Zamana yolçuluq

ya seyri-sülük

 

Başım çox qarışıq idi. Almaniyanın ortasında, COVİD bəlasının bizi gətirdiyi karantin günlərində bəzən XII əsrə gedib təsəlli tapardım, bəzən XXI əsrin xaosuna çevrilirdim qorxurdum. Hər qarışıqlıq cansıxıcılıq anında Şeyx Nizaminin qapısını döyürdüm. Ona gedən yolun birinci qapısında yazılmışdı:

"Bulud ağlamasa, çəmən gülməz!".

Bu bir təsəlli idi. Həmişə özümü düşünə bilməzdim. Dünyada insan bir yana qalsın, ağac var, quş var, çiçək var, çəmənlik var...

"Kədərdən əl çək, ətrafa bax", - deyirdi Ustad. İkinci qapıda başqa bir işıq yandırdı:

"Ümidsizlik içərisində çox ümid var".

Bu sözün davamı olmalı idi. Davamını üçüncü qapıda görürdüm:

"Hər qaranlıq gecənin işıqlı bir səhəri var".

Sadəcə, üçüncü qapının qarşısında dururam. "O qaranlıq gecə, o qorxular, bu ümidsizlik bitmiş olsaydı" - deyirdim.

Gözlərim həmişə qaranlıq buludlarda gecənin qara qaranlığında idi. Ürəyim döyünərək bir yerdən yüngül bir işıq görünəcəyini dünyaya gələn parlaq səhərin məni ölkəmizə aparacağını gözləyirdim. Elə bil ki, Ustad qapının arxasında dayanıb məni dinləyir, mənəvi varlığı ilə məni ümidli, işıqlı dünyalara aparırdı.

Neçə gündür Şeyx Nizaminin aforizmlərini alman mənbələrində axtarırdım öz tapdığım hər aforizmi Şeyximdən mənə göndərilən bir mənəvi hədiyyə kimi həzm edib sonra tərcümə edirdim.

Xaotik anlarımın birində qarışıq bir "Laokoon" sözünü oxudum. Əvvəlcə alman televiziyalarında daima səslənən "locdown" sözünün təhrif olunmuş bir forması olduğunu düşünürdüm, söz "Ədəbiyyat qəzəti"ndəydi tanıdığım Azər Turan belə bir səhvə yol verməzdi.

"Laokoon" başlığının qalan hissəsini oxumağa başladım. Yazıdan əvvəl "Laokoon" sözünün altında gördüyüm adlar məni daha da maraqlandırdı. Kim yox idi ki... Azər Turan, Aqşin Yenisey, Ramiz Rövşən, Niyazi Mehdi, Elnarə Akimova... Virtual, türkcə desək, "sanal", müzakirə sahəsində Laokoon haqqında danışırdılar.

Şeyximi tərk edib XXI əsrin stresli mübahisələrinə qatılmaq istəməsəm , yenə maraqla oxudum. Bir roman var imiş, amma roman deyilmiş... Əslində, bu roman bir romanabənzəriymiş. Allah, Allah! Düzü, "Laokoon" sözü kimi ilk dəfə eşitdim. Bu romana bənzər idi? Deməli, naşı bir yazıçı roman kimi bir şey yazmışdı. Bəs bu yaşdakı yazarlar niyə bunu müzakirə etməlidirlər? Yenə Şeyxim ağlıma gəlir:

"Hər kəs qucağında bir gəlin gizlədir".

Bu laokoon gəlini cür gəlindir? Yazını səbirsizliklə oxuyuram. Əlləri qoynunda oturan Azər Turan (harada oturduğunu da bilmirəm) mifologiyadan danışır. Dədə Qorquddan bəhs edir. Hətta bu romanabənzər əsəri Troya Tibet kahinlərinə aparıb çıxarır. Daha da həyəcanlanıram. Burada bir var, amma nədir? 15-16 yaşımda bir neçə roman kimi uzun hekayələr yazmışdım, amma onları "romanbənzəri" adlandırmağı düşünməmişdim.

Məqaləni oxuyarkən, nəhayət, mövzunun Kamal Abdullanın yeni yazdığı, lakin hələ nəşr olunmayan bir romanından bəhs etdiyini başa düşdüm. Hər bir yazıçı bu "romanbənzərini" öz nöqteyi-nəzərindən bir romana bənzədir ya onu "Yarımçıq əlyazma"nın davamı kimi başa düşürdü. "Yarımçıq əlyazma" romanını oxumuşdum. Hətta o roman alman dilinə tərcümə edilərkən redaktə etdim daha səbrlə araşdırdım. Bu roman bizə yeni bir tarixi roman təqdim etməklə yanaşı, tarixi hadisələrə fərqli bir baxış bucağı ilə baxmağın yolunu da göstərdi.

Deməli, bu yeni roman "Yarımçıq əlyazma" romanının hekayəsini izah edirdi, ha... Mən bu əsəri oxumalıydım.

Şeyximdən aforizmlərindən bir müddət ayrılıb çap olunmamış əsərin dalınca getdim. Kitab, daha doğrusu, kitab namizədi İnternet üzərindən mənə çatanda vaxt itirmədən oxumağa başladım. İlk sətirlərdə, sanki Vaqif, kədərli "əsəbi" Firəngiz məni özləri ilə Bilgəhdəki Şəbəkəyə apardılar. Budur dəniz qoxusu, çırpınan Xəzərin dalğaları, zoğal mürəbbəsi... Mən bu yollarda olmuşdum!

Sadəcə bunlarmı? Avropadakı türk qardaşlar? Onlardan biri mən idim! Əslində, mən doxsanıncı illərdə Avropadan Azərbaycana göndərilən dərmanların təşkilatçılarından biri idim. Vaqifin adını çəkdiyi Musa Sərdar 25 illik dostumdur. Təəccüblə başımı yelləyirəm. Yoxsa Şeyxim məni "seyru-səfər" səyahətinəmi çıxardı?

"Bu, bilik qapısıdır, buraya girəndə ərənlərin süfrəsində oturacaqsınız. Ədəblə oturanda əvvəlcə eşqi tanıyacaqsınız, sonra hər şeydən imtina edəcəksiniz! Sonra... seyri fillah... fəna fillah... növbəti Ənəlhəqq gələcək! Buradan keçsəniz, yalnız "Həqiqət" qapısına gedə bilərsiniz...".

Seyri-sülük, yoxsa zaman səyahətimi davam edir? Bu dəfə yazıçının daxili müharibəsinin səhnəsinə şahid oluram. Bu da bir məddü-cəzrdir! Sanki birdən gözümün qabağına Xəzər dənizi gəlir. Dalğaları şiddətlə bir çimərliyə dəyir eyni sürətlə geri çəkilir. Vaqifin daxili aləmi Xəzər dənizinə bənzəyir. Şah İsmayıl, babası Qorqud, Təpəgöz, Vəzir, Xızır sonra Markes, Borxes, Don Kixot... Hələ Laokoonun olduğunu öyrənmədim.

Bəlkə, müəllif bilmir. Günahı daim lüğətlərə yükləyir... Kəlmələr onu da sərxoş etdi. Müəllif hələ Laokoonun olduğunu yazmır, amma elə təsvir edir ki, sanki Laokoon mənimlə seyri-sülik səyahətinə çıxdı. Həqiqət qapısının qarşısında məyusca durmuşdur:

"Mən bilirəm, sən mahiyyətin içinə nüfuz edə bilirsən. Başqalarının görə bilmədiyini görə bilirsən. Əşyanın o biri tərəfindəkilər sənin üçün gizli deyil. Sənin üçün sirri-xuda yoxdur. Sirr yoxdur. Sən sirdən azadsan".

Əsəri oxuduqca Avropadan göndərdiyimiz dərmanların aqibəti ilə maraqlanıram. Görəsən, dərmanlar Ağdama, cəbhə sahəsinə getdi, yoxsa bazarda satıldı? Bu məsələni fikirləşdiyim üçün özümü qınayıram.

Roman, bağışlayın, romanbənzəri, Vaqif Firəngiz sevgisi, Şah İsmayıl, Dədə Qorqud, üslub, estetik ifadə, dil bir kənarda qaldı mən illər əvvəl göndərdiyimiz dərmanların dalınca gedirəm. Beləliklə, seyri-sülikdə hələ "yoxsul" mərhələdən keçməmişəm.

Unutmadan, bəlkə bəsit gələcək, amma romanın əvvəlində "Vaqifi mürgü aparmışdı. Elə bil, hansısa rəsmi iclasda idi. Bu iclaslarda belə yuxuya alışmışdı" cümləsi məni güldürdü. Mən sovetlərdən miras qalan saatlarla davam edən bir çox rəsmi iclaslara lənət oxuya-oxuya az mürgüləməmişdim.

Dərmanların taleyi, rəsmi iclasdakı mürgüləmələr, Firəngizin Banuçiçək Vaqifin Basat olması ilə məşğul olmağım məni yuxudan oyandırır diqqətimi yenidən romana, üzr istəyirəm, romanbənzərinə yönəldirəm.

Yenidən sevgi, yenidən qısqanclıq, yenidən mübarizə... Min ildən sonra da bu cəmiyyətin vərdişləri heç vaxt dəyişməyəcək! Bu dəfə Vaqif, bağışlayın, Basat, Firəngiz, yəni Banuçiçək ilə döyüşür. Guya Banuçiçək Buğaçı sevir! Allahım! Tarix, bu günümüz, sevgilər bir-birinə qarışıb... Bəs bu korona, karantin, qorxular?

Ancaq müəllif bütün bu qarışıqlığa bir həll yolu da tapır. Firəngizlə Vaqif arasındakı mübahisədən sonra yazır:

"Sevgi varsa, deməli, qısqanclıq da var!".

Yaxşı... qısqanclığın olduğu yerdə aşiqin olduğunu başa düşəcəyik.

Romanbənzəri məni zaman səyahətinə aparanda Firəngiz Vaqifin sevgisi, peşmanlığı qısqanclığı da mənimlə gəlir məni Almaniyada tapır. Bu korona karantin günlərində bunlara vaxt olmasa da, insan harada olur-olsun, xəyal orada olur... Bu xəyal içində yoxdur ki?

Oxucu, bəlkə , gələcəkdəki oxucu, əsərin sonunda Laokoonun yeni aşkarlanmış bir bürc olduğunu öyrənəcək, ancaq əvvəlcədən sizə bildirim ki, Təpəgözün peşmanlıqlarını etiraflarını, Oğuzlardakı "casus"un " boğazca" olduğunu mən sizə deyə bilərəm.

Bunları yazarkən həmişə Şeyximi xatırlayıram! Yenə səsini eşidirəm:

"Sözün su kimi lətafəti var

Hər sözü az dəmək daha xoş olar".

Qeyd: Alman dilində olan bu gün istifadə olunan 40 Nizami aforizmi tezliklə gəlir, gözləyin.

 

Orxan ARAS

 

Ədəbiyyat qəzeti.- 2021.- 1 may.- S.8.