz
bayramının
Günəşin Qoç bürcünə daxil
olmasına görə keçirilməsi ənənəsi də
məhz alim
babalarımızın ulduz elminə
verdiyi bir töhfədir. 32 heyvan üzərində
ilin təhvilolma cədvəlini Zərdüşt (İbrahim)
Peyğəmbər tərtib edib.
1. MARAL
İLİ 1875, 1906, 1938,
1970, 2002, 2034
2. QOYUN
İLİ 1876, 1907, 1939,
1971, 2003, 2035
3. MANQUST
İLİ 1877, 1908, 1940,
1972, 2004, 2036
4. CANAVAR
İLİ 1878, 1909, 1941,
1973, 2005, 2037
5.
LEYLƏK İLİ 1879,
1910, 1942,1974, 2006, 2038
6.
HÖRMÜÇƏK İLİ 1880, 1911, 1943, 1975, 2007, 2039
7.
İLAN İLİ
1881, 1912, 1844, 1976, 2008, 2040
8. QUNDUZ
İLİ 1882, 1913, 1945,
1977, 2009, 2041
9.
TISBAĞA İLİ 1883,
1914, 1946, 1978, 2010, 2042
10.
SAĞSAĞAN İLİ 1884, 1915, 1947, 1979, 2011, 2043
11.
DƏLƏ İLİ
1885, 1916, 1958, 1980, 2012, 2044
12.
QARĞA İLİ 1886,
1917, 1949, 1981, 2013, 2045
13. XORUZ
İLİ 1887, 1918, 1950,
1982, 2014, 2046
14.
KƏL İLİ 1888,
1919, 1951, 1983, 2015, 2047
15. PORSUQ
İLİ 1889, 1920, 1952,
1984, 2016, 2048
16.
DƏVƏ İLİ
1890, 1921, 1953, 1985, 2017, 2049
17.
KİRPİ İLİ
1891, 1922, 1954, 1986, 2018, 2050
18. XALLI
MARAL İLİ 1892, 1923, 1955, 1987, 2019, 2051
19.
FİL İLİ
1893, 1924, 1956, 1988, 2020, 2052
20. AT
İLİ 1894, 1925,
1957, 1989, 1021, 2053
21. QAPLAN
İLİ 1895, 1926, 1958,
1990, 2022, 2054
22.
TOVUZQUŞU İLİ 1895,1927,1959,1991, 2023, 2055
23. QU
İLİ 1896, 1928,
1960, 1992, 2024, 2056
24.
VAŞAK İLİ 1897, 1929, 1961, 1993, 2025, 2057
25.
EŞŞƏK İLİ
1898, 1930, 1962, 1994, 2026, 2058
26.
QÜTB AYISI İLİ 1899, 1931, 1963, 1995, 2027, 2059
27.
QARĞA İLİ 1900,
1932, 1964, 1996, 2028, 2060
28.
TÜLKÜ İLİ 1901,
1933, 1965, 1997, 2029, 2061
29.
DELFİN İLİ 1902, 1934,
1966, 1998, 2030,
2062
30. QABAN
İLİ 1903, 1935, 1967, 1999,
2031, 2063
31.
BAYQUŞ İLİ 1904, 1936, 1968, 2000, 2032, 2064
32.
ŞAHİN İLİ 1905,
1937, 1969, 2001, 2033, 2065
Seyid
Əli İmad əd-Din Nəsimi Şirvani (1369– 417) buyurub:
Əgərçi
firqətin qışdır ki, “əl-bərdü ədüvv
üd-din”,
Həqqə minnət ki, vəslindən gül
açıldı, bəhar oldu.
“Əl-bərdü ədüvv üd-din” – ərəb
el misalıdır, mənası “şaxta dinin düşmənidir”
– deməkdir.
Ərəblərdə nə şaxta? Bu
ifadə Zərdüşt (İbrahim) Peyğəmbərdən
hədis ola bilər. Çətin
qış günlərindən sonra yazın gəlişini
dünyanın demək olar ki, bütün xalqları milli
mentalitetin qəbul etdiyi sevinc səviyyəsində
keçirir. Uzaq Şərqdə bu, fevrala, Rusiyada martın əvvəllərinə,
sami xalqlarında isə aprel ayına təsadüf
edir. Elmi baxımdan ən dəqiq günü və
saatı isə ulu babalarımız təyin edə bilmişlər.
Beynəlxalq Astronomik il
xalqımızın Novruz
bayramı kimi qeyd etdiyi gündən – Günəşin Qoç
bürcünə daxil olması ilə başlayır. Yaz bərabərlik
nöqtəsində gecə ilə gündüzün hərəsi
12 saat olur. Dahi Azərbaycan şairi Mövlanə Məhəmməd
Füzulinin (1494 – 1556 ) bu bərabərliyi
belə mənalandırır:
Qılsa
vəslin şamımı sübhə bərabər, yox əcəb,
Rəsmdir fəsli-bəhar olmaq bərabər ruzu şəb.
Həmən
fikir şairin fars divanındakı qəzəlin
mətlə beytində keçir:
با تو وصلم شب نوروز میسر
شده بود
شبم از وصل تو با روز برابر شده بود
(Ba to vəsləm
şəbe-Novruz moyəssər şodə bud,
Şəbəm əz vəsle-to ba ruz bərabər
şodə bud.)
Tərcüməsi: Vəslin mənə Novruz gecəsi
oldu müyəssər,
Sanki
gecəm gündüz ilə oldu bərabər.
İldə iki dəfə gecə-gündüz bərabər
olur; Novruzda və 23 sentyabrda. Zərdüştilər bu
günü də böyük təntənə ilə
keçirir, onu “Mihran”
(Mehreqan) adlandırırlar. Azərbaycanın Şimal-Qərb
zonasında Mihran
günü yenə də bayram kimi qarşılanır. Nədənsə, qonşu İran İslam
Respublikasında bu bayramı 2 oktyabrda keçirirlər.
Gecə ilə
gündüzün bərabər olmasını
babalarımız nə üçün bayram kimi
keçirmişlər? İşıq rəmzi gündüzə,
qaranlıq rəmzi gecəyə Uca yaradanın fərq qoymadan
eyni səviyyədə onları bərabər tutması cəmiyyətin
təbəqələri arasındakı fərqlər də
bayram günlərində aradan götürülürdü.
Kasıblar ildə
iki gün özlərini tamamilə komplekssiz hiss edə
bilirdi.
Əbu
Əli Hüseyn ibn Əbdullah ibn Sinanın (980–1037) “Risaləyi-Nouruziyyə”,
Əbu Əli Muhəmməd ibn Əli əl-Həsən ibn
Bişr əl-Həkim ət-Tirmizinin (895–932) “Salnamə” və
ya “Nauruznamə” adlarıyla tanınan əsərində, Qiyas
əd-Din Əbu-l-Fəth Umar ibn İbrahim əl-Xəyyami ən-Naysaburinin
(Nişapuri) (1048–1131) “Nauruznamə” (Îìàð Õàééàì «Òðàêòàòû», Ìîñêâà, 1961, ñòð.187-224) adlı əsərində
də Novruzun Cəmşid zamanından qalması faktı elə
ilk sətirlərdə qeyd olunur. Daha sonrakı
zamanlarda Novruzla bağlı ərsəyə gələn elmi əsərlərdə
də Biruninin dedikləri bu və ya başqa şəkildə
təsdiqlənmişdir. Folklorla məşğul
olanlarımıza elmi mənbə kimi gələcək tədqiqatlarda
yardımçı olacağını nəzərə
alıb həmin əsərlərin müxtəsər
siyahısını təqdim edirəm:
Məhəmməd
ibn Talhanın (ölümü 1254-cü il)
“Faidə li-istiğrac əvail əş-şuxur və cəmi
əs-sənavat” (“Bütün illərdə ay
başlanğıcı təyininin faydası”) adlı əsəri
Berlində 5781 nömrə ilə mühafizə edilir.
Nəsir əd-Din Əbu Cəfər Məhəmməd
ibn Məhəmməd Tusinin (1201–1274) “İxtiyarat”
kitabının böyük bir fəsli “Novruznamə”
adlanır. Kitabın daşbasma çapı mövcuddur, şəxsi
kitabxanamda var.
Mahmud ibn Qütb əl Məhəlli
əl-Kabbaninin (ölümü 1670-ci il) “Risaləyi – Nauruziyyə”
adlı əsəri Tehran Universitetində 4868/3 və 3677 şifrəsiylə
qorunur.
XVII yüzilliyin
ikinci yarısında yaşamış Məhəmməd
İbrahim Hüseyn Müdərris Xadimin “Risalə dər
Nouruz” adlı əsəri Tehran Universitetində 4727/15 şifrəsiylə
saxlanır.
Səyyid Əmir
İsməil ibn Muhəmməd Bəkir ibn İsməil Husayni
Hətunabadi İsfəhani Müdərrisin (1622– 1705) “Nauriziyyə”
adlı əsəri Tehran Universitetində 3053 nömrəsi
altında saxlancdadır.
Muhəmməd Bağir ibn Muhəmməd
Mumin əs-Səbzəvari əl-Xurasaninin (ölümü
1679-cu il) “Nauruznamə” əsəri Oksford
Universitetində 1559 nömrəsiylə qorunur.
Çox
təəssüflər olsun ki, sadaladığım əsərlərdən
heç biri dilimizə tərcümə edilməyib!!!
Novruz başqa adlarla da
anılır, məsələn, qazaxlar “Ulıstın ulı
kuni” – “Ulusun, xalqın ulu günü” deyir, taciklər
“Qulqardon” (“gül gərdan – boynunda gül olan”) və ya
“Qulnauruz” (“gül novruz”), tatarlar “Narduqan”, yunanlar “Patrix”
adlandırır.
Adət
üzrə, Novruzun gəlişindən bir qədər əvvəl,
növbəti ildə elin əsas problemlərini; vəfat edənlərin
yetimlərinə və bivaris qocalara qəyyumluq, subay
oğlanların, dul kişilərin, ərsiz qadınların,
qarımış qızların yurd-yuva qurması kimi məsələləri
müzakirə edib fəaliyyət istiqamətini müəyyənləşdirməkdən
ötrü el ağsaqqalları bir məclisə
toplaşardı. Ağsaqqal məsləhəti
müzakirə edilməz, mütləq bir hökm kimi qəbul
olunardı.
Novruz
günlərində xalq gəzintiləri, alimlərin,
musiqiçilərin, şairlərin, sinədəftər
insanların məclisləri qurular, meydan və oyuncaq
teatrı tamaşaları, bayram dükan-bazarı, milli güləş,
cıdır yarışmaları, atüstü oyunlar keçirilər,
xoruz döyüşdürülməsi və it
boğuşdurulması təşkil olunardı ki, bu da
insanların bayram ovqatını artırır, istirahətini
məzmunlu edirdi.
30 sentyabr
2009-cu ildə YUNESKO tərəfindən Novruz qeyri-maddi-mədəni
irs siyahısına daxil olunub.
23 fevral
2010-cu ildə BMT Baş Assambleyası 64-cü
sessiyasının “Sülh mədəniyyəti” adlı 49-cu bəndi
altında Azərbaycan Respublikasının təşəbbüsü
ilə irəli sürülmüş, “NOVRUZ BEYNƏLXALQ GÜNÜ” adlı qətnamə
təsdiq edilib. Artıq Novruzu bütün
dünya bayram kimi tanıyır. Bu bayram, ilk növbədə,
azərbaycanlıların, sonra Yaxın və Orta Şərqin
əziz günü olmaq çərçivəsindən
çıxaraq indi bütün dünya xalqlarına şamil olunur.
Hacı Firudin QURBANSOY
Ədəbiyyat qəzeti.- 2021.- 20 mart.- S.26-27.