AYB-nin bəyanatı: "Qardaş Türkiyənin
yanında olduğumuzu
bəyan edirik!"
Aprelin 24-də Amerika
Birləşmiş Ştatlarının
Prezidenti Co Baydenin erməni lobbisinin təsiriylə işlətdiyi
ifadə böyük hiddət doğurur. Dünyaya özünü
“demokratiyanın beşiyi”,
“ədalətin carçısı”
kimi təqdim edən bir ölkənin
rəhbərinin erməni
uydurmalarına siyasi mövqe bildirməyi ikili standartların, çirkin oyunların və ən böyük ədalətsizliyin
bariz nümanəsidir.
100 il əvvəlin yalanlarına
“həqiqət pəncərəsin”dən
boylanan Baydenin görəsən 30 il əvvəl erməni vandallarının Xocalıda törətdiyi
soyqırıma
susqunuq gəstərməsinə
səbəb nədir?
Məqsəd bəllidir! Qardaş Türkiyənin
yalnız regionda deyil, bütün dünyada artan nüfuzuna kölgə salmaq, guya bu
yollarla onun dinamik inkişafına əngəl yaratmaq.
Tarixi araşdırmaq tarixçilərin
işidir! Türkiyə Prezidenti cənab
R.T.Ərdoğan dəfələrlə
arxivlərin açılmasını
təklif etsə də, yalan-palanlarının
ifşa olunacağından
çəkinən Ermənistan
rəhbərliyi bu çağırışlara əhəmiyyət
verməmişdir.
Biz qardaş Türkiyəyə
qarşı atılan
hər bir haqsız, ədalətsiz addımı şiddətlə
qınayır, bütün
imkanlarımzla qardaş
Türkiyənin yanında
olduğumuzu bəyan edirik.
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti.- 2021.- 1
may.- S.3.