Qərbi Kaspi
Universitetində "Ədəbiyyatda
Qarabağ mövzusu"
adlı konfrans keirilib
24 aprel 2021- ci il tarixində Qərbi Kaspi Universitetinin “Azərbaycan dili və ədəbiyyatı”
kafedrasının təşkilatçılığı
ilə “Ədəbiyyatda
Qarabağ mövzusu” adlı Respublika elmi konfransı keçirildi. Maraqlı məruzələrlə yaddaşlara həkk olunan konfrans iştirakçıların sevicinə
səbəb olub.
Yenicə zəfər çalmış,
düşmən əsarətindən
qurtulmuş, üzərindən
qara ləkəsini silmiş Qarabağdan danışmağın sevinci
hədsiz dərəcədə
qürurverici idi.
Konfransın mövzu dairəsi
geniş olsa da, ilk diqqəti çəkən, əlbəttə
ki, 44 günlük müharibənin sevincini bölüşmək oldu.
Konfrans boyu Qarabağ mühiti, Qarabağ ziyalıları, Qarabağ
poeziyası xatırlandı.
“Ədəbiyyatda Qarabağ
mövzusu” adlı konfrans respublikamızın
əksər elm ocaqlarının
nümayəndələrini öz ətrafına toplamışdı: AMEA-nın
Nizami Gəncəvi adına Ədəbiyyat,
Nəsimi adına Dilçilik, akad. Z.Bünyadov adına Şərqşünaslıq, Füzuli
adına Əlyazmalar İnstitutu, AMEA-nın Gəncə, Lənkəran,
Şəki, Naxçıvan
Regional bölməsinin professor və elmi işçi
heyəti, Gəncə,
Naxçıvan, Mingeçevir,
Sumqayıt Dövlət
Universiteti, Azərbaycan
Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Avrasiya Universiteti, İçərişəhər
Dövlət Tarix-Memarlıq
Qoruğu idarəsı,
ADA Universiteti, Bakı
Slavyan Universitetinin
professor və elmi heyəti, o cümlədən şəhər
orta məktəblərinin
müəllim heyəti
iştirak edirdi.
Sevindirici haldır ki, Qarabağ sevgisi Qardaş ölkənin Qarabağsevərlərinin də
diqqətini çəkmişdi. Türkiyənin
Amasya Üniversitesi, İstanbul Üniversitesi, Mehmet Akif Ersoy
Üniversitesinin professor heyəti
bizi bu gündə
də tək qoymadı. Qarabağ savaşında olduğu
kimi, birlik göstərdilər.
Konfransın açılışını edən Azərbaycan dili və ədəbiyyatı
kafedrasının müdiri
A.Əsədova maraqlı
nitqi ilə qonaqları salamladı. Bildirdi ki,
Qarabağ mövzusunda
keçirilən ilk konfransın
məsuliyyəti və
sevincini sizlərlə
belə bir zamanda bölüşmək
çox sevindirici haldır. Konfransın simvolunun məhz
xarıbülbül seçilməsi
də təsadüfi deyildi. A.Əsədova
ölkənin uğurlu
siyasətindən də
söz açaraq, bu sevinci bizlərə
yaşadan Ali Baş komandana, Milli ordumuzun mərd ogullarına təşəkkürünü
bildirdi. Eyni zamanda şəhidlərimizə
rəhmət, qazilərimizə
can sağlığı diləyərək
konfransı açıq
elan etdi.
Bu ışığa toplaşan
ziyalılar içərisində
A.Ü.Binnətova nitqini
vətən azadlığı
uğrunda canından keçmiş 20 yanvar şəhidi Ülvi Bünyadzadənin “Həyat
üçün doğulmuşuq,
Vətən
üçün ölməliyik!”
misraları
ilə
başladı. Konfrans
təşkilatçılarına təşəkkürünü bildirərək, bir daha qələbə sevincini bölüşdü.
Bildirdi ki, “İkinci Qarabağ Vətən Müharibəsinə başlamaq
üçün 2020-ci ilin
27 sentyabr günü
təsadüfən seçilmədi.
Bu günə 30-32 ili arxada qoyan dərd-ələm dolu illəri ağır addımlarla gəlmişdik. Nə edəcəyimizi, necə edəcəyimizi düşünürdük. Tarix boyu türk sınan, əyilən, məğlub xalq olmayıb. Zaman fürsətini, məqamını
gözləməyi də
bilən, səbr sahibi olub, kəmfürsət
olmayıb, haqq meydanına cəsarətlə
kişi kimi girib, qalib
olaraq çıxıb.
Düşmən bir olsa idi, onun
başını bir göz qırpımında
əzmək Azərbaycan
üçün çətin
iş deyildi. Amma görünməyən düşmənləri,
ilana ağı verən əqrəbləri,
ağır hərbi texnikanı, raketləri, silah-sursat alıb-satanları,
insanlıq nə olduğunu bilməyən
kəsləri dərdimizə
bükülüb kənardan
müşahidə edirdik.
Çünki zamana ehtiyac
vardı.”
Konfransın elmi və təşkilati komitəsinə
Səadət Şıxıyeva,
Hüseynqulu Bağırov,
Adilə Əsədova,
Nəzakət Məmmədli,
Ruhiyyə Nağıyeva,
Solmaz Ələsgərova,
Natəvan Kərəmova
və Mərziyyə Nəcəfova daxil idi.
Konfransın digər qonaqları Elnarə Akimova, İsmayıl Kazımov, Rüstəm Kamal və digərləri Qərbi kaspi Universitetinə təşəkkür və
təbriklərini bildirdilər. Növbəti konfransın
Qarabağın gözü olan Şuşada,
xarıbülbüllərin əhatəsində keçirilməsini
dilədilər. Konfrans maraqlı
məruzələrlə Qərbi
Kaspi Universitetinin 24 aprel tarixinə həkk olundu.
İlhamə Ağazadə
Ədəbiyyat qəzeti.- 2021.- 1
may.- S.3.