Mücrüuşaq jurnalının 3-cü sayı nəşr olunub

 

 Mücrünəşriyyatının uşaqlar üçün hazırladığı “Mücrüuşaq jurnalının 3-cü sayı nəşr olunub.

Bu dəfəTəbiəti qoruyaq. Nəfəs alaqdevizi ilə çap olunan  jurnalda hər zaman olduğu kimi,  uşaq ədəbiyyatının tanınmış nümayəndələriylə yanaşı, uşaq  müəlliflər çap olunub.

Balaca rəssamların çəkdiyi rəngbərəng şəkillər jurnalın səhifələrini bəzəyib.

Bu nömrəmizdə    Reyhan Yusifqızı, Xanım Anela, Şahnaz Kamal, Alov İnanna, Nurlana İşıq, Təranə Qurbanlı kimi yerli müəlliflər  bir-birindən maraqlı mətnlərlə uşaqların görüşünə gəliblər. Fərid Hüseynin Linda Hestinqdən, Günel Rəcəbin Odri Pendən elədiyi tərcümələr olduqca maraqlıdır.

Mərhum yazıçımız İkinci Mahmudun    bir vaxtlar məşhur pop ulduzu Madonnadan tərcümə elədiyiCənab Pibodinin alması hekayəsi  diqqətəlayiqdir.

Bilirsinizmi?” rubrikasında uşaqlar yeni məlumatlarla tanış ola, “Əyləncəli məntiq”, “Əyləncəli riyaziyyat  testlərini həll edə bilərlər.

Oxucularımız jurnalıMücrünəşriyyatından əldə edə bilərlər. Onu da deyək ki, “Mücrüuşaq dərgisinin əvvəlki nömrələriylə  nəşriyyata gələn alıcılar bütün kitabları 25% endirimlə ala bilərlər.

 

Ədəbiyyat qəzeti.- 2021.- 1 may.- S.32.